NƏHC-ül-BƏLAĞƏ -230-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (pərhizkarlığa tövsiyə etdiyi və ölümü və ölüləri yada saldığı) xütbələrindəndir.

Ey camaat! Sizə pərhizkarlığı və Allahdan qorxmağı, sizə verdiyi nemətlərinə, sizə çatan ətalarına və sizi (xeyir və şər, rahatlıq və çətinliklə) sınamasına görə Ona çox şükr etməyi tövsiyə edirəm. Nə çox nemət ki, sizə məxsus edib və (nə çox) rəhm və mərhəmət ki, halınıza şamil olub. (Həmin nemət və mərhəmətlərdən biri budur ki,) siz öz günah və çirkin işlərinizi aşkar etmisiniz və O (Özünün eybləri örtmək və günahları bağışlamaq sifəti ilə) sizi örtüb (rüsvay və biabır etməyib və bu Onun böyük nemətlərindəndir) və cəzalandırmasına səbəb olan iş görmüsünüz, amma sizə möhlət verib.1 Həmçinin sizə ölümü yada salmağı və ondan az qafil olmağı tövsiyə edirəm. Siz, sizdən qafil olmayan şeydən (ölümdən) necə qafilsiniz? Sizə möhlət verməyən kəsə (ölüm mələyinə) necə tamah salmısınız və hərissiniz? Buna görə də gördüyünüz ölülər (sizə) öyüd verən olmaq üçün kifayətdirlər. Onları çiyinlər üzərində qəbirlərinə tərəf apardılar, halbuki (çiyinlərə öz ixtiyarları ilə) qalxmamışdılar, qəbirlərinə qoyuldular, halbuki (qəbrə özləri) düşməmişdilər.2 Beləliklə, (bu dünyadan elə əl çəkib gediblər və heç bir nişanələri qalmayıb) sanki onlar dünyanı qurub abadlaşdıranlar olmayıblar və yerləri həmişə axirət olub. Məskunlaşdıqları dünyadan xaric oldular və hürkdükləri gorda yerləşdilər. Əl çəkdikləri dünyaya bulaşmışdılar və tərəfinə getdikləri axirəti zay etmişdilər. (İndi peşman və acizdirlər.) Nə çirkin işdən (tövbə edib) qayıda bilirlər, nə də yaxşı işləri çoxalda bilirlər. (Çünki axirət müəyyən edilmiş vəzifələri yerinə yetirmək yeri deyil. Bu bədbəxtçilik ona görədirki,) dünyaya alışdılar və dünya onları aldatdı, ona güvəndilər və dünya onları yerə vurdu (məhv etdi). Belə isə - Allah sizi bağışlasın! - abadlaşdırılmasına əmr edildiyiniz, barəsində həvəsləndirildiyiniz və tərəfinə çağırıldığınız (axirət) mənzillərinizə tərəf sürət götürərək bir-birinizlə yarışın! Allaha itaətə səbrlilik və itaətsizliklərdən uzaq olmaqla Onun sizə olan nemətlərini kamilləşdirin.3 Çünki sabah (ölümün gəlib çatacağı zaman) bu günə yaxındır. Günün saatları necə də sürətlə keçir; ayın günləri necə də tez arxada qalır; ilin keçməsində aylar necə də sürətlidir; ömrün illəri necə də tez keçir (ki, onların tez keçmələri həyatın sona çatması və ölümün yaxınlaşması ilə nəticələnir).

ومن خطبة له عليه السلام

في الوصية بأمور

التقوي

أُوصِيکُمْ، أَيُّهَا النَّاسُ، بِتَقْوَي اللهِ، وَکَثْرَةِ حَمْدِهِ عَلَي آلاَئِهِ إِلَيْکُمْ، وَنَعْمَائِهِ عَلَيْکُمْ، وَبَلاَئِهِ لَدَيْکُمْ. فَکَمْ خَصَّکُمْ بِنِعْمَةٍ، وَتَدَارَکَکُمْ بِرَحْمَةٍ! أَعْوَرْتُمْ لَهُ فَسَتَرَکُمْ، وَتَعَرَّضْتُمْ لِأَخْذِهِ فَأَمْهَلَکُمْ!الموت وَأُوصِيکُمْ بِذِکْرِ الْمَوْتِ، وَإِقْلاَلِ الْغَفْلَةِ عَنْهُ، وَکَيْفَ غَفْلَتُکُمْ عَمَّا لَيْسَ يُغْفِلُکُمْ، وَطَمَعُکُمْ فِيمَنْ لَيْسَ يُمْهِلُکُمْ! فَکَفَي وَاعِظاً بِمَوْتَي عَايَنْتُمُوهُمْ، حُمِلُوا إلَي قُبُورِهِمْ غَيْرَ رَاکِبِينَ، وَأُنْزِلُوا فِيهَا غَيْرَ نَازِلِينَ، کَأَنَّهُمْ لَمْ يَکُونُوا لِلدُّنْيَا عُمَّاراً، وَکَأَنَّ الْآخِرَةَ لَمْ تَزَلْ لَهُمْ دَاراً، أَوْحَشوُا مَا کَانُوا يُوطِنُونَ، وَأَوْطَنُوا مَا کَانُوا يُوحِشُونَ، وَاشْتَغَلُوا بِمَا فَارَقُوا، وَأَضَاعُوا مَا إِلَيْهِ انْتَقَلُوا. لاَ عَنْ قَبِيح يَسْتَطِيعُونَ انْتِقَالاً، وَلاَ فِي حَسَنٍ يَسْتَطِيعُونَ ازْدِيَاداً، أَنِسُوا بِالدُّنْيَا فَغرَّتْهُمْ، وَوَثِقُوا بِهَا فَصَرَعَتْهُمْ.

سرعة النفاد

فَسَابِقُوا ـ رَحِمَکُمُ اللهُ ـ إِلَي مَنَازِلِکُمْ الَّتِي أُمِرْتُمْ أَنْ تَعْمُرُوهَا، وَالَّتِي رُغِّبْتُمْ فِيهَا، وَدُعِيتُمْ إِلَيْهَا. وَاسْتَتِمُّوا نِعَمَ اللهِ عَلَيْکُمْ بِالصَّبْرِ عَلَي طَاعَتِهِ، وَالْمُجَانَبَةِ لِمَعْصِيَتِهِ، فَإِنَّ غَداً مِنَ الْيَوْمِ قَرِيبٌ. مَا أَسْرَعَ السَّاعَاتِ فِي الْيَوْمِ، وَأَسْرَعَ الْأَيَّامَ فِي الشَّهْرِ، وَأَسْرَعَ الشُّهُورَ فِي السَّنَةِ، وَأَسْرَعَ السِّنِينَ فِي الْعُمُرِ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

231-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Sizi cəzalandırmaqda tələsməyib ki, bəlkə tövbə edərək qayıdarsınız. Çünki əfv, bağışlama və mərhəməti cəza və qəzəbini qabaqlayıb. Bu da Onun, bəndələrinəəta etdiyi digər bir böyük nemətdir ki, əgər insanları günahlarına görə cəzalandırsaydı, yer üzündə heç kəs sağ qalmazdı. Necə ki, Qur’ani-Kərimin Nəhl surəsinin 61-ci ayəsində buyurur: «وَلَوْ يُؤَاخِذُ اللّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ لاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ» «Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə onlar bircə saat belə nə yubanar, nə də tələsərlər».
2. Çünki bir yerə qalxmaq və düşmək ixtiyar və istək ilə olmalıdır. Buna görə də ölülərin çiyinlərdə aparılmaları və qəbirlərə qoyulmaları onların özlərinin dərk etmələri ilə şüurlu surətdə olmadığı üçün demək olmaz ki, onlar çiyinlərə qalxmışdılar və qəbirlərə düşüb daxil olmuşdular.
3. İbadətinçətinliklərinə səbr etmək və günahdan uzaqlaşmaqla özünüzü axirət nemətlərinin və əbədi Cənnətin ləzzətlərinə layiq edin ki, o nemətlərin dünya nemətləri ilə birgə olması nəticəsində Allahın nemətlərindən tam bəhrələnmişolasınız.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!