ÖVLAD TƏRBİYƏSİNDƏ ƏN MÜHÜM ADDIM

:

Allahın adı ilə

«Ailə» İslam dinində yüksək əhəmiyyətə malik məsələlərdən biridir. Valideyn və övladdan təşkil tapmış kiçik cəmiyyət nümunəsində hər kəsin haqqı və vəzifəsi məhəbbət və ədalət əsasında din tərəfindən təyin və tənzim edilmişdir. Aşağıda valideynlər üçün önəmli olan bir neçə dinin təlimini diqqətinizə çatdırırıq.

Mövla İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyət edərkən buyurur:

وَ أَنْتَ مُقْبِلُ الْعُمْرِ وَ مُقْتَبِلُ الدَّهْرِ، ذُو نِيَّة سَليمَة وَ نَفْس صَافِيَة، وَ أَنْ اَبْتَدِئَكَ بِتَعْليمِ كِتابِ اللّهِ عَزَّ وَ جَلَّ وَ تَأويلِهِ وَ شَرايِعَ الاِْسْلامِ وَ أحْكامِهِ وَ حَلاَلِهِ وَ حَرامِهِ...

“(Oğlum!) Həyata yenicə qədəm qoyduğun vaxt, qarşında bir zaman varkən, niyyətin sağlam və nəfsin pak ikən Allah kitabının təlimi, onun bəyanı, İslam qayda-qanunları və halal-haramların bəyanı ilə sənin tərbiyənə başladım ...” (“Nəhcül-bəlağə”, məktub 31.)

Hər bir müəllim, tərbiyəçi və ya övladını sevən mehriban ata gəncin daxili aləmi çirklənməmiş ilk addımda ona dini həqiqətləri öyrətməlidir. Başqa sözlə, ilk öncə övlada düzgün əqidə və düşüncə təlim edilməlidir. Bu işdə yubanılarsa, gəncin qəlbi yanlış əqidələrlə dolacaq və bu zaman onun islahı üçün ikiqat zəhmət çəkmək lazım gəlir. Buna görə də, gənc insan və onun qəlbi çirkaba batmamış ona mühüm ilahi biliklər öyrədilməlidir. Əvvəlcə həmin biliklər öyrədilməlidir ki, bu biliklərdən xəbərsizlik islah yolunu bağlayır.

Peyğəmbəri-Əkrəm (s) bir dəfə kənarındakı uşaqlara baxıb buyurdu:

وَيلٌ لِأَولادِ آخِرِ الزَّمانِ مِن آبائِهِم.

“Vay olsun zəmanənin sonundakı uşaqların atalarına!”

Soruşuldu:

يا رَسولَ اللّه ِ، مِن آبائِهِمُ المُشرِكينَ؟

“Ey Allahın Rəsulu! Onların ataları müşriklərdənmi olacaqlar?”

Həzrət buyurdu:

لا، مِن آبائِهِمُ المُؤمِنينَ؛ لا يُعَلِّمونَهُم شَيئا مِنَ الفَرائِضِ، و إذا تَعلَّموا أولادُهُم مَنَعوهُم، و رَضوا عَنهُم بِعَرَضٍ يَسيرٍ مِنَ الدُّنيا، فَأنا مِنهُم بَرِيء ، و هُم مِنِّي بُرآءٌ.

“Xeyr, mömin olacaq, amma onlara vacib əməlləri öyrətməyəcək və övladları da öyrənmək istədikdə onlara icazə verməyəcək və savadsız böyüməyini istəyəcəklər. Nə mən onlardanam, nə də onlar məndəndir!” (“Camiul-əxbar”, səh.285, hədis 767.)

Qeyd etməliyik ki, təlim olunası biliklər bir neçə növdür:

–Öyrənilməsi zərərli olan elmlər;

–Öyrənilməsi faydalı olan elmlər;

–Öyrənliməməsi zərərli olan elmlər;

–Öyrənliməməsi zərərli olmayan elmlər;

Müxtəlif növ biliklər arasında ən önəmlisi Qurani-Kərimdə mövcud olan biliklərdir. Bu elmlərdən məhrum olan insan üçün səadət yolu bağlıdır. Şübhəsiz ki, insan üçün Quran maarifindən faydalı bir bilik olsaydı, Allah-Taala həmin bilikləri öz bəndələrinə göndərərdi. Quranın nazil olması üçün təmin olunan bütün ilkin şərtlər Allah-Taalanın Öz bəndələrinin sədətinə göstərdiyi diqqətin göstəricisidir. Tarix boyu bəşəriyyətə belə bir hədiyyə əta olunmamışdır. Mümkündürmü ki, bəşəriyyətin ehtiyaclı olduğu biliklər ondan gizlədilə?! Necə ola bilər ki, Öz bəndələrini mərhəməti içində qərq edən, ən üstün bəndəsini peyğəmbər seçən Allahın göndərdiyi kitab hansısa mühüm suallara cavab verməyə?! Bəli, bəşəriyyətin ehtiyaclı olduğu bütün əsas məsələlər Quranda bəyan olunmuşdur.

İmam Əli (ə) buyurur:

حَقُّ الوَلَدِ عَلَى الوالِدِ أن يُحسِنَ اسمَهُ، و يُحسِنَ أدَبَهُ، و يُعَلِّمَهُ القُرآنَ

“Övladın atanın boynundakı haqqı odur ki, ona yaxşı ad qoysun, yaxşı tərbiyə versin və Quran öyrətsin.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 399.)

Bəli, övladına xoşbəxtlik vermək istəyən mehriban ata onu hər şeydən əvvəl Quran maarifi, dinin halal-haram göstərişləri ilə tanış etməlidir. Çünki bu biliklərdən məhrum olan insan zərərə düşür, dünya və axirət səadətini əldən verir. Ona görə də imam Əli (ə) oğlu imam Həsənə (ə) buyurur: “...Allah kitabının təlimi, onun bəyanı, İslam qayda-qanunları və halal-haramlarının bəyanı ilə sənin tərbiyənə başladım...”
(“Pənde-cavid (Əbədi öyüd)”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh. 166-172.)

www.maide.az

Tags: AİLƏ VƏ CƏMİYYƏT, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!