SƏFƏR AYININ ƏMƏLLƏRİ

:

Səfər ayının axırıncı ongünlüyü hüzn və kədər günləridir : Səfər ayı da İmam Hüseyn (ə) və onun fədakar, vəfalı silahdaşlarının anım ayıdır. 

Bu ay İmam Hüseynin ( ə ) Əhli-beytinin əsirlikdə olduğu və ( bir rəvayətə görə ) Şama daxil olduqları aydır . Sam əhalisinin düşüncələri İmam Səccadın ( ə ) və Xanım Zeynəb-Kübranın ( s.ə ) xütbələri nəticəsində tamamilə dəyişdi və orada Bəni-Uməyyəyə qarşı üsyan toxumu səpildi . Bu xütbələrin nəticəsində Bəni-Uməyyə İslam aləmində rüsvay oldu , onlar tərəfindən İslamı və Quranı hədələyən təhlükələr şəhidlərin pak qanlarının bərəkəti və Aşura mübəlliğlərinin xütbələri sayəsində dəf edildi .
Bundan əlavə , qeyd etdiyimiz kimi , bu ayda İslam aləminə böyük itkilər üz vermişdir . Belə ki , bu ayda sevimli Peyğəmbərimiz ( s ) dünyasını dəyişmiş , onun əziz nəvələri İmam Həsən Müctəba (ə) və İmam Əli ibn Musa ər-Rza ( ə ) şəhid olmuşlar . İmam Hüseyn ( ə ) Ərbəininin ardınca bu böyük müsibətlərin ildönümü səfər ayının axirinci ongünlüyü Əhli-beyt aşiqləri üçün hüzn və kədər günlərinə çevirilmişdir . Amma matəm günləri bu böyük şəxsiyyətlərin həyat səhifələrinin yenidən vərəqlənib onların göstərdikləri şəhamət və fədakarlıqların xatırlanmasına səbəb olduğundan , bu ay qəhrəmanlıq , eşq , ixlas və fədakarlıq ayıdır . Bu səbəbdəndir ki , tarixi faktlara istinadən , İslam düşmənlərinin bir çox təxribatları bu ayda o müqəddəs insanların matəm günlərində təşkil olunan yas məclislərində yaranan qəhrəmanlıq və fədəkarlıq hisslərinin bərəkəti sayəsində zərərsizləşmişdir . Bunun özü böyük nemətdir .
SƏFƏR AYININ ƏMƏLLƏRI :
1- Seyid ibn Tavus nəql edir: Səfər ayının 3-ü iki rəkət namaz qıl . Birinci rəkətdə " Həmd " dən sonra     "Fəth" surəsini, ikinci rəkətdə " Həmd " dən sonra " Tövhid " surəsini oxu. Namazın salamını dedikdən sonra yüz dəfə salavat de, yüz dəfə Əbu Süfyanın sülaləsinə lənət de , yüz dəfə bağışlanma istə ve sonra Allahdan öz istəklərini dilə (inşaallah həyata keçər ) .1
2- Ərbəin günü İmran Hüseyni ( ə ) ziyarət etmek müstəhəbdir . Şeyx Tusi İmam Həsən Əskərinin ( ə ) belə buyurduğunu nəql edir . "Möminin beş nişanəsi var: əlli bir rəkət namaz ( on yeddi rəkət vacib və otuz dörd rəkət nafile namazları ) qılmaq , Ərbəin ziyarətini yerinə yetirmək , sağ ələ üzük taxmaq , səcdə edərkən alnı torpaq üstünə qoymaq , namazda "Bismilləhir - Rahmənir - Rahim" i ucadan demək" 2

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1. İqbal , s.587 .
2. İqbal , s.589 ; Misbahul - mutəhəccid , s.787 . ( Əhli - sünnə “ Bismillah ” ı ya surələrin əvvəlində demir , ya da ahəstə deyirlər . Halbuki , “ Bismillah " " Həmd " surəsinin və eləcə də başqa surələrin ayrılmaz hissəsidir . )

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!