NƏHC-ül-BƏLAĞƏ- 60-CI XÜTBƏ

:

İmam əleyhis-salam Xəvaric barəsində buyurub:
Məndən sonra Xəvarici öldürməyin, çünki haqqı əldə etmək istəyib xəta edən (yolunu azan), batili diləyib onu əldə edənə bənzəməz.

(Seyid Rəzi buyurur:)   مَنْ طَلَبَ الْباطِلَ فَأَدْرَكَهُ (yəni, batili istəyib onu əldə edənlər) ifadəsinində Həzrətin nəzərdə tutduğu Müaviyə və tərəfdarlarıdır.1

 و قال عليه السلام
 لاَ تُقَاتِلُوا الْخَوَارِجَ بَعْدِي؛ فَلَيْسَ مَنْ طَلَبَ الْحَقَّ فَأَخْطَأَهُ، كَمَنْ طَلَبَ الْبَاطِلَ فَأَدْرَكَهُ.
 قال الشريف: يعني معاوية و أصحابه

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

61-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Həzrətin Xəvarici öldürməyə icazə verməməsinin səbəbi onların əsl məqsədlərnin haqqı əldə etmək olması idi; lakin onlar bu yolda xəta etmişdilər. Əlbəttə, Müaviyə və tərəfdarlarından fərqli olaraq belə şəxslər ölümə layiq deyillər. Əsl məqsədləri batil olan Müaviyə və tərəfdarları öldürülməlidir. Necə ki, 56-cı kəlamında buyurur: فَاقْتُلُوهُ – yəni, Müaviyəni öldürün. Amma onun Xəvarici öldürüb, özündən sonra isə onları öldürməyi qadağan etməsinin səbəbi onların Həzrətlə döyüşə birinci başlamaları, fitnə-fəsad qaldırıb camaatı öz bidətlərinə çağırmaları, Əmirəl-mömininin səhabələrindən olan Abdullah ibn Xəbbab kimi yaxşı insanları öldürmələri, onun hamilə arvadının qarnını yarmaları olmuşdu. Beləliklə, fitnə-fəsad törətmədikləri, nahaq qan axıtmadıqları, müharibə etmədikləri halda onları öldürmək qadağandır.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!