NƏHC-ül-BƏLAĞƏ - 81-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (dünyanın sifəti barədə) kəlamlarındandır.
Əvvəli əziyyət, sonu yoxluq olan bir sarayı necə vəsf edim? Halalının hesab-kitabı, haramının cəzası var (halal yolla qazandığının Qiyamətdə sorğu-sualı edilər, haram yolla qazanansa axirətdə əzaba düçar olar).

Varlı və ehtiyacsız olan onda fitnəyə, bəlaya düşər, möhtac və fəqir isə qəmgin olar. Onu əldə etməyə çalışan istəyinə çatmaz, dünya onun üçün çalışmayana üz tutar. Dünya ona (ibrət gözü ilə) baxanı gözüaçıq və agah edər (ki, doğru yolu taparaq özünü axirətə hazırlasın), zinətinə və bəzəyinə nəzər yetirəni kor edər (ki, yolunu aszın.).
(Seyyid Rəzi buyurur:) Kim imam Əli əleyhis-salamın مَنْ أَبْصَرَ بِهَا بَصَّرَتْهُ «dünya ona ibrət gözü ilə baxanı gözüaçıq və agah edər» buyruğu üzərində dərindən düşünüb-daşınsa, onda sonuna çatmaq mümkün olmayan heyrətamiz məna və böyük məqsəd tapar. Onun həqiqətini dərk etmək olmaz. Xüsusilə də, bu cümləni وَ مَنْ أَبْصَرَ إِلَيْها أَعْمَتْهُ «dünya, zinətinə və bəzəyinə nəzər yetirəni kor edər» أَبْصَرَ بِهَا cümləsi ilə أَبْصَرَ إِلَيْهَا  yanaşı qoysa, arasındakı fərqi heyrətlə açıq-aydın görər.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
(في ذم صفة الدنيا)

 مَا أَصِفُ مِنْ دَارٍ أَوَّلُهَا عَنَاءٌ، وَ آخِرُهَا فَنَاءٌ! فِي حَلاَلِها حِسَابٌ، وَ في حَرَامِهَا عِقَابٌ. مَنِ اسْتَغْنَى فِيهَا فُتِنَ، وَ مَنِ افْتَقَرَ فِيهَا حَزِنَ، وَ مَنْ سَاعَاهَا فَاتَتْهُ، وَ مَنْ قَعَدَ عَنْهَا وَ اتَتْهُ، وَ مَنْ أَبْصَرَ بِهَا بَصَّرَتْهُ، وَ مَنْ أَبْصَرَ إِلَيْهَا أَعْمَتْهُ

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

82-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!