SALAVATIN FƏZİLƏTİ - II hissə

:

ƏLLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM
İlahi, Məhəmməd və Onun Əhli-Beytinə salam və salavat göndər, Mövlamız Həzrət Məhdi(əc)nin zühurunu tezləşdir və zühuri ilə dünyanı ədalət və iman nuru ilə işıqlandır.

{mp3remote}http://rizvan.net/aze/images/audio/salavat/2/003.mp3{/mp3remote}

24. Günahın bağışlanması
“Üyunul-məcalis” kitabında, (əhli-sünnə kitablarındandır) rəvayət olunmuşdur: “Bəndələrdən biri Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) salavat göndərən zaman, münadi (nida edən) qeyb aləmindən nida edər ki: Allah-taala bu bəndəyə on salavat göndərdi. Bu nida birinci göyün əhlinə yetişən zaman ona min salavat göndərərlər. İkinci göyün əhlinə yetişən zaman min dəfə də artırarlar. Həmçinin “Sifətul-müntəhaya” yaxınlaşdıqda yeddi min dəfə salavata yetişəcəkdir.
Bu vaxt Haqq-taala mələklərə xitab edər: “Siz mənim bəndəmin salavatının öhdəsindən gələ bilməzsiniz. Onu mənə tapşırın ki, mən onun mükafatını verim. Onun mükafatı odur ki, onun günahlarını bağışladım.”

25. Keçmiş və gələcək günahların bağışlanması
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Hər vaxt bir-birilə dost olan iki bəndə Allaha xatir əl-ələ verib mənə salavat göndərsələr bir-birindən ayrılmadan öncə Allah-taala hər ikisinin keçmiş və gələcək günahlarını bağışlayar.”
Başqa bir rəvayətdə Həzrət buyurdu: “Hər kəs bir müsəlmanla müsafihə etsə (əlini sıxsa) və – Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və səlləm – desə bu əməl onun günahlarından bir şey saxlamaz.”

26. Qiyamətdə nur
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu: “Hər kəs mənə bir salavat göndərsə, Allah-taala qiyamət günündə onun başı üstündən, sağ, sol, yuxarı və aşağı tərəflərdən bədən üzvlərinə nur verər.”

27. Qiyamət üçün salavatın zəxirə olması
Hər bir mömin üçün vəkil olunmuş beş mələk vardır:
– Birinci onun qarşı tərəfindədir ki, şeytanı ondan uzaqlaşdırır.
– İkinci onun arxa tərəfindədir ki, göyün bəlalarını ondan uzaqlaşdırır.
– Üçüncü onun sağ tərəfindədir ki, onun yaxşı əməllərini yazır.
– Dördüncü onun sol tərəfindədir ki, pis əməllərini yazır.
– Beşinci onun alnındadır ki, ona “hafiz” –“qoruyan”- deyirlər və o mömin şəxs gecə vaxtı göndərdiyi hər bir salavatı həmin mələk onu günəş çıxana qədər saxlayır və o vaxt gedir. Yenə salavatı qoruyub saxlamaq üçün gündüz gəlir. O mələyin getməsi ona görədir ki, kainatın seyidi Rəsulullahın (səlləllahu əleyhi və alihi) pak mərqədinə (qəbrinə) gedir və qəbrin müqabilində durur və deyir:
–Əssəlamu ələykə ya Rəsuləllah filan oğlu filan bu gecə və ya bu gündə sənə bir neçə salavat göndərdi.”
O həzrət (s) buyurar: “Mənim salavat və salamım ona olsun!”
Onda o mələk ərşin altına gedər və deyər: “İlahi! Sənin filan oğlu filan bəndən – Sənin həbibinə neçə salavat göndərmişdir və mən onun müqəddəs qəbrinə getdim və onun ərzinə çatdırdım və o həzrət ona salavat və salam göndərdi.”
Pak və sübhan Allah buyurar: “O bəndəyə salavat olsun! Mənim o bəndəmin salavatını nurlu ağ bir buluda qoyub, ərşin rüknlərindən birində saxlasınlar.” O salavat qiyamət gününə qədər izzət hicabında qorunub saxlanılar. Onda o bəndənin əməli ölçülən bir vaxt Haqq-taala buyurar ki, o salavatı gətirsinlər və o bəndənin yaxşı əməlləri olan tərəzinin gözünə qoysunlar ki, ağır olsun!”

28. Siratın üstündə nur
Əziz İslam Peyğəmbərindən (səllaləhu əleyhi və alihi) rəvayət olmuşdur: “Mənə çoxlu salavat göndərin. Niyə ki, mənə salavat göndərmək, salavat göndərən üçün qəbirdə bir nurdur, siratın üstündə bir nurdur və behiştdə bir nurdur.”

29. Şəfaətin vacib olması
İslam Peyğəmbəri (səllalləhu əleyhi və alihi) Əmirəl-möminin Əliyə (ə) öz vəsiyyətində buyurdu:
–Ya Əli! Hər kəs mənə hər gün və hər gecə salavat göndərsə, şəfaətim ona vacib olar; baxmayaraq ki, onun günahları böyük günahlardan olmuş olsun!

30. Behiştdə bir töhfə
Bir nəfər Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sual etdi: “Ümmətin salavatı sizə bir töhfə göndərməkdir. Görəsən, siz tərəfdən onlar üçün bir töhfə olacaqdır?” O həzrət (səlləllahu əleyhi və alihi) buyurdu: “Bu gün ümmətimin mənə salavatı onlardan mənə bir töhfədir və sabah onlar üçün mənim töhfəm behiştdə olacaqdır.”

31. Bu salavatın bərəkətindəndir
Bir qadın hamilə idi. Məkkədən Mədinəyə yalnız mühacirət (köç) etdi və bu səbəbə görə ona “Mühacirə” deyirdilər. Qadın bir oğlan doğdu. Uşağı bir parça ətə oxşayırdı, əl və ayağı yox idi.
Mühacirə qüssələndi, mamaçaya dedi: “Mən Allahın hökmünə razıyam; amma düşmənlərin məsxərəsindən qorxuram. Məkkə kafirləri deyərlər ki, filanə (mühacirə) bizim şəhərdən getdiyi və İslam dinini qəbul etdiyi üçün bizim bütlər onun uşağının əl-ayağını aldılar.”
Mamaça dedi: “Gərək bu hadisə üçün Peyğəmbərin (səlləllahu əleyhi və alihi) yanına gedəsən. Mühacirə o sərvərin xidmətinə gəldi və vəziyyəti o həzrətə ərz etdi. O cənab buyurdu, de: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin kəma barəktə əla İbrahimə.”
Mühacirə bu kəlmələri təkrar etdi və öz evinə qayıtdı. O, öz uşağının əl-ayağını yerində gördü və dərhal bu xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alihi) çatdırdı. O həzrət (səllallahu əleyhi və alihi) buyurdu: “Bu, mənə  göndərdiyin salavatın bərəkətindən idi.”

32. Behiştə daxil olmağın şərti
İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu: “Hər kəsin “ölüm vaxtı” axırıncı sözü mənə və Əliyə salavat olsa, behiştə daxil olar!”

33. Günahdan üç gün pak olmaq
Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu: “Hər kəs mənə bir salavat göndərsə, ona hafiz (gözətçi) olan  iki mələk üç günə qədər heç bir günahı onun üçün yazmaz.”

34. Behişt müjdəsi
Allahın Rəsulu (səllalahu əleyhi və alihi) buyurdu: “Hər kəs mənə min dəfə salavat göndərsə, behişt müjdəsi almayana qədər ölməz.”
Şəhid Sani (r.ə) “Cümə risaləsində” bu təsiri 1000 dəfə salavat üçün cümə günündə qeyd etmişdir.

35. Peyğəmbərə (səlləllahu əleyhi və alihi) nisbət ən layiqli şəxs
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
–Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxs olacaqdır.

36. Peyğəmbərə (səlləllahu əleyhi və alihi) yol göstərmə
Əbu Səid Xüdri deyir: “Əmmar Yasir Peyğəmbərə (səllallahu əleyhi və alihi) dedi: “İstəyirəm Nuhun (ə) ömrü qədər aramızda yaşayasan!”
Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:
–Ey Əmmar! Mənim sizin aranızdakı həyatım sizin üçün xeyirdir və mənim ölümümdə “şər“ olmayacaqdır. Niyə ki, yaşadığım halda mənim yanıma gəlirsiniz, hal-əhval edirsiniz və mən də sizin üçün Allahdan bağışlanma istəyirəm. Lakin mənim vəfatımdan sonra İlahi təqvanı (günahdan  çəkinməni) özünüzə peşə edin və ən gözəl şəkildə mənə və mənim Əhli-beytimə “salavat” göndərin! Çünki sizin adlarınız, ata və ananızın və qohumlarınızın adları mənə təqdim olunacaq, əgər o adlar siyahısında sizin yaxşı əməlləriniz qeyd olunsa, Allaha şükr edər və ondan (yaxşıdan) başqa bir şey olsa, Allahdan sizin üçün günahlarınıza görə bağışlanma istəyərəm.”

37. Şeytanı dəf etmək.
İmam Sadiq (ə) buyurdu: “Şeytan öz dostlarından birini bir insana (nəzarət üçün) təyin edir ki, yaddaşında olan şeyləri ondan alsın və onu unutqanlığa salsın. Şeytanın “Xəllas” adlı həmkarı təyin olunmuş vəzifəsinə əməl etməyə çalışır. Hər vaxt bir nəfər müəyyən bir mətləbi yadına salmaq istəsə və hiss etsə ki, onu unutmuşdur əlini duaya qaldırsın və onu yadına gətirmək üçün Allahdan istəsin və Mühəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-beytinə salavat göndərsin (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum). Sonra Şeytanı lənətləsin. Bu əməl zikrə və unudulmuş məsələnin yada düşməsinə səbəb olur. Əgər yadına gəlməsə yaddan çıxan məsələnin yerinə Allahı zikr etdiyi və dilinə gətirdiyi salavata görə İlahi mükafatı vardır.”

38. Qəlbin nuraniliyi
Xızr peyğəmbər (ə) imam Həsən Müctəbanın (ə) məzhərində hazır oldu və onunla özü arasında müəyyən suallar etdi, o cümlədən soruşdu: “Niyə adam bəzən bildiyi mətləbləri yadına sala bilmir.”
İmam (ə) cavab verdi: “Bəşərin qəlbi “haqla” möhkəmlənmişdir və “haqq” ilə qarışmışdır və “haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Mühəmməd və ali Mühəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) kamil salam və salavat göndərsə, onun “qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Mühəmməd və Əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o “haqq” üzərinə çəkilmiş örtük elə o cür də qalacaqdır. Buna görə də insan bildiyi mətləbi də yadından çıxarır.”

39. Ölüm və təhlükədən nicat tapmaq
“Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: “Bəni-İsrail öz oğlanlarını Mühəmməd və Əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən xilas etdilər və həmçinin öz qızlarını da Mühəmməd və onun Əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”

{mp3remote}http://rizvan.net/aze/images/audio/salavat/2/004.mp3{/mp3remote}

Kitabın adı: Fatimeyi-Zəhranın (ə.s) zikrinin və salavatın savabı
Tərcümə edən: Əbdülğəfur

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!