NƏHC-ül-BƏLAĞƏ - 15-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır.
Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına və ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi.

And olsun Allaha, Osmanın bağışladığı malları tapsam, qadınlarınızın mehriyyəsi olsa və onunla kəniz alınsa belə sahibinə qaytaracağam. Çünki ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) firavanlıq və genişlik var. Ədalət ağır və dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm etmək daha dar və çətin olar.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام

 فيما رده على المسلمين من قطائع عثمان رضي اللَّه عنه
 وَ اللَّهِ لَوْ وَجَدْتُهُ قَدْ تُزُوِّجَ بِهِ النِّسَاءُ، وَ مُلِكَ بِهِ الْإِمَاءُ؛ لَرَدَدْتُهُ؛ فَإنَّ فِي الْعَدْلِ سَعَةً. وَ مَنْ ضَاقَ عَلَيْهِ الْعَدْلُ، فَالْجُوْرُ عَلَيْهِ أضْيَقُ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

16-CI XÜTBƏNİ BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!