NƏHC-ül-BƏLAĞƏ - 97-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (camaatın Bəni-Üməyyənin zülm və sitəminə mübtəla olacağı barədə) kəlamlarındandır.
Allaha and olsun, Bəni-Üməyyə (hakimiyyətləri dövründə) həmişə zülm edəcək, Allahın  haramını halal sayaraq hamısını yerinə yetirəcəklər, pozmadıqları (müsəlmanlarla bağladıqları) heç bir əhd-peyman buraxmayacaqlar.

(Müaviyə imam Həsən əleyhis-salamla olan müqavilənin ziddinə rəftar etdiyi kimi, öz əhd-peymanlarına xilaf çıxarlar.) Zülm və sitəmlərinin daxil olmadığı, fəsad və pozğunluqlarının əhatə etmədiyi və rəftarlarının pisliyinin əhlini pərən-pərən salmadığı nə bir gildən düzəldilmiş ev, nə də yundan toxunmuş bir çadır. (Qısası, nə bir şəhər, nə bir kənd və nə də bir biyaban) qalacaq. Camaat (onların zülm və sitəmlərinin ağırlığından) gözüyaşlı iki dəstəyə çevriləcəklər: Biri öz dininə (onların qorxusundan öz dini borclarına əməl edə bilmədiyinə) görə göz yaşları axıdacaq və başqası dünyasından ötrü (gözünün qabağında mal-dövlətini çapıb taladıqlarına və onun qarşısını almaq gücündə olmadıqlarına görə) ağlayacaq. Sizlərdən birinin onlardan birinə yardımı və xidməti ağası yanında olanda (qorxusundan) ona itaət edən, olmayanda isə (cəsarətlənərək) dalınca nalayiq sözlər söyləyən nökərin öz ağasına xidməti kimi olacaq. (Sınaq məqamında aydın olacaq ki,) onların fitnə-fəsadları müqabilində sizlərin ən böyüyü Allaha hüsnü-zənni (müsbət, xoşniyyəti) daha çox olandır (Onun istəyinə təslim və razı olandır). Allah-taala sizləri sağ çıxarsa (fitnə-fəsadlardan xilas olsanız), şükr edin, əgər (müsibət və çətinliyə) giriftar olsanız, səbr edin və dözümlü olun. Çünki (çətinliklərə dözən) pərhizkarlar və təqvalı şəxslər xilas olarlar (Allah onların əcrlərini puç etməz.)

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام

( يشير فيه الى ظلم بنيأمية)
 وَاللَّهِ لاَ يَزَالُونَ حَتَّى لاَ يَدَعُوا لِلَّهِ مُحَرَّماً إلاَّ اسْتَحَلُّوهُ، وَ لاَ عَقْداً إِلاَّ حَلُّوهُ، وَ حَتَّى لاَ يَبْقَى بَيْتُ مَدَرٍ وَ لاَ وَبَرٍ إِلاَّ دَخَلَهُ ظُلْمُهُمْ وَ نَبَا بِهِ سُوءُ رَعْيِهِمْ، وَ حَتَّى يَقُومَ الْبَاكِيَانِ يَبْكِيَانِ: بَاكٍ يَبْكِي لِدِينِهِ،  وَ بَاكٍ يَبْكِي لِدُنْيَاهُ، وَ حَتَّى تَكُونَ نُصْرَةُ أَحَدِكُمْ مِنْ أَحَدِهِمْ كَنُصْرَةِ الْعَبْدِ مِنْ سَيِّدِهِ، إذَا شَهِدَ أَطَاعَهُ، وَ إِذَا غَابَ اغْتَابَهُ، وَ حَتَّى يَكُونَ أَعْظَمَكُمْ فِيهَا عَنَاءً أَحْسَنُكُمْ بِاللَّهِ ظَنًّا، فَإِنْ أَتاكُمْ اللَّهُ بِعَافِيَةٍ فَأَقْبِلُوا، وَ إِنْ ابْتُلِيتُمْ فَاصْبِرُوا، فَإِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

98-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!