RƏBİUL-ƏVVƏL AYI

:

Ayin birinci gecəsi: Bu gecə "Leylatul-məbit" adı ilə tanınmışdır Belə ki, bu gecədə çox mühüm bir tarixi hadisə baş vermisdir. Besətin 13-cü ilində Həzrət Rəsulallah (s) Məkkədən Mədinəyə hicrət edərək şəhərdən xaric olur və Sur mağarasında gizlənir. Əmirəl-möminin (ə) düşmənlər duyuğ düşməsinlər deyə, fədəkarcasına o həzrətin yatağında yatır. O həzrətin evini mühasirəyə alan Qureyş müşrükləri Rəsulallahı (s) öz yatağında yatmış hesab edib sübhə qədər gözləmiş və sübh vaxtı əllərində qılınc o həzrəti öldürmək üçün onun evinə hücum çəkmişlər. Lakin yataqda Əlini (ə) görmüşlər!

Beləcə, Rəsulallah (s) müşriklərin əlindən xilas olur, Əli (ə) isə o həzrətə olan sevgisini, qardaşligını və fədakarlığını nümayiş etdirir. Çünki o gecə həmin yataqda yatan kəs qətlə də yetirilə bilərdi. Bəqərə surəsinin 207-ci ayəsi Əmirəl-mömininin (ə) bu fədakarlığı barədə nazil oldu:
"İnsanlardan bəzisi öz canını Allahın razılığı müqabilində satırlar. Allah bəndələrə qarşi mehribandır."1
  Həzrət Rəsulallahın (s) hicrət ili müsəlmanların tarixinin başlanğıcı oldu va bu hadisə İslam aləmində böyük bir dönüs yaratdı.
8 rəbiul-əvvəl: Bir rəvayətə görə hicri-qəməri 260-cı ildə belə bir gündə İmam Həsən Əskəri (ə) şəhid oldu və həmin gün İmam Zamanın (ə.f) imamlıq dövrü başlandı.2
10 rəbiul-əvvəl: Həzrət Rəsulallahın (s) Xanım Xədicə (s.ə) ilə izdivac günüdür. İzdivac edərkən Rəsulallahın (s) 25 yaşı va Xanım Xədicənin (s.a) 40 yaşi olmuşdur. Bu gün șükranəlik ünvanında oruc tutmaq müstəhəbdir.3
12 rəbiul-əvvəl: Bu gün Şeyx Kuleyni və Məsudinin nəzərincə, eləcə də, əhli-sünnənin məșhur nəzərinə görə İslam peyğəmbərinin (s) səadətli doğum günüdür.4
Həmçinin belə bir gündə Həzrət Rəsulallah (s) Məkkədən Mədinəyə on iki günlük yolu qət etdikdən sonra Mədinəyə daxil olmuşdur.5  Hicri-qəməri 132-ci ildə belə bir gündə Bəni-Üməyyə höküməti süquta uğramışdır.6
14 rəbiul-əvvəl: Hicri-qəməri 64-cü ildə belə bir gündə Yezid ibn Muaviyə dünyadan köçmüşdür.7 O, üç il doqquz ay sürən xəlifəlik dövründə böyük cinayətlərə imza atdı, belə ki, onun ən böyük cinayati Əba Əbdillah Hüseyn (ə) və onun köməkçilərini qətlə yetirməsi oldu. Otuz yeddi yaşında "Huran" məntəqəsində dünyadan köçdü və Dəməşq şəhərində dəfn edildi. Lakin hal-hazırda onun qəbrindən heç bir əsər-əlamət yoxdur.8
Rəbiul-əvvəlin 17-ci gecəsi: Şiənin məșhur nəzərinə görə bu gecə böyük İslam peyğəmbərinin (s) mübarək doğum gecəsidir.9 Həmçinin, hicrətdən bir il öncə Həzrət Rəsulallah (s) belə bir gecə də Meraca getmişdir.10
17 rəbiul-əvvəl: Qeyd etdiyimiz kimi, şiə alimlərinin nəzərincə 17 rəbiul-əvvəl İslam peyğəmbəri Həzrət Məhəmməd ibn Abdullahın (s) səadətli doğum günüdür. Tarixə istinadən, o həzrət Məkkə şəhərində "amul-fil" ilində cümə günü şəfəq doğan vaxtı dünyaya gəlmişdir."11 (Amul-fil ili həmin ildir ki, Əbrəhə filə süvar olub Kəbə evini viran etmək üçün Məkkəyə həmlə edir, lakin qoşunu ilə birlikdə həlak olurlar.)
Həmçinin hicri-qəməri 83-cü ildə belə bir gündə İmam Sadiq (ə) dünyaya göz açmışdır. Bu səbəbdən də 17 rəbiul-əvvəl xeyir-bərəkətli bir gündür.12
Rəbiul-əvvəl ayı İmam Həsən Əskərinin (ə) üzücü şəhadəti ilə başlansa da, Həzrət Rəsulallahın(s) və İmam Sadiqin (ə) mübarak mövludu bu ayda olduğu üçün onu sevinc ayı kimi qəbul edə bilərik. İslam dünyasında böyük dəyişikliklərin başlanğıcı olan və müsəlmanlara șövkət bəxş eden hicrət hadisəsi, həmçinin "ləylətul-məbit" hadisəsi, atasının şəhadəti ilə eyni vaxtda İmam Zamanın (ə.f) imamlıq dövrünün başlanması bu aya təsadüf etdiyi üçün rəbiul-əvvəl ayı olduqca mübarək və xatirələrlə dolu bir aydır. Əhli-beyt așiqlərinə bu aya xüsusi əhəmiyyət vermək tövsiyə olunur.
Rəbiul-əvvəl ayının əməlləri:
1 rəbiul-əvvəl: Alimlər qeyd edirlər ki, Həzrət Rəsulallahın (s) ugurlu hicrətinin şükranəsi olaraq bu gün oruc tutmaq, sədəqə vermək və ehsan etmək müstəhəbdir.13 Bu gündə Həzrət Rəsulallahı (s) ziyarət etmək bəyənilir. Seyid ibn Tavus "İqbal" kitabında bu gün üçün bir dua da nəql etrmişdir.14
12 rəbiul-əvvəl: Bu gündə iki rəkət namaz qılmaq müstəhəbdir: birinci rəkətdə "Həmd''dən sonra üç dəfə "Kafirun" surəsi, ikinci rəkətdə "Həmd"dən sonra üç dəfə "Tövhid" surəsi oxunur.15
17 rəbiul-əvvəl: Qeyd etdiyimiz kimi, şiənin məşhur nəzərinə görə bu gün Həzrət Rəsulallahın (s) və İmam Sadiqin (ə) mübarək mövlud günüdür. Bu gündə bir sıra əməlləri yerinə yetirmək bəyənilir
 1-Qüsl etmək: bu günün qüslünün niyyətini et;16
 2-Oruc tutmaq: bu gündə oruc tutmağın böyük savabı vardır. Hədislərin birində buyurur ki, hər kim bu gündə oruc tutsa, Allah ona bir ilin orucunun savabını yazar17
 3- Sədəqə vermək, ehsan etmək və möminləri sevindirmək, həmçınin müqəddəs ziyarətgahlara getmək;18
 4-Həzrət Rəsulallahı (s) uzaqdan və yaxından ziyarət etmək: hədislərin birində o həzrət buyurur: "Hər kim mən vəfat etdikdən sonra qəbrimi ziyarət edərsə, eynilə mən həyatda ikən mənim görüşümə gələn şəxs kimidir. Əgər məni yaxından ziyarət edə bilməsə, elə uzaqdan mənı salam desin, (çünki bu salam mənə çatır)"19
 5-Bu gündə Əmirəl-möminin Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Bunun üçün İmam Sadiqin (ə) bu gündə o həzrətin qəbri kənarında oxudugu ziyarətí oxuyun"20 (Bu ziyarət, kitabın "Ziyaratlər" hissəsində qeyd olunmuşdur.)
 6- Bu günu böyük təntənə ilə qeyd etmək bəyənilir. Seyid İbn Tavus "İqbal" kitabında tövsiyə edir ki, bu gün məxluqatın ən şərəflisi Həzrət Rəsulallahın (s) mövlud günü oldugu üçün onu boyük təntənə ilə qeyd edin. Odur ki, müsəlmanlar həmin gündə mərasimlər təşkil edib o həzrətin böyük şəxsiyyəti, həyatı və xidmətləri ilə tanış olsunlar, İslam cəmiyyəti qurmaq üçün onu öz həyatlarında örnək tutsunlar.

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1.İqbal, s.592; Nümunə təfsiri, c.2,Bəqərə surəsinin 207-ci ayasi.
2.Usuli-kafi, c.1, s.503.
3.İqbal, s.599.
4.Zadul-məad, s.412.
5.İqbal, s.599; Kamil, İbn Əsir, c.2, s.7 .(hicrətin 1-ci ilinin hadisələri).
6.Misbahul-mutahaccid, s.791.
7.İqbal, s.601 (Seyid ibn Tavus bu kitabda Şeyx Mufiddən nəql edir ki, Yezid həlak olduğu üçün bu gün oruc tutmaq müstəhəbdir.)
8.Tətimmətul-muntəha, s.64.
9.Misbahul-mutəhəccid, s.791; Iqbal, s.603. 595
10.İqbal, s.601.
11.Misbahul-mutəhəccid, s.791; lqbal, s.603.
12.Biharul-ənvar, c.47, s. 1, hədis: 2.
13.İgbal, s.592.
14.İqbal, s.596.
15.İqbal, s.599.
16.Fəllahul-sail, s.61.
17.İqbal, s.603.
18.Öncəki qaynaq.
19.İqbal, s.604.
20.İqbal, s.608.

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!