İLAHİ RƏHBƏRLƏRƏ İTAƏT VACİBDİR

:

Nə üçün Peyğəmbərə (s) və məsum İmamlara (ə) itaət etməyimiz vacibdir?

Nəyə əsasən biz məsum İmamların (ə) əmrlərinə sözsüz itaət etməliyik? Yaxud Əhli-Beytə (ə) itaət etmək üçün ağıla söykənəcək hər hansı bir sübut varmı? On iki imam şiələri bu əqidədədir ki, Peyğəmbəri Əkrəmdən (s) sonra Əhli-Beytin (ə) sözləri də, Peyğəmbərin (s) öz sözləri kimi bizim üçün əsasdır. Bunu bizə Quran əmr edir ki, Peyğəmbərin bütün sözlərinə və əmrlərinə itaət edin.

مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ1

Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. 

Başqa bir ayədə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ2

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! 

Ayədən göründüyü kimi, möminlər sözsüz-söhbətsiz Peyğəmbərin (s) və ixtiyar sahiblərinin əmrlərinə itaət etməli və onlara tabe olmalıdır. Yaxşı görəsən əmr və ixtiyar sahibləri kimlərdir? Dünya hegemonları və zalımları yoxsa hər bir zalım şaha itaət etməyimi Quran bizlərə buyurur? Bu haqda Peyğəmbərin (s) özündən soruşanda o həzrət belə buyurdu: onlar on iki imamdır və Peyğəmbər (s) orada onların adlarını bir-bir Cabir və başqa səhabələr üçün saydı. Deməli şiələrin əqidəsinə əsasən əmr və ixityar sahiblərini Peyğəmbərin (s) özü təyin edib ki, bunlarda həmin məsum on iki imamdır. Onların da, sözləri Peyğəmbərin (s) sözləri kimi möminlər üçün əsas olmalıdır. Bunu isə ağıl təsdiq edərək insana bildirir: yəni sual veriləndə ki, nə üçün həzrət Əli (ə) və başqa imamlara itaət etmək vacibdir? Cavabı budur ki, Peyğəmbər (ə) bunu bizə əmr edib. Bəs Peyğəmbərə nə üçün itaət vacibdir? çünki Allah bunu insanlara əmr edib. Bəs Allaha nə üçün itaət etmək vacibdir? Çünki bunu ağıl bizlərə bildirir ki, Allaha itaət etmək hər bir halda bizim öz xeyrimizədir.

Əgər soruşulsa ki, on iki imamı qəbul edən azdır amma bunlardan başqalarını özlərinə rəhbər qəbul edenlərin sayı çoxdur, bunlar hamısı batil yolda ola bilərmi? Cavab budur ki, İslamdan öncə insanların çoxu bütpərəst idi bu Allahın yanında etibarlı olsaydı nə üçün Allah bir nəfər (peyğəmbərinin) vasitəsiylə bütün bütpərəstləri o yoldan çəkindirirdi? Yaxud həzrət İbrahimin (ə) dövründə bütün insanlar bütpərəst idi onda nə üçün Allah İbrahimə (ə) onları bu işindən çəkindirməyində yardım edirdi? Əgər haqqın meyarı çoxluqda olsa idi, o zaman dünyanın əksəriyyəti müsəlman deyil və İslamı qəbul etmir onda deyə bilərikmi İslam dini batil dindir buna görə də, İnsanların çoxu bu dini qəbul etmir?! Ümidvarıq bu haqda şübhə yeri qalmasın.

Peyğəmbərə (s) sözsüz itaət haqqında olan şübhələrdən biri də, bu məsələni kor-koranə təqlid kimi dəyərləndirirlər. Deyirlər ki, nə üçün biz Peyğəmbərə (s) və imamlara kor-koranə təqlid etməliyik ağlımız var və ağlımızla hərəkət etsək nəyin yaxşı və nəyin pis olduğunu ağlımızla ayırd edə bilərik. Cavab budur ki, əgər ağlımıza həqiqətən müraciət etsək o zaman yenə Peyğəmbərə (s) və İmamlara (ə) itaət etməyi ağıl hökm edəcək və heç vaxt Peyğəmbərin (s) və İmamların (ə) əmrinin əksinə iş görmərik:

Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.3

_________________________________________________________________

1. Həşr surəsi 7-ci ayə

 2. Nisa surəsi 59-cu ayə 

 3. Bəqərə surəsi 151-ci ayə

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!