NƏHC-ül-BƏLAĞƏ -235-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa buyurduğu kəlamlarındandır.

Abdullah, Osman (zülmkarlıqlarına, müsəlmanların beytülmalını dağıtdığına və gördüyü çirkin işlərə görə) mühasirədə olan zaman (müsəlmanlar onu xilafət məqamından uzaqlaşdırmaq istəyirdilər və o, öldürülmək qorxusundan çölə çıxmağa cürət etmədiyi üçün) ondan o Həzrətə bir məktub gətirdi. Osman həmin məktubda o Həzrətdən, xalqın onu xilafətə namizəd kimi irəli sürmələri hay-küyünün yatması üçün Yənbudakı1 malikanəsinə getməsini istəmişdi.2 Halbuki həmin istəyin bənzərini bundan qabaq da etmişdi.3 Buna görə də İmam əleyhis-salam buyurdu:
Ey Abbasın oğlu! Osman məni böyük vedrə ilə su daşıyan dəvə kimi etməkdən, (həmin dəvə kimi) gedib-gəlməyimdən başqa bir şey istəmir. (Bundan qabaq yanıma adam) göndərdi ki, (Mədinədən) çıxım. Ondan sonra (yenə adam) göndərdi ki, (ona kömək etmək üçün Yənbudan Mədinəyə) gəlim. İndi də(səni) göndərir ki, çıxım. Allaha and olsun, (kömək edərək) onu elə müdafiə etdim ki, (onunla bir yerdə olmaqda çox çalışmağımın nəticəsində) günahkar olmağımdan qorxdum. (Çünki o, gördüyü nalayiq işlərə görə müdafiə edilməyə layiq deyildi.)

ومن کلام له عليه السلام

قاله لعبد الله بن العباس,

وقد جاء برسالة من عثمان وهو محصور يسأله فيها الخروج إلي ماله بينبُع، ليقلّ هتف الناس باسمه للخلافة، بعد أن کان سأله مثل ذلک من قبل، فقال عليه السلام:

يَابْنَ عَبَّاسٍ، مَا يُرِيدُ عُثْمَانُ إِلاَّ أَنْ يَجَعَلَنِي جَمَلاً نَاضِحاً بِالْغَرْبِ: أَقْبِلْ وَأَدْبِرْ! بَعَثَ إِلَيَّ أَنْ أَخْرُجَ، ثُمَّ بَعَثَ إِليَّ أَنْ أَقْدُمَ، ثُمَّ هُوَ الْآنَ يَبْعَثُ إِلَيَّ أَنْ أَخْرُجَ! وَاللهِ لَقَدْ دَفَعْتُ عَنْهُ حَتَّي خَشِيتُ أَنْ أَکُونَ آثِماً.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

236-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Mədinənin dəniz tərəfdən kənarındakı yer adıdır.
2. Çünki Osmanı mühasirəyə alanlar uca səslə xilafəti Əmirəl-mömininə nisbət verirdilər. Osman belə güman edirdi ki, onun mühasirəyə alınmasına xalqı o Həzrət təhrik edir. Buna görə də o Həzrətin Mədinədən xaric olmasını istədi ki, bəlkə camaat da onun evinin ətrafından dağılışaraqo Həzrətlə gedər və o, evdən çıxıb bir çarə qıla bilər.
3. Bundan qabaq bir dəfə də o Həzrətin Yənbuya getməsini istəmişdi. Həzrət gedəndən sonra, onun Mədinəyə qayıdaraq ona kömək etməsini istəmişdi. İndi bir daha Yənbuya getməsini istəyirdi.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!