NƏHC-ül-BƏLAĞƏ -237-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (insanın nə qədər ki, sağdır, ibadət və bəndəliyi əldən çıxarmamasının zəruriliyi barəsindəki) xütbələrindəndir.

(Allaha həmd və Həzrət Peyğəmbərə və onun Əhli-Beytinə salamdan sonra, bilin ki, dünya həmişə qalmayacaq. Buna görədə) nə qədər ki, həyat genişliyindəsiniz (sağsınız), dəftərlər (əməl dəftərləri gözəl söz və əməllərin yazılması üçün) açıqdır (bağlanmayıb), tövbə və (pisliklərdən) qayıdış sərilib (qəbul edilir), üz döndərən (günahkar çirkin əməldən əl götürüb tövbə etməyə) çağırılır, pis əməl sahibinə (çirkin əməlinin yerini yaxşı əməllərlə doldurmaq üçün) ümidvarlıq verilir, əməl çırağı sönməyib fürsət əldən çıxandan, vaxt sona çatandan, tövbə qapısı bağlanandan, mələklər göyə qalxandan (qələmlər əməl dəftərinə yaxşı və ya pis bir şey yazmaqdan saxlanılandan) qabaq (bacardığınız qədər Allah və Peyğəmbərin göstərişlərinə uyğun) iş görün. Buna görə də gərək insan (ölüm- yəni, heç bir iş görmək imkanı olmayan zaman gəlib çatmamışdan qabaq) özündən özü, həyatdan ölüm, yoxluqdan varlıq və ötəridən daimi üçün nəticə əldə etsin (dünyada özünü işə vadar etsin ki, onun nəticəsi axirətdə dərdinə dəysin). Ölüm çatana kimi fürsət və işin görülməsinə qədər möhlət verilmiş halda Allahdan qorxan (və əməldə çalışan) kəs, o şəxsdir ki, nəfsini noxtalayıb və onun cilovu öz ixtiyarındadır və beləliklə, nəfsin noxtası ilə özünü Allahın qadağan etdiklərindən saxlayıb və onun cilovu ilə özünü Allaha itaət və tabeçiliyə tərəf çəkir.

ومن خطبة له عليه السلام

في المسارعة إلي العمل

فَاعْمَلُوا وَأَنْتُمْ فِي نَفَسِ الْبَقَاءِ، وَالصُّحُفُ مَنْشُورَةٌ، وَالتَّوْبَةُ مَبْسُوطَةٌ، وَالْمُدْبِرُ يُدْعَي، وَالْمُسِيءُ يُرْجَي، قَبْلَ أَنْ يَخْمُدَ العَمَلُ، وَيَنَقَطِعَ الْمَهَلُ، وَيَنْقَضِيَ الْأَجَلُ، وَيُسَدَّ بَابُ التَّوْبَةِ، وَتَصْعَدَ الْمَلاَئِکَةُ. فَأخَذَ امْرُؤٌ مِنْ نَفْسِهِ لِنَفْسِهِ، وَأَخَذَ مِنْ حَيّ لِمَيِّتٍ، وَمِنْ فَانٍ لِبَاقٍ، وَمِنْ ذَاهِبٍ لِدَائِمٍ. امْرُءٌ خَافَ اللهَ وَهُوَ مُعَمَّرٌ إلَي أَجَلِهِ، وَمَنْظُورٌ إلَي عَمَلِهِ. امْرُءٌ أَلْجَمَ نَفْسَهُ بِلِجَامِهَا، وَزَمَّهَا بِزِمَامِهَا، فَأَمْسَکَهَا بِلِجَامِهَا عَنْ مَعَاصِي اللهِ، وَقَادَها بِزِمَامِهَا إِلَي طَاعَةِ اللهِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

238-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!