ARİFLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

On ikinci münacat:

ARİFLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi qasuratil əlsunu ən buluği sənaikə kəma yəliqu bicəlalikə, və əcəzətil uqulu ən idraki kunhi cəmalikə, vən-həsərətil əbsaru dunən nəzəri ilə subuhati vəchikə, vələm təc-əl lilxalqi tariqən ilə mə`rifətikə illə bil-əczi ən mə`rifətikə, İlahi fəc-əlna minəl ləzinə tərassəxat əşcaruş şəvqi iləykə fi hədaiqi sudurihim, və əxazət ləv`ətu məhəbbətikə biməcami-i qulubihim, fəhum ilə əvkəəril əfkari yə`vunə, və fi riyazil qurbi vəl mukaşəfəti yərtəuunə, və min hiyazil məhəbbəti bikə`sil mulatafəti yəkrə-uunə, və şərayiəl musaafaati yəridunə, qad kuşifəl ğita-u ən əbsarihim, vəncələt zulmətur raybi ən əqaidihim və zəmairihim, vəntəfət muxaləcətuş şəkkə ən qulubihim və sərairihim, vənşərahət bitəhqiiqil mə`rifəti suduuruhum, və ələt lisəbqis səadəti fiz-zəhadəti himəmuhum, və əzubə fi məinil muamələti şirbuhum, və tabə fi məclisil unsi sirruhum, və əminə fi məvtinil məxafəti sirbuhum, vətmə-ənnət bir-rucui ila Rabbil ərbabi ənfusuhum, vətəyəqqənət bil fəvzi vəl-fəlahi ərvahuhum, və qarrət bin-nəzəri ilə məhbubihim ə`yunuhum, vəstəqarrə bi-idrakis suli və nəylil mə`muli qəraruhum, və rabihət fi bəy`id dunya bil axirəti ticarətuhum, İlahi ma ələzzə xəvatiral ilhami bi zikrikə ələl qulubi və ma əhləl məsira iləykə bil əvhami fii məsalikil ğuyubi, və ma ətyəbə tə`mə hubbikə, və ma ə`zəbə şirbə qurbikə, fə iznə min tardikə və ib`adikə, vəc-əlnə min əxassi arifikə və əsləhi ibadikə, və əsdəqi tai-iikə, və əxləsi ubbadikə, ya Əzimu ya Cəlil, ya Kərimu ya Munil, birahmətikə ya Ərhəmər rahimin.

ARİFLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, dillər Sənə layiq olan həmd-sənanı çatdırmaqda qüsurlu, ağıllar gözəlliyinin həqiqətini dərk etməkdə aciz, gözlər camalının nuruna baxmaqda yorğun və kordur. Məxluqata mərifət məqamına çatmaq üçün Sənə mərifətdə aciz olduqlarını izhar etməkdən başqa bir yol qoymayıbsan. İlahi, bizi şövq fidanlarını qəlb bağçalarında yetişdirdiyin və qəlbləri məhəbbətinin yandırıcı atəşinin hərarəti ilə bürünən kəclərdən et! Onlar gözlərindən pərdələr götürülmüş, şəkk-şübhə zülmətləri əql və batinlərindən təmizlənmiş, qəlbləri mərifətin möhkəmlənməsi ilə genişləndiyindən dərindüşüncəli və zahidlikdə yüksək iradəyə malik olduqları halda, ali düşüncələrlə ünsiyyət qurmuş və Sənə yaxınlıq məqamına çatmış, məhəbbət bulaqlarından lütf qablarında su içmiş və səfa arxına düşmüşlər. Onlar haqqa itaətin şirin çaylarından içmiş, üns məclisində sirləri qorunmuş, daim aləmin Rəbbinə müraciət etdiklərindən, qorxudan amanda və nəfsləri xatircəm, qurtuluş və nicat məqamından ruhları (qəlbləri) yəqinə çatmışdır. Öz məhbublarına nəzər saldıqlarından, gözləri aydın və qəlbləri şad, məqsəd və arzularına çatdıqlarından, asudədirlər və dünyanı satıb axirəti aldıqlarından, kamil mənfəət əldə etmişlər. İlahi, Sənin zikrinin qəlblərə ilham olunması necə ləzzətli, düşüncə və təfəkkürlərin Sənə doğru seyri necə də şirindir! Qeyb pərdələri arxasındakı məhəbbətinin dadı necə xoş, Sənə yaxınlıq şərbəti necə də dadlıdır! Bizi dərgahından qovub uzaqlaşdırma, bizi ariflərin ən üstünü və bəndələrinin ən salehi, itaət əhlinin ən düzdanışanı, ibadət əhlinin ən pak və xalisi təyin et! Ey böyük, ey izzətli, ey ehsan edən! Səni and verirəm rəhmət və əta etdiklərinə, ey mehribanların ən mehribanı!

ARİFLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة العارفین

بسم الله الرحمن الرحیم

اِلـهي قَصُرَتِ الاْلْسُنُ عَنْ بُلُوغِ ثَنائِكَ كَما يَليقُ بِجَلالِكَ، وَعَجَزَتِ الْعُقُولُ عَنْ اِدْراكِ كُنْهِ جَمالِكَ، وَانْحَسَرَتِ الاَْبْصارُ دُونَ النَّظَرِ اِلى سُبُحاتِ وَجْهِكَ، وَلَمْ تَجْعَلْ لِلْخَلْقِ طَريقاً اِلى مَعْرِفَتِكَ اِلاّ بِالْعَجْزِ عَنْ مَعْرِفَتِكَ، اِلـهي فَاجْعَلْنا مِنَ الَّذينَ تَرَسَّخَتْ اَشْجارُ الشَّوْقِ اِلَيْكَ في حَدائِقِ صُدُورِهِمْ، وَاَخَذَتْ لَوْعَةُ مَحَبَّتِكَ بِمَجامِعِ قُلُوبِهِمْ، فَهُمْ اِلى اَوْكارِ الاَْفْكارِ يَأْوُونَ، وَفي رِياضِ الْقُرْبِ وَالْمُكاشَفَةِ يَرْتَعُونَ، وَمِنْ حِياضِ الَْمحَبَّةِ بِكَاْسِ الْمُلاطَفَةِ يَكْرَعُونَ، وَشَرايِـعَ الْمُصافاتِ يَرِدُونَ، قَدْ كُشِفَ الْغِطاءُ عَنْ اَبْصارِهِمْ، وَانْجَلَتْ ظُلْمَةُ الرَّيْبِ عَنْ عَقائِدِهِمْ وَضَمائِرِهِمْ، وَانْتَفَتْ مُخالَجَةُ الشَّكِّ عَنْ قُلُوبِهِمْ وَسَرائِرِهِمْ، وَانْشَرَحَتْ بِتَحْقيقِ الْمَعْرِفَةِ صُدُورُهُمْ، وَعَلَتْ لِسَبْقِ السَّعادَةِ فِي الزَّهادَةِ هِمَمُهُمْ، وَعَذُبَ في مَعينِ الْمُعامَلَةِ شِرْبُهُمْ، وَطابَ في مَجْلِسِ الاْنْسِ سِرُّهُمْ، وَاَمِنَ في مَوْطِنِ الْمخافَةِ سِرْبُهُمْ، وَاطْمَأنَّتْ بِالرُّجُوعِ اِلى رَبِّ الاْرْبابِ اَنْفُسُهُمْ، وَتَيَقَّنَتْ بِالْفَوْزِ وَالْفَلاحِ اَرْواحُهُمْ، وَقَرَّتْ بِالنَّظَرِ اِلى مَحْبُوبِهِمْ اَعْيُنُهُمْ، وَاسْتَقَرَّ بِإدْراكِ السُّؤْلِ وَنَيْلِ الْمَأْمُولِ قَرارُهُمْ، وَرَبِحَتْ في بَيْعِ الدُّنْيا بِالاْخِرَةِ تِجارَتُهُمْ، اِلـهي ما أَلَذَّ خَواطِرَ الاِْلْهامِ بِذِكْرِكَ عَلَى الْقُلُوبِ، وَما اَحْلَى الْمَسيرَ اِلَيْكَ بِالاَْوْهامِ في مَسالِكِ الْغُيُوبِ، وَما اَطْيَبَ طَعْمَ حُبِّكَ، وَما اَعْذَبَ شِرْبَ قُرْبِكَ، فَاَعِذْنا مِنْ طَرْدِكَ وَاِبْعادِكَ، وَاجْعَلْنا مِنْ اَخَصِّ عارِفيكَ، وَاَصْلَحِ عِبادِكَ، وَاَصْدَقِ طائِعيكَ، وَاَخْلَصِ عُبّادِكَ، يا عَظيمُ يا جَليلُ، يا كَريمُ يا مُنيلُ، بِرَحْمَتِكَ وَمَنِّكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!