NƏHC-ül-BƏLAĞƏ -228-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın tovhid barəsindəki xütbələrindəndir. Bu xütbə özündə elmin (Allahı tanımaq elminin) digər xütbələrin toplamadığı əsas və qaydalarını toplayıb:

Onun üçün keyfiyyət və necəlik (zata əlavə edilən sifətlər) müəyyənləşdirən kəs Onu tək bilmir. Onun üçün misil və bənzər (şərik) güman edən kəs Onun həqiqətinə çatmayıb (Onu tanımayıb). Onu (bir şeyə) oxşadan kəs Onu nəzərdə tutmayıb. Ona işarə edən və Onu xəyala gətirən kəs Onu istəməyib.1 Öz zatı ilə tanınan şey (həqiqət və zatı tanınmış, dərk edilmiş şey) yaradılmış və məxluqdur.2 Özündən başqası ilə var olan hər bir şey nəticədir.3 O, faildir, (işləri görəndir) amma alət və vasitələrdən istifadə etmədən! (Çünki alət və vasitələrə möhtac olmaq mümkün varlığın sifətlərindəndir. Ruzi, əcəl və bu kimi şeyləri) təyin edəndir, amma fikir və düşüncə işlətmədən. (Çünki Allah düşüncəyə möhtac olmaqdan pak və uzaqdır.) Ehtiyacsızdır, amma başqasından bəhrələnməklə yox. (Varlıların ehtiyacsızlıqları başqalarından bəhrələnmək vasitəsi ilədir. Allah-təala isə bundan pak və uzaqdır. Çünki o, naqislik və möhtaclığın zəruri nəticələrindəndir.) Zaman və vaxtlar onunla yoldaş deyildirlər.4 Alət və vasitələr Ona yardım etmirlər. (Çünki alətləri O yaradıb və hər bir kömək və yardımdan ehtiyacsızdır.) Onun mövcudluğu zamanlardan, varlığı yoxluqdan və əzəlilik və əbədiliyi başlanğıcdan qabaqdır. (Çünki hər bir şey Onda sona çatır, O Özü isə sonsuzdur.) Onun hiss və idrak qüvvələrini yaratması ilə Onu dərk etmə vasitəsinin olmaması məlum olur. Əşyalar arasında ziddiyyət və ixtilaf yaratması ilə Onun zidd və müxalifinin olmaması bilinir. Onun əşyalar arasında tay və yoldaş təyin etməsi ilə Onun tay və yoldaşının olmaması başa düşülür. (Çünki hiss, zidd və tayları yaradan Odur.) İşıqlıqla qaranlığı, aşkarla gizlini (ağla qaranı), quru ilə yaşı və isti ilə soyuğu bir-birinə zidd edib. (Müxtəlif ünsürlər kimi) bir-birindən ayrı və uzaq olan zidd şeyləri birləşdirəndir; (ruh ilə bədən kimi) bir-birlərindən ayrı olanları tay və yoldaş edəndir; (qəlbləri və müxtəlif istəkləri bir-birinə qovuşdurmaq kimi) bir-birindən uzaq olanları yaxınlaşdırandır və bir-birinə yaxın olanları bir-birindən ayırandır (ölüm ilə ruhla bədən arasında ayrılıq salmaq kimi). Heç bir hədd ilə məhdud deyil (çünki məhdudluq vacib varlığa deyil, mümkün varlığa aiddir), ədəd və say ilə sayılmaz (çünki O, onun üçün ikinci fərz edilməyən həqiqi təkdir). Alətlər özlərini (mümkün varlıqları) məhdudlaşdırırlar və vasitələr öz bənzərlərinə işarə edirlər. (Çünki Allah cisim deyil ki, məhdudlaşsın və Ona işarə edilsin.) (Ərəb dilində zamanın başlanğıcını bildirən) «مُنْذُ» («munzu») kəlməsi alət və vasitələrin qədim olmalarına mane olub.5 Həmçinin (keçmiş zaman felinin əvvəlinə gələndə keçmiş zamanı indiki zamana yaxınlaşdıran, gələcək zaman felinin əvvəlinə gələndə isə azaldan) «قَدْ» («qəd») kəlməsi əzəlilik və əbədiliyin qarşısını alıb.6 Eləcə də (ikinci cümlədəki inkarı birinci cümləyə birləşdirmək üçün olan) «لَوْ لا » («laula») kəlməsi kamil olmaqdan uzaqlaşdırıb.7 Həmin alət və vasitələrlə onların yaradanı ağıllara aşkar olub (ağıllar tərəfindən tanınıb). Həmçinin onlarla, gözlərlə görünməkdən imtina edib.8 Durğunluq və hərəkət Ona şamil olmur. (Onun barəsində«hardasa qalıb» və ya«bir yerəgedib» deməkolmaz.) Onun (məxluqatda) qoyduğu şey Onun Özünə necə cari olsun, yaratdığı şey Onun Özündə necə yaransın və icad etdiyi şey Onda necə icad olsun ki, belə olsa (fərzəndurğunluqvə hərəkətOnda cariolsa) zatı (artıqlıqvə nöqsanla, yəni, hərəkətvə durğunluqla) dəyişər və mahiyyəti parçalanar.9 Həmçinin həmin surətdə Onun həqiqəti əzəlilik və əbədilikdən imtina edər. (Çünki hər bir cisim hadisdir, sonradan yaranmadır.) Əgər(hərəkətvə durğunluqda) Onun üçün ön və qabaq tapılsa, arxa da olacaq. (Onda O, başlanğıc olmayacaq, halbuki vacib varlıq başlanğıcların başlanğıcıdır.) Əgər naqisliklə yoldaş olsa, kamilləşmək istəyəcək (halbuki vacib varlığın kamilləşmək istəməsi qeyri-mümkündür). Bu vaxt - (yəni, əgər Onda hərəkət və durğunluq olmuş olsa) hər bir şey Onun varlığının dəlili olduqdan, imtina və qeyri-mümkünlük dəlili ilə Onun, Ondan başqasına (mümkün varlıqlara) təsir edən şeyin təsirindən uzaq olması məlum olduqdan sonra, Onda məxluq olmaq nişanəsi aşkar olacaq və O, (digər yaranmışlar kimi) yaradanın varlığına dəlil olacaq.O Allah ki, haldan hala düşmür (dəyişmir), zavala uğramır10 və qayib və gizli olması rəva deyil.11 Doğmayıb ki, doğulmuş (başqasının nəticəsi) olsun (çünki doğan, mürəkkəb və başqasının nəticəsidir); doğulmayıb ki, məhdud olsun (çünki hər bir doğulmuş şey hadisdir və onun varlığı ata-anaya qayıdır, onlara bağlıdır). Onun zatı övladları olmaqdan uca və qadınlarla yaxınlıq etməkdən pak və uzaqdır. (Çünki övladı olmaq və qadından ləzzət almaq məxluq və yaranmışın xüsusiyyətlərindəndir.) Xəyal və düşüncələr Ona çatmaz ki, (fikirdə) Onu məhdud və mövcud etsinlər; dərk və qavrama itiliyi Onu fikrə gətirməz ki, təsəvvür etsin (bir şəkil və formaya salsın); hisslər Onu dərk etməz ki, Onu hissi varlıq etsin; əllər ona toxunmaz ki, Ona çatsınlar. O, bir hala dəyişmir və halların birindən digərinə keçmir. (Çünki dəyişmək və keçmək cismin xüsusiyyətlərindəndir.) Gecə və gündüzlər Onu köhnəltmir, qocaltmır. Aydınlıq və qaranlıq dəyişmir Onu! Hissələrdən heç biri, bədən və üzvlər, artırma xassələrdən heç biri, başqasının Onunla olması və heç bir hissə ilə vəsf edilməz.12 Həmçinin Onun barəsində «hədd və sonu var; bitdi və tükəndi; şeylər, yuxarı qaldırmaq, yaxud endirmək üçün Onu əhatə edirlər; bir tərəfdən digər tərəfə aparmaq və ya düz saxlamaq üçün bir şey Onu götürdü» deyilməz. Əşyalara daxil olmayıb və onlardan xaric də deyil (bəlkə hər şeyi əhatə edib və hər şeyi biləndir). Xəbər verir, amma dil və dilçəklər vasitəsi ilə yox; eşidir, amma dəliklərlə (qulağın deşikləri ilə) və alətlərlə (eşitmə alətləri ilə) yox; danışır, amma kəlmələrlə yox; (hamının söz və əməllərini) əzbər bilir, amma hafizə qüvvəsi vasitəsi ilə yox (və ya hər bir şeyi qoruyur, amma Özünün başqası tərəfindən qorunmağa ehtiyacı yoxdur); istəyir, amma düşünmədən; sevir və şad olur, amma riqqətə gəlmək və mehribançılıq səbəbindən yox; nifrət bəsləyir və qəzəblənir, amma məşəqqət və çətinliyə görə yox (bəlkə məhəbbət və razılığı müvəffəqiyyət və rəhmət, nifrət və qəzəbi isə rəhmətindən uzaq düşməkdir). Olmasını istədiyi hər bir şeyə «ol!» deyir və o, mövcud olur. (Bu söz) nə (qulaqlara) daxil olan səs vasitəsi ilədir, nə də eşidilən harayla. Allahın kəlamı Onun yaratdığı işindən başqa bir şey deyil. Onun bənzəri bundan qabaq mövcud olmayıb (bəlkə yenidir) və əgər qədim olsaydı, mütləq ikinci allah (vəvacibəl-vücud) olardı (və bu qeyri mümkündür).(Allah-təala barəsində) «yoxluqdan sonra var oldu» deyilməz. (Çünki Onun vücudunun nə vaxtsa olmaması olmayıb. O, qədim və əzəlidir. Əgər elə deyilərsə) onda yeni yaranmışların sifətləri Ona şamil olar, Onunla yeni yaranmışlar arasında (seçilmə və üstünlüyə səbəb olan) bir fərq qalmaz və Onun onlardan heç bir məziyyət və üstünlüyü olmaz. Beləliklə, yaradanla yaradılmış bərabər və vücuda gətirənlə vücuda gətirilən yeksan olar. O, məxluqatı başqasından qalmış nümunəsiz yaratdı və onları yaratmaq üçün yaratdıqlarının heç birindən kömək istəmədi. Yeri yaratdı və onu (ona) məşğul olmadan (Öz kamil qüdrəti ilə) saxladı. Onu sakitlik olmayan yer (dalğalanan su) üzərində möhkəmləndirdi. Yeri dirəklərsiz dikəltdi, sütunlarsız ucaltdı, əyilməkdən qorudu və düşmək və yarılmaqdan saxladı. Onun mıxlarını möhkəmləndirdi, sədlərini (dağlarını) basdırdı, çeşmələrini axıtdı və çaylarını yardı. Beləliklə, tikdiyi süstləşməyib və qüvvətləndirdiyi zəifləməyib. Öz səltənət və böyüklüyü (qüdrətvə bacarığı) ilə yerə (və onda olanlara) hakim olan Odur. Odur Öz elm və biliyi ilə onun necəliyini bilən. Böyüklük və izzəti ilə onun hər şeyindən üstündür. İstədiyi heç bir şey Onu aciz qoya bilməz, Ondan boyun qaçıra bilməz və nəhayət, ona qalib gələr. Onların tələsəni Ondan qaça bilməz ki, Ondan qabağa keçsin, qabaqlasın Onu. Dövlətli və varlıya möhtac deyil ki, Ona pay versin. Hər bir şey Ona təvazökar və Onun əzəmət və böyüklüyü qarşısında xar və həqirdir. Onun xeyir və ziyanından (bəxşişvə cəzalarından) yayınmaq üçün səltənət və padşahlığından digər bir yerə qaçmaq gücləri yoxdur. Onun tay və bərabəri olmaq üçün bir bənzəri yoxdur.13 Əşyaları varlıqlarından sonra vücudları yox olana kimi məhv edən Odur. (Həmin şeylər elə yox edilirlər ki, sanki heç əvvəldən olmayıblar.) Dünyanın yaradıldıqdan sonra yox olması, onu icad etmək və yaratmaqdan daha təəccüblü (vəağır) deyil. Necə də təəccüblü olsun, axı əgər dünyanın bütün canlıları: quşlar, dördayaqlılar, axşamüstü öz tövlələrinə qayıdanlar, səhrada otlayanlar və onların müxtəlif növləri, qanmaz və kütbeyinlər və onların zirəkləri bir yerə toplaşsalar, bir ağcaqanadı yaratmağa gücləri çatmaz, onu yaratmaq yollarının necə olmasını dərk edə bilməz, ağıl və düşüncələri onu bilməkdə mat-məəttəl qalar və gücləri aciz və süst olar. Məğlub olmalarını bildikləri, onu yaratmaqda aciz qalmalarını iqrar və onu yox etməyə qadir olmamalarını etiraf etdikləri halda, əldən-ayaqdan düşmüş və yorğun vəziyyətdə qayıdarlar.14 Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra (qiyamətdən qabaq) tək qalar və onu yaratmamışdan öncə olduğu kimi Onunla birgə heç nə olmaz. Həmçinin onun yoxluğundan sonra vaxt, məkan, an və zamansız olar.15 Dünyanın yox olması ilə müddətlər, vaxtlar, illər və saatlar da yox olarlar. (Çünki onların hamısı fələyin yox olması ilə yox olan zamanın hissələridir.) Beləliklə, (hər şeyə)qalib, tək və bütün işlərin qayıdışı Ona tərəf olan Allahdan başqa bir şey olmayacaq.16 Yaradılışın əvvəlində məxluqat qüdrət və ixtiyara malik deyildi. Onların fanilik və yox olmaları da hər cür imtinasız və boyun qaçırmasız olacaqdır. Əgər onlar imtina edə bilsəydilər, həmişəlik qalardılar.17 Yaradılış zamanı məxluqatın heç birini yaratmaq Ona çətin deyildi və vücuda gətirib yaratdıqlarını yaratmaq Onu yorub əldən salmadı. (Çünki işin çətin gəlməsi və yorğunluq cismin xüsusiyyətlərindəndir.) O, yaratdıqlarını Öz səltənətini möhkəmləndirmək, yox olmaq və azalmaqdan qorxduğu, (Ondan) qabağa düşə biləcək bənzərinə qarşı onlardan kömək istəmək, (Ona) hücum edə biləcək düşməndən uzaq olmaq, padşahlığını uzatmaq, hansısa bir şərik Onunla şərikliyində qalib gəldiyi və fəxr etdiyi, qorxu və vahimədə olub onlarla ünsiyyət qurmaq istəyi üçün var etməyib. Beləliklə, varlıqları yaratdıqdan sonra (qiyamətdən qabaq) məhv edəcək, amma onların bir haldan digər hala düşmələri və onların işlərini idarə etmək nəticəsində darıxaraq təngə gəldiyi, rahatlıq və dincliyə çatmaq və onlardan nəsə Ona ağır gəldiyi üçün yox. Onların ömürlərinin uzunluğu Onu bezikdirməyib ki, nəticədə Onu, onları tezliklə yox etməyə vadar etsin. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıqların nizamını lütf və mərhəməti ilə bərqərar edib, onları Öz əmr və fərmanı ilə (dağılmaqdan) saxlayıb və qüdrəti ilə möhkəmləndirib. Sonra onları məhv olduqdan sonra onlara ehtiyacı olmadan və onların heç birindən kömək almadan qaytaracaq, amma bu, vahiməli və qorxulu vəziyyətdən ünsiyyət halına qayıtmağa, nadanlıq, korluq və azğınlıqdan elm və istəyə, yoxsulluq və ehtiyaclılıqdan varlılıq və ehtiyacsızlığa və həqirlik və zəiflikdən izzətlilik və qüdrətliliyə dönməyə görə deyil.18

ومن خطبة له عليه السلام
في التوحيد وتجمع هذه الخطبة من أصول العلوم ما لا تجمعه خطبة

مَا وَحَّدَهُ مَنْ کَيَّفَهُ، وَلاَ حَقِيقَتَهُ أَصَابَ مَنْ مَثَّلَهُ، وَلاَ إِيَّاهُ عَنَي مَنْ شَبَّهَهُ، وَلاَ صَمَدَهُ مَنْ أَشَارَ إِلَيْهِ وَتَوَهَّمَهُ. کُلُّ مَعْرُوفٍ بِنَفْسِهِ مَُصْنُوعٌ، وَکُلُّ قَائِمٍ فِي سِوَاهُ مَعْلُولٌ. فَاعِلٌ لاَ بِاضْطِرَابِ آلَةٍ، مُقَدِّرٌ لاَ بِجَوْلِ فِکْرَةٍ، غَنِيٌّ لاَ بِاسْتِفَادَةٍ. لاَ تَصْحَبُهُ الْأُوْقَاتُ، وَلاَ تَرْفِدُهُ الْأَدَوَاتُ، سَبَقَ الْأَوْقَاتَ کَوْنُهُ، وَالْعَدَمَ وُجُودُهُ، وَالْإِبْتِدَاءَ أَزَلُهُ. بِتَشْعِيرِهِ الْمَشَاعِرَ عُرِفَ أَنْ لاَ مَشْعَرَ لَهُ، وَبِمُضَادَّتِهِ بَيْنَ الْأُمُورِ عُرِفَ أَنْ لاَ ضِدَّ لَهُ، وَبِمُقَارَنَتِهِ بَيْنَ الْأَشْيَاءِ عُرِفَ أَنْ لاَ قَرِينَ لَهُ. ضَادَّ النُّورَ بِالظُّلْمَةِ، وَالْوُضُوحَ بِالْبُهْمَةِ، وَالْجُمُودَ بِالْبَلَلِ، وَالْحَرُورَ بِالصَّرَدِ. مُؤَلِّفٌ بَيْنَ مُتَعَادِيَاتِهَا، مُقَارِنٌ بَيْنَ مُتَبَايِنَاتِهَا، مُقَرِّبٌ بَيْنَ مُتَبَاعِداتِهَا، مُفَرِّقٌ بَيْنَ مُتَدَانِيَاتِهَا. لاَ يُشْمَلُ بِحَدٍّ، وَلاَ يُحْسَبُ بِعَدٍّ، وَإِنَّمَا تَحُدُّ الْأَدَوَاتُ أَنْفُسَهَا، وَتُشِيرُ الْآلَاتُ إِلَي نَظَائِرِهَا، مَنَعَتْهَا «مُنْذُ» الْقِدْمَةَ، وَحَمَتْهَا «قَدُ» الْأَزَلِيَّةَ، وَجَنَّبَتْهَا «لَوْلاَ» التَّکْمِلَةَ ! بِهَا تَجَلَّي صَانِعُهَا لِلْعُقُولِ، وَبِهَا امْتَنَعَ عَنْ نَظَرِ الْعُيُونِ. لاَ يَجْرِي عَلَيْهِ السُّکُونُ وَالْحَرَکَةُ، وَکَيْفَ يَجْرِي عَلَيْهِ مَا هُوَ أَجْرَاهُ، وَيَعُودُ فِيهِ مَا هُوَ أَبْدَاهُ، وَيَحْدُثُ فِيهِ مَا هُوَ أَحْدَثَةُ! إِذاً لَتَفَاوَتَتْ ذَاتُهُ، وَلَتَجَزَّأَ کُنْهُهُ، وَلاَمْتَنَعَ مِنَ الْأَزَلِ مَعْنَاهُ، وَلَکَانَ لَهُ وَرَاءٌ إِذْ وُجِدَ لَهُ أَمَامٌ، وَلاَلْتَمَسَ التَّمَامَ إِذْ لَزِمَهُ النُّقْصَانُ. وَإِذاً لَقَامَتْ آيَةُ الْمَصْنُوعِ فِيهِ، وَلَتَحَوَّلَ دَلِيلاً بَعْدَ أَنْ کَانَ مَدْلُولاً عَلَيْهِ، وَخَرَجَ بِسُلْطَانِ الْإِمْتِنَاعِ مِنْ أَنْ يُؤَثِّرَ فِيهِ مَا يُؤثِّرُ فِي غَيْرِهِ. الَّذِي لاَ يَحُولُ وَلاَ يَزُولُ، وَلاَ يَجُوزُ عَلَيْهِ الْأُفُولُ. لَمْ يَلِدْ فَيَکُونَ مَوْلُوداً، وَلَمْ يُولَدْ فَيَصِيرَ مَحْدُوداً، جَلَّ عَنِ اتِّخَاذِ الْأَبْنَاءِ، وَطَهُرَ عَنْ مُلاَمَسَةِ النِّسَاءِ. لاَ تَنَالُهُ الْأَوْهَامُ فَتُقَدِّرَهُ، وَلاَ تَتَوَهَّمُهُ الْفِطَنُ فَتُصَوِّرَهُ، وَلاَ تُدْرِکُهُ الْحَوَاسُّ فَتُحِسَّهُ، وَلاَ تَلْمِسُهُ الْأَيْدِي فَتَمَسَّهُ. وَلاَ يَتَغَيَّرُ بِحَالٍ، وَلاَ يَتَبَدَّلُ فِي الْأَحْوَالِ، وَلاَ تُبْلِيهِ اللَّيَالي وَالْأَيَّامُ، وَلاَ يُغَيِّرُهُ الضِّيَاءُ وَالظَّلاَمُ، وَلاَ يُوصَفُ بِشَيءٍ مِنَ الْأَجْزَاءِ، وَلاَ بِالجَوَارِحِ وَالْأَعْضَاءِ، وَلاَ بِعَرَض مِنَ الْأَعْرَاضِ، وَلاَ بِالْغَيْرِيَّةِ والْأَبْعَاضِ. وَلاَ يُقَالُ: لَهُ حَدٌّ وَلاَ نِهَايَةٌ، وَلاَ انْقِطَاعٌ وَلاَ غَايَةٌ، وَلاَ أَنَّ الْأَشْيَاءَ تَحْوِيهِ فَتُقِلَّهُ أَوْ تُهْوِيَهُ، أَوْ أَنَّ شَيْئاً يَحْمِلُهُ، فَيُمِيلَهُ أَوْ يُعَدِّلَهُ. لَيْسَ فِي الْأَشْيَاءِ بِوَالِجٍ، وَلاَ عَنْهَا بِخَارِجٍ. يُخْبِرُ لاَ بِلِسَان وَلَهَوَاتٍ، وَيَسْمَعُ لاَ بِخُروُقٍ وَأَدَوَاتٍ، يَقُولُ وَلاَ يَلْفِظُ، وَيَحْفَظُ وَلاَ يَتَحَفَّظُ، وَيُرِيدُ وَلاَ يُضْمِرُ. يُحِبُّ وَيَرْضَي مِنْ غَيْرِ رِقَّةٍ، وَيُبْغِضُ وَيَغْضَبُ مِنْ غَيْرِ مَشَقَّةٍ. يَقُولُ لِمَا أَرَادَ کَوْنَهُ: (کُنْ فَيَکُونَُ)، لاَ بِصَوْت يَقْرَعُ، وَلاَ بِنِدَاءٍ يُسْمَعُ، وَإِنَّمَا کَلاَمُهُ سُبْحَانَهُ فِعْلٌ مِنْهُ أَنْشَأَهُ وَمَثَّلَهُ، لَمْ يَکُنْ مِنْ قَبْلِ ذلِکَ کَائِناً، وَلَوْ کَانَ قَدِيماً لَکَانَ إِلهاً ثَانِياً. لاَ يُقَالُ: کَانَ بَعْدَ أَنْ لَمْ يَکُنْ، فَتَجْرِيَ عَلَيْهِ الصِّفَاتُ الْمُحْدَثَاتُ، وَلاَ يَکُونُ بَيْنَهَا وَبَيْنَهُ فَصْلٌ، وَلاَ لَهُ عَلَيْهَا فَضْلٌ، فَيَسْتَوِيَ الصَّانِعُ والْمَصْنُوعُ، وَيَتَکَافَأَ المُبْتَدَعُ وَالْبَدِيعُ. خَلَقَ الْخَلاَئِقَ عَلَي غَيْرِ مِثَالٍ خَلاَ مِنْ غَيْرِهِ، وَلَمْ يَسْتَعِنْ عَلَي خَلْقِهَا بِأَحَدٍ مِنْ خَلْقِهِ. وَأَنْشَأَ الْأَرْضَ فَأَمْسَکَهَا مِنْ غَيْرِ اشْتِغَالٍ، وَأَرْسَاهَا عَلَي غَيْرِ قَرَارٍ، وَأَقَامَهَا بِغَيْرِ قَوَائِمَ، وَرَفَعَهَا بِغَيْرِ دَعائِمَ، وَحَصَّنَهَا مِنَ الْأَوَدَ وَالْإِعْوِجَاجِ، وَمَنَعَهَا مِنَ التَّهَافُتِ وَالْإِنْفِرَاجِ، أَرْسَي أَوْتَادَهَا، وَضَرَبَ أَسْدَادَهَا، وَاسْتَفَاضَ عُيُونَهَا، وَخَدَّ أَوْدِيَتَهَا، فَلَمْ يَهِنْ مَا بَنَاهُ، وَلاَ ضَعُفَ مَا قَوَّاهُ. هُوَ الظّاهِرُ عَلَيْهَا بِسُلْطَانِهِ وَعَظَمَتِهِ، وَهُوَ الْبَاطِنُ لَهَا بِعِلْمِهِ وَمَعْرِفَتِهِ، وَالْعَالي عَلَي کَلِّ شَيْءٍ مِنهَا بِجَلاَلِهِ وَعِزَّتِهِ. لاَ يُعْجِزُهُ شَيْءٌ مِنْهَا طَلَبَهُ، وَلاَ يَمْتَنِعُ عَلَيْهِ فَيَغْلِبَهُ، وَلاَ يَفُوتُهُ السَّرِيعُ مِنْهَا فَيَسْبِقَهُ، وَلاَ يَحْتَاجُ إِلَي ذِي مَال فَيَرْزُقَهُ. خَضَعَتِ الْأَشْيَاءُ لَهُ، وَذَلَّتْ مُسْتَکِينَةً لِعَظَمَتِهِ، لاَ تَسْتَطِيعُ الْهَرَبَ مِنْ سُلْطَانِهِ إِلَي غَيْرِهِ فَتَمْتَنِعَ مِنْ نَفْعِهِ وَضَرِّهِ، وَلاَ کُفؤَ لَهُ فَيُکَافِئَهُ، وَلاَ نَظِيرَ لَهُ فَيُسَاوِيَهُ. هُوَ الْمُفْنِي لَهَا بَعْدَ وُجُودِهَا، حَتَّي يَصِيرَ مَوْجُودُهَا کَمَفْقُودِهَا. وَلَيْسَ فَنَاءُ الدُّنْيَا بَعْدَ ابْتِدَاعِهَا بِأَعْجَبَ مِنْ إنْشَائِهَا وَاخْتِرَاعِهَا، وَکَيفَ وَلَوْ اجْتَمَعَ جَمِيعُ حَيَوانِهَا مِنْ طَيْرِهَا وَبَهَائِمِهَا، ومَا کَانَ مِنْ مُرَاحِهَا وَسَائِمِهَا، وَأَصْنَافِ أَسْنَاخِهَا وَأَجْنَاسِهَا، وَمُتَبَلِّدَةِ أُمَمِهَا وَأَکْيَاسِهَا، عَلَي إِحْدَاثِ بَعُوضَةٍ، مَا قَدَرَتْ عَلَي إِحْدَاثِهَا، وَلاَ عَرَفَتْ کَيْفَ السَّبِيلُ إِلَي إِيجَادِهَا، وَلَتَحَيَّرَتْ عُقُولُهَا فِي عِلْمِ ذلِکَ وَتاهَتْ، وَعَجِزَتْ قُوَاهَا وَتَنَاهَتْ، وَرَجَعَتْ خَاسِئَةً حَسِيرَةً، عَارِفَةً بِأَنَّهَا مَقْهُورَةٌ، مُقِرَّةً بِالْعَجْزِ عَنْ إِنْشَائِهَا، مُذْعِنَةً بِالضَّعْفِ عَنْ إفْنَائِهَا! وَإِنَّ الَلَّه سُبْحَانَهُ، يَعُودُ بَعْدَ فَنَاءِ الدُّنْيَا وَحْدَهُ لاَ شَيْءَ مَعَهُ، کَمَا کَانَ قَبْلَ ابْتِدَائِهَا، کَذلِکَ يَکُونُ بَعْدَ فَنَائِهَا، بِلاَ وَقْتٍ وَلاَ مَکَانٍ، وَلاَ حِينٍ وَلاَ زَمَانٍ، عُدِمَتْ عِنْدَ ذلِکَ الْآجَالُ وَالْأَوْقَاتُ، وَزَالَتِ السِّنُونَ وَالسَّاعَاتُ، فَلاَ شَيْءَ إِلاَّ الْوَاحِدُ الْقَهَّارُ الَّذِي إِلَيْهِ مَصِيرُ جَمِيعِ الْأُمُورِ، بِلاَ قُدْرَة مِنْهَا کَانَ ابْتِدَاءُ خَلْقِهَا، وَبِغَيْرِ امْتِنَاع مِنْهَا کَانَ فَنَاؤُهَا، وَلَوْ قَدَرَتْ عَلَي الْإِمْتِنَاعِ لَدَامَ بَقَاؤُهَا. لَمْ يَتَکَاءَدْهُ صُنْعُ شَيْءٍ مِنْهَا إِ ذْ صَنَعَهُ، وَلَمْ يَؤُدْهُ مِنْهَا خَلْقُ مَا خَلَقَهُ وَبَرَأَهُ وَلَمْ يُکَوِّنْهَا لِتَشْدِيدِ سُلْطَانٍ، وَلاَ لِخَوْفٍ مِنْ زَوَالٍ وَنُقْصَانٍ، وَلاَ لِلْإِسْتِعَانَةِ بِهَا عَلَي نِدٍّ مُکَاثِرٍ، وَلاَ لِلْإِحْتِرَازِ بِهَا مِنْ ضِدٍّ مُثَاوِر، وَلاَ لِلْإِزْدِيَادِ بِهَا فِي مُلْکِهِ، وَلاَ لِمُکَاثَرَةِ شَرِيکٍ فِي شِرْکِهِ، وَلاَ لِوَحْشَةٍ کَانَتْ مِنْهُ، فَأَرَادَ أَنْ يَسْتَأْنِسَ إِلَيْهَا. ثُمَّ هُوَ يُفْنِيهَا بَعْدَ تَکْوِينِهَا، لاَ لِسَأَمٍ دَخَلَ عَلَيْهِ فِي تَصْرِيفِهَا وَتَدْبِيرِهَا، وَلاَ لِرَاحَةٍ وَاصِلَةٍ إِلَيْهِ، وَلاَ لِثِقَلِ شَيْءٍ مِنْهَا عَلَيْهِ. لاَ يُمِلُّهُ طُولُ بَقَائِهَا فَيَدْعُوَهُ إِلَي سُرْعَةِ إِفْنَائِهَا، لکِنَّهُ سُبْحَانَهُ دَبَّرَهَا بِلُطْفِهِ، وَأمسَکَهَا بِأَمْرِهِ، وَأَتْقَنَهَا بِقُدْرَتِهِ. ثُمَّ يُعِيدُهَا بَعْدَ الْفَنَاءِ مِنْ غَيْرِ حَاجَةٍ مِنْهُ إِلَيْهَا، وَلاَ اسْتِعَانَةٍ بَشَيْءٍ مِنْهَا عَلَيْهَا، وَلاَ لْإِنصِرَاف مِنْ حَالٍ وَحْشَةٍ إلَي حَالِ اسْتِئْنَاسٍ، وَلاَ مِنْ حَالِ جَهْلٍ وَعَميً إِلَي حَالِ عِلْمٍ وَالِْتمَاسٍ، وَلاَ مِنْ فَقْرٍ وَحَاجَةٍ إِلَي غِنيً وَکَثْرَةٍ، وَلاَ مِنْ ذُلٍّ وَضَعَةٍ إِلَي عِزٍّ وَقُدْرَةٍ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

229-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki hiss və ya ağıl ilə işarə edilən şey məhduddur və məhdudluq cismin xüsusiyyətlərindəndir. Birinci xütbənin şərhində bu məsələyə toxunulub.
2. Allah isə yaradılmış deyil. Çünki yaradılmış yaradana möhtacdır və möhtaclıq vücudu vacib olan varlıq deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir. Buna görə də Allah-təala zatı ilə tanınmır, bəlkə Onu nişanə və əlamətləri ilə tanıyırlar.
3. Çünki başqası ilə var olan məkana möhtacdır və möhtac olan hər bir şey mümkün varlıqdır. Və hər bir mümkün varlıq nəticədir. Buna görə də vacib varlığın başqası ilə var olması münasib deyil, əksinə, hər bir şey onun vasitəsi ilə mövcuddur.
4. Çünki O, əzəlidir, zaman isə hadis və sonradan yaranmış. Hadis əzəli ilə yoldaş olmaz. Ona görə ki, yoldaşlıq birgə olmağı tələb edir.
5. Buna görə də Allah-təaladan başqa hər bir şey barəsində «وُجِدَ هَذا مُنْذُ زَمانِ كَذا» «bu, filan zamandan meydana çıxıb» deyilə bilər.
6. Buna görə də hər hansı bir şey barəsində «وَ قَدْ يَكُونُ كَذا» «yaxın keçmişdə belə idi» və ya«bəzən belə olur» demək olar.
7. Necə ki, Allahdan başqası barəsində «لَوْ لا خالِقُهُ لَما وُجِِدَ» «əgər onu yaradan olmasaydı, omövcudolmazdı» deyilir.
8. Çünki əgər görünsə, həmin alət və vasitələr kimi olar və onlar kimi yeni yaranmış və başqasına möhtac olar.
9. Çünki cisim hərəkət və durğunluqla vəsf edilir. Hər bir cisim isə mürəkkəbdir və mürəkkəb hissələrdən ibarətdir.
10. Çünki dəyişmək və zavala uğramaq vacib varlığın deyil, mümkün varlığın xüsusiyyətlərindəndir.
11. Çünki bunun nəticəsi yerdəyişmə və hərəkətdir ki, o da hadis olmaq və yeni yaranmağa dəlalət edir. Buna görə də Qur’ani-Kərimdə deyildiyi kimi Həzrət İbrahim əleyhis-salam ulduz, ay və günəşin itməsini və batmasını onların Rəbb olmamalarına dəlil gətirir. Ən’am surəsinin 76-79-cu ayələrində buyurulur: «فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الْآفِلِينَ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لَأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ» «(İnsanların bəzilərinin ulduz, ay və günəşə ibadət etdikləri dövrdə) gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb (onlar kimi) «bu mənim Rəbbimdir!» dedi. Ulduz batdıqda isə: «Mən (nəinki ibadət), batanları (heç) sevmirəm» söylədi. (Sonra) doğan ayı görüb dedi: «Bu mənim Rəbbimdir!» Ay batdıqda isə: «Doğrudan da əgər Rəbbim məni Özünü tanımağa doğru yönəltməsə mən zəlalətə düşənlərdənolaram», dedi. Elə ki günəşi doğan gördü «bu mənim Rəbbimdir, bu (həcm və işıqlılıq baxımından) daha böyükdür» dedi. Günəş batdıqda isə dedi: «Ey camaatım, mən, həqiqətən sizin Allaha şərik qoşduqlarınızdanuzağam. Mən müsəlman olaraq bütpərəstlik və şirkdən uzaq olub müşrik olmayan halda göyləri və yeri yaradana üz tuturam».
12. Xülasə, Onun hissəsi, xassəsi, bir qismi yoxdur. Eləcə də Onunla birgə heç bir şey yoxdur, istər hissə kimi daxilində olsun, istərsə də xassə kimi xaricində. Çünki bunların olmasının nəticəsi, Onun tərkibə malik olması, mürəkkəbliyidir və bu, vacib varlıqda qeyri-mümkündür.
13. Çünki əgər Ona bənzər təsəvvür etsək, o ya vücudu mümkün olan varlıq olacaq, ya da vacib olan varlıq. Əgər vücudu mümkün olan varlıq olsa, onda o, var olmaq baxımından Ondan sonradır və buna görə də Onun bərabər və bənzəri ola bilməz. Əgər vücudu vacib olan varlıq olsa, bu onun birliyi və təkliyi ilə ziddiyyət təşkil edir və onun nəticəsi həmin varlığın mürəkkəb olmasıdır. Çünki hər nə Ona oxşar olsa, iki hissədən ibarətdir, biri birlik, digəri isə fərqlilik cəhətindən. Bütün mümkün varlıqların mənşəyi olan vacib varlığın mürəkkəb olması isə qeyri-mümkündür.
14. Əgər Allah istəməsə, heç kəs nəinki ağcaqanadı yox edə, heç tuta da bilməz. Deyirlər ki: Ağcaqanad yaradılışında fil kimidir, amma onun bədən üzvləri filinkindən çoxdur. Çünki filin dörd ayağı, xortumu və quyruğu olduğu halda ağcaqanadın bunlardan əlavə iki ayaq və dörd qanadı da var ki, həmin qanadlarla uçur. Filin xortumunun içi boş və deşik deyil. Amma ağcaqanadın xortumu deşikdir və onu insanın bədəninə batıranda onunla qan içir. Deməli, ağcaqanadın xortumu onun hulqumu yerindədir.
15. Çünki fələklər olmayan təqdirdə məkan da vücuda malik olmur. Hamısının mənası bir olan vaxt, an və zaman da fələyin hərəkətinin miqdarından ibarətdir. Buna görə də fələk olmayan surətdə zamanın mövcud olması üçün hərəkət də yoxdur.
16. Xülasə, hər bir şey yox olacaq, hətta bütün kainat yox olandan sonra qalacağı güman edilən vaxt və zaman. İmam əleyhis-salamın «Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra tək qalar» cümləsindən sonra olan buyuruqları aşkar şəkildə qiyamətdən qabaq bütün şeylərin zatının yox olacağını bəyan edir. Qur’ani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində buyurulur: «كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ» «İlk dəfə yaratdığımız kimi onu qaytaracağıq». Varlıqları yoxluqdan yaratdığı kimi onları qaytarmaq da yoxluqdan olacaqdır. Buna görə də «şeylərin yox olmalarından məqsəd onların hissələrinin dağılmasıdır, çünki yox olmuş şeyi qaytarmaq qeyri-mümkündür» demək mübahisəli bir məsələdir. Bu kitab ümumi kütlənin mütaliəsi üçün nəzərdə tutulduğuna görə həmin məsələnin burada geniş şəkildə açıqlanması münasib deyil.
17. Allah varlıqları onlardan icazə istəmədən yaratdığı kimi, onları yox etməkdə də icazə istəmir. Onlar yaradılarkən imtina edə bilmədikləri kimi, yox olmaqdan da - ki, təbii olaraq hamı ondan qaçır, - imtina etmək qüdrətinə malik deyildirlər. Büna görə də əgər onlar bacarsaydılar, imtina edərək həmişə qalardılar.
18. Çünki bütün bu məsələlər mütləq kamala malik olmayan və hər cəhətdən naqis və başqasına möhtac olan mümkün varlıqlara aiddir. Həmçinin heç kəs belə güman etməməlidir ki, zatda naqislik nəticəsini verən hədəfsizlik, Allahın işlərinin heç bir hədəf və məqsədinin olmamasından xəbər verir. Əksinə, Allahın işlərinin hədəf, xeyir, hikmət və mənfəətlərivar, amma onların nəticəsi yaradılmışlar üçündür. Çünki Allah-təala bihudə və puç iş görməkdən pak və uzaqdır, necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 16-17-ci ayələrində buyurulur: «وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ» «Biz göyü, yeri və onların arasında olanları oyun üçün yaratmadıq. Əgər Biz Özümüzə əyləncə etmək istəsəydik (belə bir iş görmək Bizə layiq olsaydı), onu mütləq Öz dərgahımızdan edərdik (və onda mümkün varlıqlara möhtac olmazdıq).»

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!