NƏHC-ül-BƏLAĞƏ -224-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (dilin natiq deyil nitq vasitəsi olması barəsindəki, eləcə də öz zəmanəsinin adamlarını və gələcək insanları vəsf etdiyi) kəlamlarındandır.

(Əmirəl-möminin əleyhis-salam bir gün bacısı oğlu Cə’də ibn Hübeyrə Məxzumiyə camaata xütbə oxuması göstərişiniverdi. Cə’də minbərə çıxanda danışa bilmədi. Sonra o Həzrət özü ayağa durub minbərə çıxdı və müfəssəl bir xütbə oxudu ki, onun bir hissəsi belədir.)
Bilin, dil insanın bir parçasıdır ki, əgər şəxs aciz olsa, söz onunla yoldaşlıq etməz.1 Həmçinin əgər şəxs bacarıqlı olsa, söz dilə imkan verməz. Biz (Peyğəmbər Əhli-Beyti) söz şahlarıyıq (söz bizim əmrimizə tabedir) və onun kökləri bizə batıb və budaqları bizim üstümüzə sərilib (hər bir məsələni lazım olan zaman fəsahət, bəlağət və dolğunluğun son həddində bəyan edə bilirik).
Allah sizi bağışlasın, bilin, siz elə bir zamanda yaşayırsınız ki, onda haqq danışan az, dil doğruçuluqda süst və haqqı axtaran xardır. İnsanlar (Allah və Peyğəmbərə) itaətsizliyə hazırlaşıblar və (nəfsi istəklərə tabe olmaq üçün) bir-birləri ilə uyuşmaqda yoldaşlıq edərək birləşiblər. Cavanları pis xasiyyətli, qocaları günahkar, alimləri ikiüzlü və danışanları yaltaqdır. Kiçikləri böyüklərinə hörmət qoymur və varlıları yoxsullarına əl tutmur.

ومن کلام له عليه السلام
بعد أن أقدم أحدهم علي الکلام فحصر
وهو في فضل أهل البيت، ووصف فساد الزمان
أَلاَ إِنَّ اللِّسَانَ بَضْعَةٌ مِنَ الْإِنْسَانِ، فَلاَ يُسْعِدُهُ الْقَوْلُ إِذَا امْتَنَعَ، وَلاَ يُمْهِلُهُ النُّطْقُ إِذَا اتَّسَعَ، وَإِنَّا لَأُمَرَاءُ الْکَلاَمِ، وَفِينَا تَنَشَّبَتْ عُرُوقُهُ، وَعَلَيْنَا تَهَدَّلَتْ غُصوُنُهُ.
فساد الزمان
وَاعْلَمُوا رَحِمَکُمُ اللهُ أَنَّکُمْ فِي زَمَانٍ الْقَائِلُ فِيهِ بالْحَقِّ قَلِيلٌ، وَاللِّسَانُ عَنِ الصِّدْقِ کَلِيلٌ، وَاللاَّزِمُ لِلْحَقَّ ذَلِيلٌ. أَهْلُهُ مُعْتَکِفُونَ عَلَي الْعِصْيَانِ، مُصْطَلِحُونَ عَلَي الْإِدْهَانِ، فَتَاهُمْ عَارِمٌ
، وَشَائِبُهُمْ آثِمٌ، عَالِمُهُمْ مُنَافِقٌ، وَقَارِئُهُمْ مُمَاذِقٌ، لايُعَظِّمُ صَغِيرُهُمْ کَبِيرَهُمْ، وَلاَ يَعُولُ غَنيِيُّهُمْ فَقِيرَهُمْ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

225-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Natiqləşməz, yəni, əgər birinin danışıq bacarığı olmasa, danışıq və söz də onun dilinə gəlməz, necə ki, əgər birinin yerimək qüdrət və bacarığı olmasa, ayaq öz-özünə yol getməz.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!