NƏHC-ül-BƏLAĞƏ -220-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xalqın onunla beyətinin necəliyi barəsindəki kəlamlarındandır və bundan qabaq (əlli üçüncü və yüz otuz yeddinci kəlamda) bunun bənzəri başqa kəlmələrlə keçdi.

(Mənimlə beyət etmək üçün) əlimi açdınız, mən yumdum, onu çəkdiniz, mən saxladım. Ondan sonra susuz dəvələr su nohurlarına daxil olanda basabas saldıqları kimi izdihamla üstümə töküldünüz. Nəhayət, ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəif ayaq altında qaldı və xalqın mənimlə bey’ət səbəbindən sevinci o həddə çatdı ki, uşaqlar şad oldular və zəif qoca, çətinlik və məşəqqətdə olan xəstə və yeni yetişmiş qızlar rübəndsiz onun tamaşasına gəldilər.1

ومن کلام له عليه السلام
في وصف بيعته بالخلافة
قال الشريف: وقد تقدم مثله بألفاظ مختلفة. وَبَسَطْتُمْ يَدِي فَکَفَفْتُهَا، وَمَدَدْتُمُوهَا فَقَبَضْتُهَا، ثُمَّ تَدَاکَکْتُمْ عَلَيَّ تَدَاکَّ الْإِبِلِ الْهِيمِ عَلَي حِيَاضِهَا يَوْمَ وِرْدِهَا، حَتَّي انْقَطَعَتِ النَّعْلُ، وَسَقَطَ الرِّدَاءُ، وَوُطِيءَ الضَّعِيفُ، وَبَلَغَ مِنْ سُرُورِ النَّاسِ بِبَيْعَتِهِمْ إِيَّايَ أَنِ ابْتَهَجَ بِهَا الصَّغِيرُ، وَهَدَجَ إِلَيْهَا الْکَبِيرُ، وَتَحَامَلَ نَحْوَهَا الْعَلِيلُ، وَحَسَرَتْ إِلَيْهَا الْکِعَابُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

221-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Buna görə də tam meyl və rəğbətlə edilmiş, sevincin çoxluğundan hamının özündən çıxdığı beyətlə müxalifət etməməli və onu pozmamalısınız.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!