MƏBƏS BAYRAMI GÜNÜNÜN VƏ GECƏSİNİN ƏMƏLLƏRİ

:

Bu gecə “Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var;

1. Kəfəmi “Misbah”da deyir:- “İmam Cavadın (ə) belə buyurduğu nəql olunur:- “Rəcəb ayında elə bir gecə var ki, Günəş saçan şeylərin hamısından yaxşıdır və o, bu gecədir. Peyğəmbər bu gecədə peyğəmbərliyə seçilmişdir. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir”. Həzrətdən soruşdular: “O gecədə hansı əməlləri yerinə yetirmək lazımdır?” Həzrət buyurdu:- ”İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb on iki rükət namaz qılırsan. Hər rükətdə “Həmd” surəsindən sonra axırda olan kiçik surələrdən (“Məhəmməd” surəsindən sonra axıra qədər olan surələr) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin axırında yeddi dəfə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, ”Qədr” surələrini və “Ayətəl-kürsini” oxumaq lazımdır. Hamını oxuduqdan sonra, bu duanı oxu:
Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən!
Sonra istədiyin duanı oxu. Bu gecə qüsl almaq müstəhəbdir və keçən günlərdə (on beşinci gecədə) deyilən namazı da qılmaq yaxşıdır.

MƏBƏS GÜNÜNÜN ƏMƏLLƏRİ
 Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu günün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxucuların diqqətinə çatdırırıq:
- Qüsl almaq.
- Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir.
İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.
- Peyğəmbər və Əhlibeytə(ə) çox salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.
- Rəsulullahı (s.a.a.) və Hz. Əli (ə) ziyarət etmək.
Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən biri oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra bu dua oxunulur:

اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ

یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى

شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،

یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،

اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،

وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ

عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ

عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ

Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələda və ləm yəkun ləhu ؛ərikun fil mulk,
və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira,
ya uddəti fi muddəti ya sahibi fi ‏iddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti,
ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyə fi vəhdəti, ya unsi fi vəh‏əti,
əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu
və əntəl mun'i‏u sər'əti, fələkəl həmdu, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur
əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz
ən səyyiati fi əshabil cənnəh, vədəs sidqilləzi kanu yuədun.
Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

Mənbə: Məfatihul Cinan kitabı
Hazırladı: Rəsul Mahmudzadə

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!