RAMAZAN AYININ 16-CI GÜNÜ DUASININ TƏFSİRİ

:

Ayətullah Müctehidi Tehraninin (r) dilindən Ramazan ayının on altıncı gününün duasının təfsiri
"İlahi, mənə yaxşı adamlarla müvafiq olmağı, razılaşmağı nəsib elə" 

Elə bil seçki keçirilir və sən seçkidə iştirak edirsən. Gərək yaxşı adama səs verəsən. Yaxşı adam deyilsə, onunla müxalif olasan. Belə olmasın ki, sənə yaxşı olacaq deyə bir nəfərlə razılaşasan. Tutalım seçki keçirilir və sənə seçildiyi zaman filan şeyi söz veribsə, ona görə ona səs verəsən. Ümumiyyətlə xeyir kimdədirsə, ona səs verməlisən. Belə adam da ancaq Allahdan qorxan, təqvalı, camaat üçün çalışan, onların qayğısına qalan insan ola bilər. Allah elə et ki, ömrümün sonuna kimi yaxşı adamlarla bir olum və onlara müxalif olmayım. Daha sonra duada deyirik ki, "İlahi, məni şər adamlarla rəfiq olmaqdan uzaq tut"
İnsan gərək yaxşı adamlarla oturub-dursun. Hətta əgər yaxın qohumun olsa belə dostluq onunla dostluq etməyəsən. Qohumluq əlaqələrini kəsmə. Zəng edib hal-əhval tut, amma dostluq etmə. Rəvayətdə deyilir həzrət İsanın (ə) həvariləri ondan soruşdular ki, ey Ruhullah, biz kimlə dostluq edək? həzrət İsa (ə) buyurdu ki, üç qism insanla oturub durun. Birinci odur ki, ona baxanda Allah yadınıza düşsün. Hətta əgər axund belə olsa və ona baxanda Allah yadınıza düşmürsə onunla yaxınlıq etməyin. həzrət İmam Sadiqdən (ə) "Alimin üzünə baxmaq ibadətdir" hədisi barədə soruşdular. Soruşdular ki, bu hər alimə aiddir? Buyurdu xeyir yalnız o alim ki, üzünə baxanda Allah və axirət yadına düşür. Qeyrisinin üzünə baxmaq fitnədir, həlakətdir. Səni dindən uzaq salan alimin yanına getmək olmaz. Dediyinə əməl etməyən alimə yaxın durmaq olmaz. Bir alim dediklərinə özü əməl etmirdi. Gedib dedilər sən ki, belə ömür sürürsən, yəqin nəsə bilirsən. Bizə də de, biz də bilək. Bəlkə Allah yoxdur, peyğəmbər yoxdur, hər şey yalandır. Hədis buyurur o alimlə yaxınlıq edin ki, sizi 5 şeydən 5 şeyə dəvət edə bilsin. Birincisi, şəkkdən yəqinə ikincisi, riyakarlıqdan ixlasa üçüncüsü, dünayaya məhəbbətdən zöhdə. Dördüncüsü, təkəbbürlükdən təvazöyə və beşincisi, düşmənçilikdən dostluğa. Yəni bir alim ki, sizdə olan bu mənfi xüsusiyyətləri müsbətə dəyişə bilmirsə, onunla oturub-durmaqdan xeyir yoxdur. Həzrət İsa (ə) ikinci qisim adam ki, onlarla dostluq etmək barədə buyurur o adamlardılar ki, onlarla oturub-durmaq elminizi artırsın. Lazım deyil ki, mütləq alim olsun. Elə adamlar var ki, alim deyil. Amma söhbətlərilə adamı nəsihət və moizə edə bilir. O adamlar ki, sənin elminin artmağına yardım edir, onlarla dostluq edin. Əksilə dostluq etməyin mənası yoxdur. Üçüncü qisim barədə həzrət İsa (ə) buyurdu ki, əməllərilə sizdə axirətə rəğbət oyatsın. Bəli, insan gərək ancaq belə adamlarla dostluq eləsin. Daha sonra dua edirik ki, "İlahi, rəhmətinlə məni behiştində qərar ver" Allahdan istəyirik ki, bizə rəhm edərək cənnətinə daxil eləsin. Çünki bizim cəhənnəmə taqətimiz yoxdur. Mənim ki, heç yoxdur. Sonda Allahdan etdiyimiz duaların qəbul olması üçün and veririk ki, "Allahlığına xatir, ey aləmlərin Allahı". Çox gözəl şeyə and veririk Allahı. Allahı öz Allahlığına and veririk ki, bizi cənnət əhlindən qərar versin. Bizim cəhənnəm əzablarına taqətimiz yoxdur. Mümkün olmayan şeyi deyək. Lap tutalım taqətimiz var. Allah Özü ki, cənnətdə yoxdur. Kumeyl duasında Əmirəlmöminin (ə) deyir İlahi, tutalım cəhənnəm əzabına dözdüm, bəs sənin ayrılığına necə dözüm. Allah bizi iman əhlindən qərar versin.

mojtahedi-tehrani.com - saytına istinadən

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!