RƏBİUS-SANİ AYI

:

Rəbius-sani ayının təqvimi:
8 rəbius-Sani: Məşhur rəvayətə görə hicri-qəməri 232-ci ildə bu gündə İmam Həsən Əskəri (ə)dünyaya göz açmışdır.1
10 rəbius-sani: Hicri-qəməri 201-ci ildə belə bir gündə (bir rəvayətə görə) Xanım Fatimə-Məsuma (s.ə) vəfat etmişdir.2
16 rəbius-sani: Rəvayətə görə, hicri-qəməri 66-cı ildə belə bir gündə Muxtar Kufə şəhərində Kərbəla șəhidlərinin intiqamını almaq üçün qiyam etdi.Bəzi tarixçilər onun rəbiul-əvvəlin 14-də qiyam etdiyini qeyd etmişlər.4

Bu ayda mühüm tarixi hadisələr az olsa da, qeyd etdiyimiz üç hadisə bu ayı möminlər üçün həm sevinc, həm də hüzn və kədər ayı etmişdir: İmam Həsən Əskərinin (ə) səadətli doğum günu va Qum şəharində dünyadan köçən Xanım Fatimə-Məsumənin (s.ə) kədərli vəfatı. Digər tərəfdən isə çox mühüm və ibrətamiz hadisə olan Muxtarın qiyamı bu aya təsadüf edir. Kərbəla hadisəsini törədən cinayətkarlar çox az bir müddətdə Muxtarın əli ilə həlak edildilər və tarix səhifələrində onların adı əbədi olaraq nifrət və nifrinlə birgə yazıldı.
Rəbius-sani ayının əməlləri:
Hədis və dua kitablarında bu ay üçün elə də çox əməl qeyd edilməmişdir. Mərhum Seyid ibn Tavus bu ayın birinci günü üçün bir dua qeyd etmişdir ki, maraqlananlar "İqbal" kitabına müraciət edə bilərlər.5

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1.Muntahal-amal, İmam Həsən Əskərinin (ə) həyatı: Biharul-ənvar, c.50, s.237, hadis: 8 (Qeyd etməliyik Kl,bəzi tarixçilər o həzrətin dogum gününün 10 rəbius-sani və bəziləri isə 14 rəbius-sani olduğunu qeyd etmişlər. Binarul-ənvar,c.50,s.238,hədis: 12.)
2.Furuği əz Kousər (Xanim Fatima-Məsumənin (s.a) həyatı), "Zair" nəşriyyatı,s.32. Başqa bir rəvayətə istinadən o Xanım rəbius-saninin 12-i vəfat etmişdir. Buna görə yaxsı olar ki, möminlər bu üç günü (ayın 10-dan 12-ə qədər) matəm saxlasınlar.
3.Biharul-ənvar, c.45, s.333, hədis: 2.
4.Təbərinin tarixi, c.4, s.496.
5.İqbal, s.616

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!