ÖVLADIN ŞƏXSİYYƏTİNDƏ QİDANIN TƏSİRİ VARMI?

:

Qida övlad şəxsiyyətinin formalaşmasında çox tə`sirlidir. Əgər uşağın nütfəsi (sperma) haramdan əmələ gələrsə və ya ana hamiləlik dövründə haram yemək yeyərsə uşağın xilqətində bədbəxtçilik zəminəsi yaranır.Həmçinin əgər uşaq haram yeməklərdən yesə bəxti qara və ya bədbəxt olacaqdır.

HƏZRƏT ZƏHRANIN (əleyha salam) TƏVƏLLÜDÜNÜN MÜQƏDDİMƏSİ
Həzrət Fatimeyi Zəhra (salamullahi-əleyha)-nın təvəllüdünün müqəddiməsindən biri budur ki, Allah-Taala Öz Rəsulu (səlləllahu əleyhi və alih) və həzrət Xədiceyi-Kübraya (salamullahi-əleyha) camaatdan uzaqlaşmalarını əmr edir. Bu zaman Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qırx gecə-gündüz “Həra” dağına gedib, ibadətlə məşğul oldu. Həzrət Xədicə (sə) bu müddət ərzində yalnız ev işləri ilə məşğul olub, heç kəslə rabitə saxlamadı. Daha sonra Peyğəmbərə əmr olundu ki, evə getsin. Qırxıncı gecə Cəbrail Allahdan xəbər yetirib dedi: “Ya Mühəmməd, Allah sənə salam deyir. Bu almanı da Behiştdən sənin üçün göndəribdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) almanı götürüb sinəsinə sıxır, iki yerə bölündüyü andan nur saçmağa başlayır. Cəbrail dedi: “Ya Rəsuləllah, bu nur bir xanımdır ki, onun göylərdəki adı Mənsurə, yerdəki adı isə Fatimədir.”1
Yuxarıda qeyd olunan hədisdən yeməyin övlad şəxsiyyətindəki böyük əhəmiyyətini anlamaq olar.

YEMƏYİN ƏHƏMİYYƏTİ HAQQINDA QUR`ANIN NƏZƏRİ
Qur`an bu barədə belə buyurur:
“Yetimlərin mallarını güc və zorla yeyənlər, həqiqətdə odu öz qarınlarına tökürlər və tezliklə (onlar) Cəhənnəmə, şö`lənənən oda düşəcəklər.”2
Əlbəttə, asiman və mələklər aləmini görənlər bu cür adamların od yeməyini zahiri gözləri ilə görəcəklər. Oddan bağlanan bir nütfənin gələcəkdə necə cinayətlərə əl uzadacağı mə`lumdur.
Beləliklə nütfəsi (sperma) riba (sələm), oğurluq, ümumiyyətlə haram maldan tutulan uşağın gələcəkdə də onu harama tərəf sövq etməsi təbiidir.

 

Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Hazırladı: Rəsul Mahmudzadə


1.“Biharül-ənvar”, 43-cü cild.
2.“Nisa” surəsi, ayə:10

 

Tags: SUALLARA CAVAB, AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!