GÜNAH SAVABLA ƏVƏZ OLUNA BİLƏRMİ?

:

CAVAB
“Fürqan” surəsinin 70-ci ayəsində oxuyuruq: “(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər.”

Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql edir: “Qiyamət günü Allah-taala bəzi insanların böyük günahlarının üstünün açılmaması barədə göstəriş verər. Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar həmin günahları etiraf edərkən, öz böyük günahları haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-taala istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab verilməsini buyurar. İnsan heyrət içində böyük günahlarını axtara-axtara qalar.” (“Nurus-səqəleyn”, 4-cü cild, səh. 33)

Lakin ayə və hədisdə deyilənlər, yalnız həqiqi tövbə edənləri nəzərdə tutur. Həqiqi tövbə isə günahın çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər bir insan yalnız orqanizmə zərərinə görə spirtli içkiləri atırsa, bu həqiqi tövbə deyildir. Həqiqi tövbə Allahın yoluna qayıdış, Allahı razı salmaq niyyəti ilə həyata keçirilməlidir.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!