NƏHC-ül-BƏLAĞƏ -219-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Ömər barəsində tövriyə yolu ilə buyurduğu, yəni, zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən) kəlamlarındandır.

Allah filankəsin (Öməribn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədərki, varidi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.

ومن کلام له عليه السلام
يريد به بعض أصحابه
لِلَّهِ بِلَاءُ فُلاَنٍ، فَلَقَدْ قَوَّمَ الْأَوَدَ، وَدَاوَي الْعَمَدَ، وَأَقَامَ السُّنَّةَ، وَخَلَّفَ الْفِتْنَةَ! ذَهَبَ نَقِيَّ الثَّوْبِ، قَلِيلَ الْعَيْبِ. أَصَابَ خَيْرَهَا، وَسَبَقَ شَرَّهَا، أَدَّي إِلَي اللهِ طَاعَتَهُ، وَاتَّقَاهُ بِحَقِّهِ، رَحَلَ وَتَرَکَهُمْ فِي طُرُقٍ مَتَشَعِّبَةٍ، لاَ يَهْتَدِي بِهَا الضَّالُّ، وَلاَ يَسْتَيْقِنُ الْمُهْتَدِي.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

220-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!