NƏHC-ül-BƏLAĞƏ -229-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (hidayət imamları əleyhimus-salamın məqam və dərəcələri ) qarşıya çıxacaq acı hadisələr barəsindəki xütbələrindəndir.

Bilin! Atam-anam o kəslərə fəda olsun ki, (məndən sonra yolunu azmışlara bələdçi və xalqın imamıdırlar və) onlar, adları (böyüklükləri) göydə (mələklərin yanında) məşhur, yerdə (insanların çoxunun azğınlığına görə onların yanında) isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqlığından, (dini və dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş üstünə gətirməyinizdən və (onları böyüklərə və qocalara) rəhbər etməyinizdən yaranacaq hadisələrdən xəbərdar olun və gözləyin.1 Bu hadisələr o vaxt baş verəcək ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq halal yol ilə bir dirhəm qazanmaqdan daha asan olacaq. Bu hadisələr alanın savabı verəndən çox olan zaman baş verəcək.2 Bu işlər o vaxt olacaq ki, içməmiş sərxoş olacaqsınız və (sizin sərxoşluğunuzun) səbəbi nemət (onun bolluğu) və rifah içində yaşamağınız olacaqdır. Məcburiyyət və naçarlıq olmadan and içəcək və sıxıntıya düşmədən yalan deyəcəksiniz. Bu hadisələr bəla və çətinliklər sizi (yaxşılarınızı) palan dəvənin belindəki güvənləri gəmirdiyi kimi çeynəyən (əziyyətə salan) zaman baş verəcək. Bu çətinlik nə qədər də uzun və bu arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır!!3 Camaat! Belləri sizin əllərinizin ağır yüklərini götürmüş dəvələrin (pisliklərə əmr edən nəfsin) cilovunu buraxın. (Günaha aludə olmayın və Allah və Peyğəmbərin göstərişlərinə zidd davranmayın) və öz sultanınızdan (İmami-Zamana itaət və tabeçilikdən) uzaqlaşmayın. Yoxsa (dağılışacağınız təqdirdə) işləri gördükdən (çirkin əməllərinizdən) sonra özünüzü məzəmmət edərsiniz (və peşman olarsınız). Üz tutduğunuz fitnə-fəsad alovunu şölələndirməyə (və nahaq qan tökülməsinə) qorxusuz daxil olmayın, həmin yoldan dönün və yolun ortasını onun üçün boş saxlayın (kənara çəkilinki, gəlib keçsin. Çünki sizin onun qarşısını almaq gücünüz yoxdur. Buna görədə boş yerə çalışmayın. Ona görəki,) öz canıma and olsun ki, mömin həmin fitnənin alovunun şöləsində həlak olar, müsəlman olmayan isə salamat qalar.4 Mən sizin aranızda qaranlıqda yanan çıraq kimiyəm ki, yanına gələn hər bir kəs onun işığından bəhrələnir. Buna görə də ey camaat, (mənim öyüdümü) eşidin və əzbərləyin, qəlblərinizin qulaqlarını hazır edin ki, (sözlərimin nəyə işarə olduğunu) başa düşəsiniz.

ومن خطبة له عليه السلام

تختصّ بذکر الملاحم

أَلاَ بِأَبِي وَأُمِّي، هُمْ مِنْ عِدَّة أَسْمَاؤُهُمْ فِي السَّماءِ مَعْرُوفَةٌ وَفِي الْأَرْضِ مَجْهُولَةٌ. أَلاَ فَتَوَقَّعُوا مَا يَکُونُ مِنْ إِدْبَارِ أُمُورِکُمْ، وَانْقِطَاعِ وُصَلِکُمْ، وَاسْتِعْمَالِ صِغَارِکُمْ: ذاکَ حَيْثُ تَکُونُ ضَرْبَةُ السَّيْفِ عَلَي الْمُؤْمِنِ أَهْوَنَ مِنَ الدِّرْهَمِ مِنْ حِلِّهِ! ذَاکَ حَيْثُ يَکُونُ المُعْطَي أَعْظَمَ أَجْراً مِنَ الْمُعْطِي! ذَاکَ حَيْثُ تَسْکَرُونَ مِنْ غَيْرِ شَرَابٍ، بَلْ مِنَ النِّعْمَةِ والنَّعِيمِ، وَتَحْلِفُونَ مِنْ غَيْرِ اضْطِرَارٍ، وَتَکْذِبُونَ مِنْ غيْرِ إِحْرَاجٍ ذَاکَ إِذَا عَضَّکُمُ الْبَلاَءُ کَمَا يَعَضُّ الْقَتَبُ غَارِبَ الْبَعيرِ. مَا أَطْوَلَ هَذَا الْعَنَاءَ، وَأَبْعَدَ هَذَا الرَّجَاءَ! أَيُّهَا النَّاسُ، أَلْقُوا هذِهِ الْأَزِمَّةَ الَّتِي تَحْمِلُ ظُهُورُهَا الْأَثْقَالَ مِنْ أيْدِيکُمْ، وَلاَ تَصَدَّعُوا عَلَي سُلْطَانِکُمْ فَتَذُمُّوا غِبَّ فِعَالِکُمْ، وَلاَ تَقْتَحِمُوا مَا اسْتَقْبَلْتُمْ مِنْ فَوْرِ نَارِ الْفِتْنَةِ، وأَمِيطُوا عَنْ سَنَنِهَا، وَخَلُّو قَصْدَ السَّبِيلِ لَهَا: فَقدْ لَعَمْرِي يَهْلِکُ فِي لَهَبِهَا الْمُؤْمِنُ، وَيَسْلَمُ فِيهَا غَيْرُ الْمُسْلِمِ. إِنَّمَا مَثَلي بَيْنَکُمْ کَمَثَلِ السِّرَاجِ فِي الظُّلْمَةِ، يَسْتَضِيءُ بِهِ مَنْ وَلَجَهَا. فَاسْمَعَوا أَيُّهَا النَّاسُ وَعُوا، وَأَحْضِروا آذَانَ قُلُوبِکُمْ تَفْهَمُوا.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

230-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Yaxud məqsəd nalayiq və alçaq adamların böyük və yaxşı insanlardan qabağa düşməsidir ki, kiçiklərin hər iki mənada qabağa düşmələri pis və səhv bir işdir. Çünki din və dünya işlərinin xarab olmasına və onlara xələl gəlməsinə səbəb olur. Deyirlər ki, uzaqgörən bir filosofdan soruşurlar ki: Sasanilər dövlətinin məhv olmasına nə səbəb olub? Cavab verir ki: Onlar kiçik insanları öhdəsindən gəlmədikləri böyük işlərə təyin etdilər və həmçinin böyük şəxsləri etina etmədikləri kiçik işlərə məcbur etdilər. Bu səbəbdən işlərinin nizam-intizamı bir-birinə dəydi və birlikləri dağıldı.
2. Çünki onda mallar şübhəli və niyyətlər çirkin olacaq, yoxsullar bir şeyi məcburiyyətlə alacaqlar və varlılar naçarlıqdan və ya riyakarlıq və özlərini göstərmək üçün bir az verəcəklər.
3. Bu cümlə Məhəmməd əhli-beytindən olan on ikinci imamın - Allah onun zühurunu tezləşdirsin - zühurundan qabaq baş verəcək fitnələrə işarədir ki, həmin vaxt möminlərə çox çətin keçəcək və o Həzrət zühur edənə kimi həmin fitnələrdən qurtulmaq mümkün olmayacaqdır.
4. Çünki möminin nəzər və düşüncəsi nəfsi istəklər və fitnəkarlığın əleyhinədir. Müsəlman olmayanın və münafiqin nəzər və düşüncəsi isə ona uyğundur.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!