BABİ-RİCASAN XANIM (ŞEİR)
Bismillah.
Seyyidətül-aləmin,nuri-Xudasan xanım.
Elmü-ədəb mə'dəni, ruhə qidasan xanım.
Təkcə bu aləmdə yox, ərşi-müəllada da,
Zikr olur adın sənin, dildə duasan xanım.
Həzrəti Xatəm sənə, Ümmi Əbiha dedi.
Sən ürəyi pak ana, əhli vəfasan xanım.
Şiri Xuda Heydərin, yaru-həvadarisən.
Qəmlərə dərd ortağı,dərdə dəvasan xanım.
Zeynəbi Kubra alıb, səndən həya dərsini.
Səndədi şanu-şərəf, qəlbə səfasan xanım.
Ruyi siyah bəndəyəm, bir nəzər et Adilə.
Hər iki aləmdə sən, babi-ricasan xanım.
Adil Əkbərov
Rizvvan.net İslam Maarifi Jurnalı
Mətni səsləndirdi: ADİL ƏKBƏROV
">http://dl.almahdi.ru/audio_maarif/adil/Hezret_Fatimeye-aid_seir-Adil_Akberov.mp3"{/jwplayer}
You must have the Adobe Flash Player installed to view this player.
Tags: HƏZRƏT ZƏHRA (s)











