️ZİLQƏDƏ AYININ HƏR BAZAR GÜNÜ TÖVBƏ GÜNÜDÜR VƏ HƏMİN GÜNÜN NAMAZI

:

Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.

Mərhum Mirzəcavad Ağa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s.ə.s) nəql edir ki, bir gün o Həzrət (s.ə.s) öz səhabələrinə xitabən buyurdu:
“Sizin hansı biriniz tövbə etmək istəyir?”
Səhabələr hamılıqla müsbət cavab verdikdə, o Həzrət (s.ə.s) buyurdu:
“Zilqədə ayının hər bazar günü qusl etdikdən və dəstəmaz aldıqdan sonra 4 rukət - iki dəfə 2 rukət (hər rukətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq) olmaqla namaz qılın. Namazdan sonra 70 dəfə istiğfar (tövbə) edib, istiğfarı “Lə hovlə və lə quvvətə illə billəhil əliyyul əzim”lə sona yetirin.
Sonra bu zikr deyin:

يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
"Ya əzizu ya ğəffəru, iğfir li zunubi və zunubə cəmiil mu`mininə vəl mu`minət, fə innəhu lə yəğfiruz-zunubə illə ənt".
"Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz".

Hazırladı: Rəsul Mahmudzadə
Mənbə: “Əl-muraqibat” kitabından iqtibas, Mirzəcavad Ağa Məliki Təbrizi.

 

Tags: FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!