9-CU MÜNAZİRƏ - II hissə

:

ŞİRKİN NÖVLƏRİ

Dəvətçi: «Quran ayələri, bir çox alimin dərin araşdırmaları, xüsusilə Sədrul-Mütəəllihin Molla Sədra və Fazil Taliqaninin önəmli açıqlamalarından, şirkin iki növ olduğu anlaşılır. Şirkin başqa qisimləri də, bu ikisinin əhatəsinə aid olur. Bu iki qisim şirk: aşkar və gizli olan şirkdir. 

AŞKAR OLAN ŞİRK:

a) Zatda şirk

İnsan Allaha, zatında, sifət, fel (əməl) və ya ibadətlərində ortaq qoşarsa, bu açıq şirkdir. 

Zatda şirk, üluhiyyət, zat və Allahın vəhdaniyyəti mərtəbəsində Allaha şirk qoşmaq, bunu etiraf etmək deməkdir. Bütpərəstlər, nur və zülmət, Yəzdan (Allah) və Əhrimən (pislik İlahı) kimi iki əsl və məbdəyə (başlanğıca) inanan məcusilər (atəşpərstlər) buna gözəl misaldır.

Yenə xristianlar, ata, oğul və Ruhul-Qüdus bilməklə, Allahın zatını üç qismə ayırmışlar. Onlardan bəziləri Ruhul-Qüdusun Məryəm olduğunu söyləyirlər. Bu üçünün hər birinin ayrı-ayrı xüsusiyyətləri olduğuna inanırlar; «Bu üçü bir araya gəlməzlərsə, Allahın zatı da aşkarlaşmaz» deyirlər. Bu səbəbdən, Allah-taala da onların bu əqidəsini «Maidə» surəsinin 73-cü ayəsində bildirmiş və onu təkzib etmişdir: «Allah, üçlüyün üçüncüsüdür» deyənlər [də] əlbəttə, kafir oldular. Halbuki vahid Allahdan başqa heç bir Tanrı yoxdur ».

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!