NƏHC-ül-BƏLAĞƏ -238-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın «Həkəmeyn» (Əmr ibn Asvə Əbu Musa Əşəri) barəsindəki və Şam əhalisinin məzəmmətindəki xütbələrindəndir.

Şamlılar daş ürəkli və tüfeyli insanlar və alçaq kölələrdir (nökərlərdir) ki, ordan-burdan toplaşıblar və müxtəlif qarışıqlardan yığılıblar. (Hər biri bir yerdən gəlib bir-birinə birləşmiş dəstədirlər və əsil-nəcabətləri məlum deyil.) Onlar (İslamın hökmləri) öyrədilməyə, (gözəl xislətlərlə) tərbiyə edilməyə, (xeyir və şər) təlim edilməyə, təcrübələndirilməyə, rəhbərlik edilməyə və(uşaqlar kimi) əllərindən tutulmağa layiq kimsələrdəndir (ki, özbaşına bir iş görməsinlər).1 Onlar nə (Məkkədən Mədinəyə hicrət edərək Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - yanına gələn) Mühacirlər və(İslamı qəbul edərək o Həzrətə kömək edən Mədinə əhli olan) Ənsardan, nə də Mədinədə yerləri olan (və hicrətdən qabaq İslamı qəbul edən) və imanda möhkəm olan kəslərdən idilər.
Bilinki, Şam əhalisi özləri üçün sevdikləri şeyə (İraq əhlinə qalib gələ bilmələrinə) ən yaxın olanı(Əmr ibn Ası) seçdilər. Siz isə insanların sevmədiyiniz şeyə(Şam əhlinin sizə qalib gəlmələrinə) ən yaxınını (Əbu Musa Əş’ərini) seçdiniz.2 Sizin Abdullah ibn Qeys ilə qarşılaşmağınız dünən idi (çox yaxındır. Mən Bəsrəyə, Cəməl müharibəsinə gedəndə eşitdiniz) ki, deyirdi: «(Ey Kufə əhli, İmama kömək etməyin, çünki) bu qarşıdurma və müharibə fitnədir(ki, ondan uzaq olmaq lazımdır). Odur ki, oxlarınızın yayının kirişini işə salmayın və qılınclarınızı qınına qoyun». Əgər düz deyirdisə, məcbur edilmədən (bizim yanımıza) gəlməkdə (və Siffeyn müharibəsində İraq qoşununda hazır olaraq bizə kömək etməkdə) səhv edib. (Çünki öz əqidəsinə zidd davranıb və belə bir şəxsin hökm çıxarmaq səlahiyyəti yoxdur.) Əgər yalan deyirdisə, onda ona töhmət vurmaq olar.3 Odur ki, Əmr ibn Asın sinəsində olanları Abdullah ibn Abbasın vasitəsi ilə məhv və dəf edin(Abdullah ibn Abbası öz nümayəndəniz edin ki, hiyləgər Əmr ilə o bacara bilər), zamanın fürsətini əldən çıxarmayın və İslamın uzaq şəhərlərini (fitnəkarların və zalımların onlara hakim olmasından) qoruyun.
Məgər şəhərlərinizə nəzər salmırsınız ki, (sizi məhv edərək var-dövlətinizi qarət etmək üçün) onlarda müharibə aparırlar? Məgər özünüzün möhkəm daş parçalarınızı (qüdrətvə gücünüzü) görmürsünüz ki, ona ox vururlar? (Sizin zəiflik və acizliyə düçar olmağınızı və nəticədə məğlub olub təslim olmağınızı istədiklərini görmürsünüz?!)

ومن خطبة له عليه السلام

في شأن الحکمين وذمّ أهل الشام

جُفَاةٌ طَغَامٌ، عَبِيدٌ أَقْزَامٌ، جُمِّعُوا مِنْ کُلِّ أَوْبٍ، وَتُلُقِّطُوا مِنْ کُلِّ شَوْبٍ، مِمَّنْ يَنْبَغِي أَنْ يُفَقَّهَ وَيُؤَدَّبَ، وَيُعَلَّمَ وَيُدَرَّبَ، وَيُوَلَّي عَلَيْهِ، وَيُؤْخَذَ عَلَي يَدَيْهِ، لَيْسُوا مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ، وَلاَ مِنَ الَّذِينَ تَبَوَّؤُا الدَّارَ وَ الْإِيمَانَ. أَلاَ وَإِنَّ الْقَوْمَ اخْتَارُوا لِأَنْفُسِهِمْ أَقْرَبَ الْقَوْمِ مِمَّا تُحِبُّونَ، وَإنَّکُمُ اخْتَرْتُمْ لِأَنْفُسِکُمْ أَقْرَبَ الْقَوْمِ مِمَّا تَکْرَهُونَ. وَإِنَّمَا عَهْدُکُمْ بَعَبْدِ اللهِ بْنِ قَيْسٍ بِالْأَمْسِ يَقُولُ: (إِنَّهَا فِتْنَةٌ فَقَطِّعُوا أَوْتَارَکُمْ وَشِيمُوا سُيُوفَکُمْ) فَإِنْ کَانَ صَادِقاً فَقَدْ أَخْطَأَ بِمَسِيرِهِ غَيْرَ مُسْتَکْرَهٍ، وَإِنْ کَانَ کَاذِباً فَقَدْ لَزِمَتْهُ التُّهَمَهُ. فَادْفَعُوا فِي صَدْرِ عَمْرِوبْنِ الْعَاصِ بِعَبْدِ اللهِ بْنِ الْعَبَّاسِ، وَخُذُوا مَهَلَ الْأَيَّامِ، وَحُوطُوا قَوَاصِيَ الْإِسْلاَمِ. أَلاَ تَرَوْنَ إِلَي بَلاَدِکُمْ تُغْزَي، وَإِلَي صَفَاتِکُمْ تُرْمَي؟

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

239-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Xülasə, onlar nadan və yaxşı əməllərdən uzaq insanlardırlar. Onlar xilafətin öz aralarında olmasına və dinin, xalqın və ölkənin işlərinə dəxalət edərək başçı olmağa layiq deyildirlər.
2. Adı Abdullah ibn Qeys olan Əbu Musa Əş’əri qanmazlıq və nadanlıq, eləcə də İmam əleyhis-salamla düşmənçilik səbəbindən həmin işi gördü. Onun İmam əleyhis-salamla düşmənçiliyinin səbəbi isə, o Həzrətin Əş’ərini Osmanın zamanında işlədiyi Kufənin valisi vəzifəsindən azad etməsi idi.
1. Çünki nəfsi istəkləri əsasında danışır və buna görə də haqqı şəkk-şübhə güman edir. Belə bir şəxsi nəinki hakim təyin etmək, heç ona etimad etmək olmaz.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!