NƏHC-ül-BƏLAĞƏ-49-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Haqq-Taalanın sifətləri vəsf olunduğu) xütbələrindəndir.

Həmd olsun Allaha ki, gizlin işləri bilir, (gizli şeylər onun üçün aşkardır. Deməli, aşkar olan hər şeyi şübhəsiz, bilir) görünən və aşkar nişanələr (bütün varlıq) onun mövcudluğuna, varlığına dəlalət edir,1 gözlə görünməsi mümkün deyil (çünki bir yerdə deyil ki, gözlə görünsün). Deməli, Onu görməyənin gözü (varlığının nişanələrini gördüyünə görə onun mövcudluğunu) inkar etməz, varlığını (nişanə və əlamətlərinə görə) başa düşənin qəlbi isə zatının həqiqətini dərk etməz. Yüksəklikdə (hər şeydən) ucadır, heç nə ondan uca deyil, yaxınlıqda (hamıya) yaxındır və heç nə ondan daha yaxın deyil. Deməli, (hər şeyi əhatə etdiyinə görə) yüksəkliyi onu yaratdıqlarından uzaqlaşdırmamış, yaxınlığı isə xalqı bir məkanda onunla bərabərləşdirmişdir. Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir2.  Deməli, O elə bir Allahdır ki, mövcud əlamət və nişanələr Onu inkar edənin qəlbinin Onu təsdiqləməsinə şəhadət verir3.  Allah Onu məxluqata bənzədənlərin və Onu inkar edənlərin sözlərindən pak və nöqsansızdır.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
( و فيه جملة من صفات الربوبية و العلم الالهي)
 اَلْحَمْدُ لِلَّهِ الَّذِي بَطَنَ خَفِيَّاتِ الْأُمُورِ. وَ دَلَّتْ عَليْهِ أَعْلاَمُ الظُّهُورِ، وَ امْتَنَعَ عَلَى عَيْنِ الْبَصِيرِ؛ فَلاَ عَيْنُ مَنْ لَمْ يَرَهُ تُنْكِرُهُ، وَ لاَ قَلْبُ مَنْ أَثْبَتَهُ يُبْصِرُهُ: سَبَقَ فِي الْعُلُوِّ فَلاَ شَيءَ أَعْلَى مِنْهُ. وَ قَرُبَ فِي الدُّنُوِّ فَلا شَيْءَ أَقْرَبُ مِنْهُ فَلاَ اسْتِعْلاَؤُهُ بَاعَدَهُ عَنْ شَيْءٍ مِنْ خَلْقِهِ، وَ لاَ قُرْبُهُ سَاوَاهُمْ فِي الْمَكَانِ بِهِ. لَمْ يُطْلِعِ الْعُقُولَ عَلَى تَحْدِيدِ صِفَتِهِ، وَ لَمْ يَحْجُبْهَا عَنْ وَاجِبِ مَعْرِفَتِهِ، فَهُوَ الَّذِي تَشْهَدُ لَهُ أَعْلاَمُ الْوُجُودِ، عَلَى إِقْرَارِ قَلْبِ ذِي الْجُحُودِ، تَعَالَى اللَّهُ عَمَّا يَقُولُهُ الْمُشَبِّهُونَ بِهِ وَ الْجَاحِدُونَ لَهُ عُلُوًّا كَبِيراً.

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

50-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

___________________________________________________________________

1. Əlamət və nişanələr əsasən görünür, bilinir. Çünki məxluqun xaliqə ehtiyacı var. Varlığı mümkün olanın öz-özünə vücud və varlıq sahibi olması qeyri-mümkündür.
2. Çünki idrak onun zat və sifətlərinin həqiqətini dərk etməsə də, vacib həddə qədər əlamət və nişanələrindən tanıma üçün yol taparaq, onu etiraf etmişdir.
3. Sözləri və əməlləri ilə Allahı inkar edənlər olsa da, mövcud əlamət və nişanlar onların ürəklərində bunu etiraf etdiklərini göstərir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!