“YA ƏLİYYU, YA ƏZİM” DUASI

:

Bağışlayan və mehriban Allahın adı ilə!

Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bənzərsiz bir Allah. O, (hər şeyi çox yaxşı və dəqiq) eşidən və görəndir.

DUANIN AZƏRBAYCAN DİLİNDƏ SƏLİS TƏRCÜMƏSİ

Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bənzərsiz bir Allah. O, (hər şeyi çox yaxşı və dəqiq) eşidən və görəndir. Bu ay (Ramazan) sənin digər aylardan uca və hörmətli etdiyin, şərəf verib üstün tutduğun bir aydır. O (Ramazan) elə bir aydır ki, oruc tutmağı onda mənə vacib etmisən. İnsanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən, aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. Sən o (Ramazan) ayda “Qədr” gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi,sənə minnət qoyulmaz. Minnət qoy boynuma, yaxamı cəhənnəm odundan qurtarmaqla, digər minnət qoyduğun kəslərlə yanaşı və məni də Cənnətə daxil et. Ey mərhəmətlilərin mərhəmətlisi öz mərhəmətin hörmətinə!

DUANIN LATIN ƏLİFBASI İLƏ ƏRƏBCƏ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim. Ya Əliyyu, ya Əzim. Ya Ğafuru, ya Rahim. Əntər-Rabb-ul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və həzə şəhrun əzzəmtəhu və kərramtəhu və şərraftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Raməzən. Əlləzi ənzəltə fihil-Qiran, hudəl-linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltə fi-hi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəya-zəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bi-fəkəki raqabəti minən-nər. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birahmətikə ya ərhəmər-rahimin.

دعاء یا علیّ یا عظیم

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم * يا عَلِيُّ يا عَظيمُ * يا غَفُورُ يا رَحيمُ * اَنْتَ الرَّبُّ الْعَظيمُ * اَلَّذي لَيْسَ كَمِثْلِهِ شَيءٌ * وَهُوَ السَّميعُ الْبَصيرُ * وَهذا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهْ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ* وَهُوَ الشَّهْرُ الَّذي فَرَضْتَ صِيامَهُ عَلَيَّ * وَ هُوَ شَهْرُ رَمَضانَ الَّذي اَنْزَلْتَ فيهِ الْقُرْآنَ * هُدىً لِلنّاسِ وَبَيِّناتٍ مِنَ الْهُدى وَالْفُرْقانَ * وَجَعَلْتَ فيهِ لَيْلَةَ الْقَدْرِ * وَجَعَلْتَها خَيْراً مِنْ اَلْفِ شَهْر * فَيا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ * مُنَّ عَلَيَّ بِفَكاكِ رَقَبَتي مِنَ النّارِ * فيمَنْ تَمُنَّ عَلَيْهِ *وَاَدْخِلْنِى الْجَنَّةَ * بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!