NƏHC-ül-BƏLAĞƏ - 7-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (şeytana itaət edənlərin məzəmməti haqda olan) xütbələrindəndir.

Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə çevirib tələsinə saldı. Sonra onların köksündə yuva qurdu və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində gözəl göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.

وَ مِنْ خُطبَةٍ له عليه السلام

 يذم فيها اتباع الشيطان
 اتَّخَذُوا الشَّيْطَانَ لِأَمْرِهِمْ مِلاكاً وَ اتَّخَذَهُمْ لَهُ أَشْرَاكاً، فَبَاضَ وَ فَرَّخَ فِي صُدُورِهِمْ وَ دَبَّ وَ دَرَجَ فِي حُجُورِهِمْ فَنَظَرَ بِأَعْيُنِهِمْ، وَ نَطَقَ بِأَلْسِنَتِهِمْ، فَرَكِبَ بِهِمْ الزَّلَلَ، وَ زَيَّن لَهُمُ الْخَطَلَ فِعْلَ مَنْ قَدْ شَرَكَهُ الشَّيْطانُ في سُلْطَانِهِ، وَ نَطَقَ بِالْبَاطِلِ عَلَى لِسَانِهِ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

8-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!