NƏHC-ül-BƏLAĞƏ-72-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Bəsrədə Mərvan ibn Həkəm barədə buyurduğu) kəlamlarındandır.

Deyilənə görə, Mərvan ibn Həkəm «Cəməl» döyüşündə əsir düşdükdə imam Həsən və imam Hüseyn (ə) vasitəsilə Əmirəl-möminin əleyhis-salamdan bağışlanmasını istəmişdir. Həmin iki böyük şəxs onun barəsində demişlər: «Ya Əmirəl-möminin, Mərvan sənə beyət edir». Həzrət onu azad edərək buyurmuşdur:
Osman öldürüldükdən sonra o mənə beyət etmədimi? (Ondan sonra da «Cəməl» döyüşündə iştirak etdi.) Mənim onun beyətinə ehtiyacım yoxdur. Onun beyət üçün mənə əl uzatmağı (məkr, hiyləgərlik və əhdinə vəfasızlığı ilə məşhur olan) yəhudinin əl verməsi kimi bir şeydir. Öz əli ilə mənə beyət etsə də, hər an arxası ilə hiylə və məkr işlədəcəkdir.1 Agah olun, o, itin burnunu yalaması tək (çox qısa müddət) əmirlik və hakimlik edəcəkdir. (Mərvanın hakimiyyəti təxminən dörd ay on gün olmuşdur) O, dörd rəisin atasıdır.2 Çox çəkməz ki, camaat ondan və övladlarının əlindən qanlı-qadalı günlər (qətl-qarət, onların əlindən bir çox çətinliklər) görərlər.3

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 قاله لمروان بن الحكم بالبصرة
 قالوا: أخِذَ مروان بن الحكم أسيراً يوم الجمل، فاستشفع الحسن و الحسين عليهما السلام إلى أميرالمؤمنين عليه السلام؛ فكلماه فيه. فخلى سبيله، فقالا له: يبايعك يا أميرالمؤمنين؟ فقال عليه السلام:
 أَوَ لَمْ يُبَايِعْني بَعْدَ قَتْلِ عُثْمانَ! لا حَاجَةَ لِي فِي بَيْعَتِهِ! إِنَّها كَفٌّ يَهُودِيَّةٌ، لَوْ بَايَعَني بِكَفِّهِ لَغَدَرَ بِسَبْتِهِ أَمَا إِنَّ لَهُ إِمْرَةً كَلَعْقَةِ الْكَلْبِ أَنْفَهُ، وَ هُوَ أَبُو الْأَكْبُشِ الْأَرْبَعَةِ، وَ سَتَلْقَى الْأُمَّةُ مِنْهُ وَ مِنْ وَلَدِهِ يَوْماً أَحْمَرَ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

73-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Gizlində əhd-peymanını sındıracaq, əhdinə vəfasız çıxacaq, beyətini külək sanaraq pozacaqdır. Bu cümləni Mərvanın alçaqlığını göstərmək üçün buyurmuşdur. Daha sonra, onu məzəmmət edərək sözünü davam etmişdir.
2. Dörd rəis dedikdə oğlanları – sonralar xəlifə olan Əbdülməlik, Misirin valisi olan Əbdüləziz, İraq valisi Buşr və Cəzirənin valisi Məhəmməd – nəzərdə tutulur. Onlar da hiylə, məkr və camaatı azdırmaqda atalarına tay idilər.
3. Bəzilərinin dediyinə görə, dörd rəis dedikdə hər dördü sonradan xəlifə seçilmiş Əbdülməlik ibn Mərvanın oğlanları Yezid, Süleyman, Vəlid və Hişam nəzərdə tutulur.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!