NƏHC-ül-BƏLAĞƏ -233-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (pərhizkarlıq və dünyaya ürək bağlamamaq barəsində buyurduğu) xütbələrindəndir.

Şükr o Allaha layiqdir ki, şükrü (nəticəsində saysız nemətləri) yaranmışlar arasında yayılıb, Onun (dininin yolunda düşmənlərinə qarşı cihad edən mələklər, peyğəmbərlər, onların haqq canişinləri və möminlərdən ibarət) qoşunu qalibdir və böyüklüyü (hər şeydən) üstündür. Ona bir-birinin ardınca olan (ağılların, müqabilidə heyran olduğu və dillərin saymaqda aciz qaldığı) nemətlərinə və böyük bəxşişlərinə görə şükr edirəm. O Allah ki, çox səbrlidir (günahkarlar ıtez cəzalandırmır) və (onların əfv edilməsi mümkün olan günahlarını) bağışlayır. Barəsində qərar çıxardığı (təqdir etdiyi) şeydə ədalət və insafla (hikmət əsasında) davranıb. Baş verənləri və baş vermişləri bilir. (Onun gələcək və keçmiş barəsindəki elmi birdir. Başqasını) təqlid etmədən və (heç kəsdən) öyrənmədən, hansısa bir uzaqgörən sənətkarın nümunəsindən istifadə etmədən (çünkiO, başlanğıclarınbaşlanğıcıvə birincisidirki, Onun üçün hansısa bir birinci fərz edilmir), səhv və xəta ilə qarşılaşmadan və (məsləhətləşmə aparmaq üçün ağıllı və alim insanlardan ibarət) bir dəstəni bir yerə toplamadan (çünki O, elmin özüdür və buna görə də məsləhətləşməyə ehtiyac yaranmasına səbəb olan səhv və xəta Ona yoltapa bilməz) Özünün (zatının eyni olan) elmi ilə yaranmışları vücuda gətirən və (heç kəsin mane olub qarşısını ala bilmədiyi) əmr və fərmanı ilə onları yaradandır. Və şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu insanlar çoxlu zəlalət və azğınlıqlar içərisində dolaşdıqları və çaşqınlıq və iztirab içərisində batıb-çıxdıqları bir zamanda göndərdi. Həlakət və bədbəxtlik cilovları onları sürükləyirdi (və dünya və axirət çətinliklərinə tərəf çəkirdi) və qəlblərinə azğınlıq qıfılları vurulmuşdu. (Beləki, onlarda haqq və həqiqət nuru tapılmırdı.)
Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva Allahın sizin boynunuzda olan haqqıdır1 və o, Allahın sizin haqqınızı (əməllərinizə əvəz) verməsini zəruriləşdirərək bərqərar edən amildir. Həmçinin sizə tövsiyə edirəm ki, Allahdan təqvalı olmaq üçün kömək diləyəsiniz (sizi təqvalı və pərhizkar olmağa müvəffəq etməsini istəyəsiniz) və təqvadan Allah (Ona yaxınlaşmaq) üçün yardım istəyəsiniz. (Pərhizkar olun ki, Allaha yaxınlaşasınız.) Çünki təqva bu gün (dünyada) pənah və (çətinliklər müqabilində) qalxan, sabah (qiyamətdə) isə Cənnət yoludur. Onun yolu aşkar, yolçusu xeyir götürən və əmanət saxlayanı (Allah) qoruyandır. (Onun yanında əmanət itmir vəməhv olmur, bəlkə O, qiyamət günü onları çox artıq xeyirlə geri qaytaracaqdır.) Təqva həmişə özünü keçmiş insanlara və qalanlara göstərib və göstərməkdədir (ki, ondan bəhrələnsinlər). Çünki onlar sabah (qiyamətdə) ona möhtacdırlar. O sabah ki, Allah yaratdıqlarını qaytaracaq (ölüləri dirildəcək), (dünya və onun malından) verdiklərini alacaq və əta etdiyi (saysıznemətlərinhansıyollarda sərfedilməsi) barəsində soruşacaq. Buna görə də təqvanı qəbul edib onu sədaqətlə öz şüarı edən kəslər nə qədər də azdırlar. Onlar say baxımından azdırlar və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vəsf və tərifinə layiqdirlər ki, (Qur’ani-Kərimin Səba surəsinin 13-cü ayəsində) buyurur: «وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ» «Mənim çox şükr edən bəndələrim azdırlar». Belə isə qulaqlarınızla təqvaya (onun vəsfini eşitməyə) tərəf tələsin (ki, başa düşəsiniz), səy və təlaşınızla ona riayət edin (ki, nicat tapasınız) və onu keçən (əldən çıxmış) hər bir şeyin müqabilində əvəz və canişin, hər bir müxalifin (haqq yolunun əleyhdarının) qarşısında müvafiq (tərəfdar) edin. Təqva vasitəsi ilə yuxunuzu qaçırdın (qəflət yuxusundan oyanın) və gününüzü ayırın (dünyaya ürək bağlamayın). Onu qəlblərinizin ayrılmaz yoldaşı edin (heç vaxt ondan uzaqlaşmayın) və günahlarınızı onunla yuyun. Xəstəliklərinizi onunla müalicə edin və onunla ölümü qabaqlayın (elə bir iş görünki, ölümdən heç bir nigarançılığınız olmasın). Təqvanı zay edib əldən çıxarmış kəsdən2 ibrət götürün. Məbada ona tabe olan kəs sizdən ibrət götürmüş olsun. Bilin! Təqvanı (təkəbbür, xudbinlik, riyakarlıq və özünü göstərmək kimi xislətlərə düçar olmaqdan) qoruyun və özünüz də onun vasitəsi ilə qorunun. (Çünki təqva əzab müqabilində sığınacaq və qalxandır.) Dünyadan uzaq və axirətə aşiq və vurğun olun. Təqvanın ucaltdığı kimsəni alçatmayın (pərhizkarları xar sanmayın ki, bu, təqva və pərhizkarlığa ziddir) və dünyanın qaldırdığı kəsi yüksək məqamlı hesab etməyin.3 Dünyanın ildırımlı buluduna (parıldayan malına) göz dikməyin. Onun danışanına qulaq asmayın, çağıranının dəvətini qəbul etməyin (dünyapərəstlərlə isnişərək get-gəl etməyin), parıltısında işıqlıq axtarmayın və nəfis mallarına tovlanmayın. Çünki onun ildırımı yağışsız, söhbəti yalan, malları qarət (olunmuş şeylər) və nəfis malları oğurluqdur. Bilin! Dünya, özünü (kişilərə) göstərib üzünü döndərən əxlaqsız qadına bənzəyir. Həmçinin hərəkət edərkən dayanıb əmrə tabe olmayan itaətsiz ata bənzəyir. O, çox xəyanətkar yalançı, naşükür davakar, (haqq yoldan) sapan cəfakar, (doğru yoldan) çox uzaqlaşan, narahat və qarmaqarışıqdır. Onun adəti (bir haldan digər bir hala və bir şəxsdən digər şəxsə) keçmək, ayağının altı titrəyən və qeyri sabit, möhtərəmliyi xarlıq, səy və çalışması oyun və zarafat, yüksəkliyi alçaqlıqdır. Dünya, malı almaq (quldurluq), soyğunçuluq, qarətçilik, məhv və həlak etmək evidir. Onun əhli ayaq üstədir (çətinliklərin çoxluğundan bir an olsun belə rahatlıq və dinclikləri yoxdur), qovulurlar, (qabaqkılara) birləşəcəklər və (mal, arvad, övlad, qohum və dostlardan) ayrı qalacaqlar. Onun yolları çaş-baş salan (gedənlər, hara getdiklərinivə hara çatacaqlarını bilmirlər), daldanacaqları acizləşdirən (insanlar onda bir sığınıcaq tapmırlar və əllərini bir yerəilişdirə bilmirlər) və məqsədləri ümidsizləşdirəndir (heç kəs onda öz istəyinə çatmır). Buna görə də sığınacaqlar dünyapərəstləri (bəla və çətinliklərə) təslim edib və onları saxlamayıb, mənzillər onları kənara atıb və zirəkliklər onları acizləşdirib və yorub.4 Buna görə də (dünya əhlinin) bəzisi nicat tapıb, (amma) ayaqları kəsilib və yaralıdır. Bəzisi ayrılmış ət kimi, bəzisi başı kəsilmiş bədən, bəzisi isə tökülmüş qan kimidir. Bəzisi (qəm-qüssədən) əllərini gəmirər, bəzisi (heyfslənərək) əllərini bir-birinə vurar, bəzisi (çarəsizilkdən) yanaqlarını dirsəklərinə qoyar, bəzisi öz fikrini məzəmmət edərək səhv sanar, bəzisi öz məqsədindən daşınar. Halbuki tədbir töküb çarə qılmaq fürsəti əldən çıxıb (onların xeyri yoxdur), gözlənilməz bəla üz tutub (ölümgəlibçatıbvə iş-işdənkeçib) və həmin vaxt qaçmaq zamanı deyil. (AllahQur’ani-KəriminSad surəsinin3-cü ayəsindəbuyurur: «كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ» «Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar (qaçmaq üçün) fəryad edib kömək diləyirdilər, lakin artıq qaçıb can qurtarmaq vaxtı deyildi».) (Ölüm gəlib çatdıqdan sonra ondan qaçmaq və ya biriş görmək xülyası həqiqətdən) çox-çox uzaqdır!!! Həqiqətən əldən çıxan əldən çıxdı, keçən keçdi (günahları islah etmək və səhv və çirkinişlərin yerini doldurmaq zamanı arxada qaldı) və dünya, (əhlinin arzularına uyğun şəkildə deyil) öz ürəyi istəyən kimi keçdi. (Qur’ani-Kərimin Duxan surəsinin 29-cu ayəsində buyurulur:) «فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاء وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ» «Beləliklə, göy və yer əhli dünyapərəstlərin həlakına ağlamadı (özlərini qəmləndirmədilər) və onlar (əzabdan qurtulmaq yolunu tapmaq üçün) möhlət verilənlərdən deyildilər».

ومن خطبة له عليه السلام

يحمدالله ويثني علي نبيه ويوصي بالزهد والتقوي

الْحَمْدُ لِلَّهِ الْفَاشِي فِي الْخَلْقِ حَمْدُهُ، وَالْغَالِبِ جُنْدُهُ، وَالْمُتَعَالِي جَدُّهُ. أحْمَدُهُ عَلَي نِعَمِهِ التُّؤَامِ، وَآلاَئِهِ الْعِظَامِ. الَّذِي عَظُمَ حِلْمُهُ فَعَفَا، وَعَدَلَ فِي کُلِّ مَا قَضَي، وَعَلِمَ مَا يَمْضِي وَمَا مَضَي، مُبْتَدِعِ الْخَلاَئِقِ بِعِلْمِهِ، وَمُنْشِئِهِمْ بِْحُکْمِهِ، بِلاَ اقْتِدَاءٍ وَلاَ تَعْلِيمٍ، وَلاَ احْتِذَاءٍ لِمِثَالِ صَانِعٍ حَکِيمٍ، وَلاَ إِصابَةِ خَطَأٍ، وَلاَ حَضْرَةِ مَلْأٍ.

الرسول الاعظم

وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، ابْتَعَثَهُ وَالنَّاسُ يَضْرِبُونَ فِي غَمْرَةٍ، وَيَمُوجُونُ فِي حَيْرَةٍ، قَدْ قَادَتْهُمْ أَزِمَّةُ الْحَيْنِ، وَاسْتَغْلَقَتْ عَلَي أَفْئِدَتِهِمْ أَقْفَالُ الرَّيْنِ.

الوصية بالزهد والتقوي أُوصِيکُمْ عِبَادَ اللهِ بِتَقْوَي اللهِ، فَإِنَّهَا حَقُّ اللهِ عَلَيْکُمْ، وَالْمُوجِبَةُ عَلَي اللهِ حَقَّکُمْ، وَأَنْ تَسْتَعِينُوا عَلَيْهَا بِاللهِ، وَتَسْتَعِينُوا بِهَا عَلَي اللهِ: فَإِنَّ الْتَّقْوَي فِي الْيَوْمِ الْحِرْزُ وَالْجُنَّةُ، وَفِي غَدٍ الطَّرِيقُ إِلَي الْجَنَّةِ، مَسْلَکُهَا وَاضِحٌ، وَسَالِکُهَا رَابحٌ، وَمُسْتَوْدَعُهَا حَافِظٌ. لَمْ تَبْرَحْ عَارِضَةً نَفْسَهَا عَلَي الْأُمَمِ الْمَاضِينَ وَالْغَابِرينَ لِحَاجَتِهِمْ إِلَيْهَا غَداً، إِذَا أَعَادَ اللهُ مَا أَبْدَي، وَأَخَذَ مَا أَعْطَي، وَسَأَلَ عَمَّا أَسْدَي. فَمَا أَقَلَّ مَنْ قَبِلَهَا، وَحَمَلَهَا حَقَّ حَمْلِهَا! أُولئِکَ الْأَقَلُّونَ عَدَداً، وَهُمْ أَهْلُ صِفَةِ اللهِ سُبْحَانَهُ إِذْ يَقُولُ: (وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّکُورُ) فَأَهْطِعُوا بِأَسْمَاعِکُمْ إِلَيْهَا، وأَلِظُّوا بِجِدِّکُمْ عَلَيْهَا، وَاعْتَاضُوهَا مِنْ کُلِّ سَلَفٍ خَلَفاً، وَمِنْ کُلِّ مُخَالِفٍ مُوَافِقاً. أَيْقِظُوا بِهَا نَوْمَکُمْ، واقْطَعُوا بِهَا يَوْمَکُمْ، وَأَشْعِرُوهَا قُلُوبَکُمْ، وَارْحَضُوا بِهَا ذُنُوبَکُمْ، وَدَاوُوا بِهَا الْأَسْقَامَ، وَبَادِرُوا بِهَا الْحِمَامَ، وَاعْتَبِرُوا بِمَنْ أَضَاعَهَا، وَلاَ يَعْتَبِرَنَّ بِکُمْ مَنْ أَطَاعَهَا. أَلاَ وصُونُوهَا وَتَصَوَّنُوا بِهَا، وَکُونُو عَنِ الدُّنْيَا نُزَّاهاً، وَإِلَي الْآخِرَةِ وُلاَّهاً. وَلاَ تَضَعُوا مَنْ رَفَعَتْهُ التَّقْوَي، وَلاَ تَرْفَعُوا مَنْ رَفَعَتْهُ الدُّنْيَا، وَلاَ تَشِيمُوا بَارِقَهَا، وَلاَ تَسْمَعُوا نَاطِقَهَا، وَلاَ تُجِيبُوا نَاعِقَهَا، وَلاَ تَسْتَضِيئُوا بِإِشْرَاقِهَا، وَلاَ تُفْتَنُوا بِأَعْلاَقِهَا، فَإِنَّ بَرْقهَا خَالِبٌ، وَنُطْقَهَا کَاذِبٌ، وَأَمْوَالَهَا مَحْرُوبةٌ، وَأَعْلاَقَهَا مَسْلُوبَةٌ. أَلاَ وَهِيَ الْمُتَصَدِّيَةُ الْعَنُونُ، وَالْجَامِحَةُ الْحَرُونُ، وَالْمَائِنَةُ الْخَؤُون، وَالْجَحُودُ الْکَنُودُ، وَالْعَنُودُ الصَّدُودُ، وَالْحَيُودُ الْمَيُودُ. حَالُهَا انْتِقَالٌ، وَوَطْأَتُهَا زِلْزَالٌ، وَعِزُّهَا ذُلٌّ، وَجِدُّهَا هَزْلٌ، وَعُلْوُهَا سُفْلٌ، دَارُ حَرَبٍ وَسَلَبٍ، وَنَهْبٍ وَعَطَبٍ، أَهْلُهَا عَلَي سَاقٍ وَسِيَاقٍ، وَلَحَاقٍ وَفِرَاقٍ. قَدْ تَحَيَّرَتْ مَذَاهِبُهَا، وَأَعْجَزَتْ مَهَارِبُهَا، وَخَابَتْ مَطَالِبُهَا، فَأَسْلَمَتْهُمُ الْمَعَاقِلُ، وَلَفَظَتْهُمُ الْمَنَازِلُ، وَأَعْيَتْهُمُ الْمَحَاوِلُ: فَمِنْ نَاجٍ مَعْقُورٍ، وَلَحْمٍ مَجْزُورٍ، وَشِلْو مَذْبُوحٍ، وَدَمٍ مَسْفُوحٍ، وَعَاضٍّ عَلَي يَدَيْهِ، وَصَافِقٍ لِکَفَّيْهِ، وَمُرْتَفِقٍ بِخَدَّيْهِ، وَزَارٍ عَلَي رَأْيِهِ، وَرَاجِعٍ عَنْ عَزْمِهِ، وَقَدْ أَدْبَرَتِ الْحِيلَةُ، وَأَقْبَلَتِ الْغِيلَةُ، (وَلاَتَ حِينَ مَنَاصٍ). هَيْهَاتَ هَيْهَاتَ! قَدْ فَاتَ مَا فَاتَ، وَذَهَبَ مَا ذَهَبَ، ومَضَتِ الدُّنْيَا لِحَالِ بَالِهَا، (فَمَا بَکَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا کَانُوا مُنْظَرِينَ).

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

234-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Allah vacibləri yerinə yetirmək və qadağan edilmişləri tərk etməkdən ibarət olan təqvanı Öz haqqı və nemətlərinin şükrünün yerinə yetirilməsi vasitəsi təyin edib.
2. Şeytana və pis işlərə əmr edən nəfsə tabe olub dünyada bədbəxt halda qalmış və ya istədiyi xeyri əldə edə bilməmiş və axirətdə əbədi əzaba düçar olan şəxsdən.
3. Varlıları var-dövlətlərinə görə böyük sanmayın. Çünki var-dövlətə görə hörmət göstərmək təqva və pərhizkarlığa ziddir.
4. Xülasə, dünyada pənah aparmaq üçün bir sığınacaq və daldalanacaq yoxdur. Həmçinin insanı özündə saxlayıb kənara atmayan bir mənzil yoxdur. Orada zirəklik və bir-birinə arxa olmağın da xeyri yoxdur.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!