CƏMİYYƏTDƏKİ İCTİMAİ-SİYASİ DƏYİŞİKLİKLƏRİN SƏBƏBKARI KİMDİR? İNSAN, YOXSA ALLAH?

:

CAVAB

Allah-taala buyurur: “Hər hansı bir tayfa öz vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini dəyişməz.” (Rəd surəsi, ayə 11) Ayədən göründüyü kimi, bütün millətlərin talehi, onların öz əllərindədir. Onların xoşbəxtlik və bədbəxtliklərinin ilkin səbəbkarı özləridir.

Öz xoşbəxtliyi üçün çalışmayan millətin Allah-taaladan nə isə gözləməsi, əbəsdir. 

Ayə və hədislərin göstərişlərinə əsasən, cəmiyyətdəki bədbəxtlikləri aradan qaldırmaq istəyən millət, ilk əvvəl öz düşüncəsində inqilab etməlidir. Öz imanı, əxlaqındakı zəif nöqtələri tapıb, xalis bir tövbə ilə çirkinlikdən təmizlənməyən cəmiyyətin səadətə çatması mümkünsüzdür. “İnsanın xoşbəxtliyi və bədbəxtliyində Allah təsirsizdir” demək də düzgün deyildir. Allah-taala hər bir insanı təqib edib, qoruyan mələklər qərar vermişdir. Onlar doğru yol seçənlərə yardım göstərərlər. Azğınlığı seçənlərin isə, əzabı artırılar. Məsələn, ədalət və həqiqət uğrundən canından keçən millətlər, ədalətli hakimlə mükafatlandırılır, günah və azğınlığa meyilli millətlər isə, zalım hakimlə cəzalandırılırlar.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!