NƏHC-ül-BƏLAĞƏ - 31-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Cəməl müharibəsindən əvvəl, Zübeyrin itaət etməsi üçün Abdullah ibn Abbası onun yanına göndərdiyi zaman buyurduğu) kəlamlarındandır. 

Təlhə ilə görüşmə, onunla görüşsən görərsən ki, o, buynuzunu əyib itiləmiş öküz kimidir.1  İtaətsiz dəvəyə minib deyir: Bu, ram olan dəvədir (çətin işlərdən yapışıb nadanlıq və özbaşınalıq üzündən onları asan hesab edir).

Lakin Zübeyrlə görüş, çünki o yumşaq təbiətlidir (gözəl əxlaqı və itaətkarlığı daha çoxdur). Ona de: Dayın oğlu (Zübeyrin anası Səfiyyə Əbu Talibin bacısı idi) deyir ki, sən məni Hicazda (Mədinədə) tanıdın (mənə beyət etdin), İraqda (Bəsrədə) inkar etdin (öz əhd-peymanını sındırıb, itaətdən çıxdın). Bəs nə oldu ki, sənə aşkar və aydın olandan üz döndərdin? (Nə baş verdi ki, öz əhd-peymanını pozub mənə qarşı çıxdın və mənimlə müharibəyə qalxdın.)

(Seyid Rəzi buyurur:) Deyirəm: O Həzrət (ə) bu kəlməni « فَمَا عَدَا مِمَّا بَدَا» (Bəs nə oldu ki, sənə aşkar və aydın olandan üz döndərdin?) işlədən ilk şəxsdir.

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

( لما انفذ عبداللَّه بن عباس الى الزبير يستفينه الى طاعته قبل حرب الجمل)

 لا تَلْقَيَنَّ طَلْحَةَ، فَإِنَّكَ إِنْ تَلْقَهُ تَجِدْهَ كالثَّوْرِ عَاقِصاً قَرْنَهُ، يَرْكَبُ الصَّعْبَ وَ يَقُولُ: هُوَ الذَّلُولُ. وَ لكِنَ الْقَ الزُّبَيْرَ، فَإِنَّهُ أَلْيَنُ عَرِيكَةً، فَقُلْ لَهُ: يَقُولُ لَكَ ابْنُ خَالِكَ: عَرَفْتَني بِالْحِجَازِ وَ أَنْكَرْتَني بِالْعِرَاقِ، فَمَا عَدَا مِمَّا بَدَا.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

32-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

_______________________________________________________________________

1 Ona yaxınlaşanı vurmağa hazırdır. Burada Təlhənin fitnə-fəsadla məşğul olub, qürur və təkəbbürdən heç kəsin sözünə qulaq asmaması nəzərdə tutulur.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!