NƏHC-ül-BƏLAĞƏ - 94-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir.
Allah-taala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv və bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda həzrət Mühəmmədə peyğəmbərlik verdi.

(Yersiz) İstək və arzular onları yaxalamış, təkəbbür və xudpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət və nadanlıqları onları quşbeyin və qanmaza çevirmişdi. Belə ki, pərişan və öz işlərində narahat (idilər), nigarançılıq və nadanlığa mübtəla olmuşdular. Sonra həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) (onlara) nəsihət etməyi son həddinə çatdırdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik və gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya və axirət səadətini qazansınlar.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
يقرر فضيلة الرسول الكريم

بَعَثَهُ وَ النَّاسُ ضُلاَّلٌ فِي حَيْرَةٍ، وَ خَابِطُونَ فِي فِتْنَةٍ، قَدِ اسْتَهْوَتْهُمُ الْأَهْواءُ، وَ اسْتَزَلَّتْهُمُ الْكِبْرِيَاءُ، وَ اسْتَخَفَّتْهُمُ الْجَاهِلِيَّةُ الْجَهْلاءُ؛ حَيَارَى فِي زَلْزَالٍ مِنَ الْأَمْرِ، وَ بَلاءِ مِنَ الْجَهْلِ، فَبَالَغَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فِي النَّصِيحَةِ، وَ مَضَى عَلَى الطَّرِيقَةِ، وَ دَعَا إِلَى الْحِكْمَةِ، وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

95-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!