HANSI İŞLƏRİ ALLAHIN RAZILIĞI ÜÇÜN GÖRMƏLİYİK?

:

Adətən biz bəndələr namaz, oruc zəkat və sair kimi işləri görəndə niyyət edirik ki, məsələn namazı qılıram qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). Hal bu ki, Allah Təala biz qullarını yalnız Ona ibadət etmək üçün yaratmışdır. وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلاَّ لِيَعْبُدُون – mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam (Zariyat surəsi, 56-cı ayə).

Ayənin zahirinə baxanda görürük ki, biz insanlar əgər yalnız ibadət üçün yaranmışıqsa o zaman necə ola bilər ki, başqa işlər üçün çalışırıq ama günah yazılmır bizlərə?. Cavab isə budur ki, duzdur biz başqa işləri görməklə savab yazılmır bizə lakin biz insanlar elə edə bilərik ki, hətda başqa işlər görəndə belə bizlərə savab yazılsın. Bunu da yalnız etdiyimiz işləri Allaha yaxınlaşmaq və Onu razı salmaq ilə həyata keçirə bilərik. Allah Təala Quranda belə buyurur: قُلْ إِنَّ صَلاتي‏ وَ نُسُكي‏ وَ مَحْيايَ وَ مَماتي‏ لِلَّهِ رَبِّ الْعالَمين - De: «Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm aləmlərin Rəbbi olan Allaha məxsusdur» (Ənam surəsi, 162-ci ayə). Ayədən belə anlaşılır ki, həyatımda nə iş görürəmsə onu Alləmlərin Rəbbi olan Allahın razılığı üçün yerinə yetirməliyəm. Hətda əgər insanlar pis əməllərdən Allahın razılığı üçün çəkinməzsə Allah yanında o əməlin dəyəri olmaz. Yaxud kimsəyə yaxşılıq etsən belə onu Allahın razılığı üçün etməriksə bu əməlin heç bir dəyəri olmaz. Beləliklə əgər biz Allahın razılığı üçün əməl etməsək, zahirdə ömrümüzü yaxşı işlərə sərf etsək belə yenə ömrümüzü ziyan içində keçirmiş oluruq. Məhz elə bu səbəbdəndir ki, Allah Təala Qurani kərimdə buyurur: وَالْعَصْرِ. إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ - And olsun əsr vaxtına. Həqiqətən, insan, (ömrünün puç olması baxımından) ziyan içindədir. 

Ayəyə diqqət etsək görərik ki, burada kafirləri yaxud mömin olmayanları demir, ümimi olaraq buyurur ki, “insan” ziyan içindədir, istər mömin olsun istərsədə kafir. Bu da, onu görsədir ki, baxmayaraq möminlər günün bir hissəsini Allaha ayırıb namaz qılsalar da, günün və ömrünün çox hissəsini Allahın razılığı olmayan hətta halal işləri belə görməklə ziyandadır.

Həzrət əmirəl-möminin imam Əli (ə) Kumeyl duasında belə buyrurur: حَتَّى تَكُونَ أَعْمَالِي وَ أَوْرَادِي كُلُّهَا وِرْداً وَاحِداً وَ حَالِي فِي خِدْمَتِكَ سَرْمَداً- Belə ki, gördüyüm işlər, dediyim sözlər vahid şüarla olsun və hər anım Sənə xidmətdə keçsin.
Bu ifadədən də, göründüyü kimi həzrət Əmirəl-möminin (ə) bizə öyrədir ki, hər hansı bir işi görürüksə yalnız Allahın razılığını nəzərdə tutmaqla ömrümüzü Allaha xidmətdə keçirək əks halda ömrümüz ziyan içində keçər. Nəticə alırıq ki, bütün işlərimiz Allah razılığı üçün olmalıdır hətta pis bir işdən çəkinsək belə. Bir sözlə desək həyatımızda gördüyümüz bütün işləri Allahın razılığı üçün etməliyik. Allah hamımızı Öz razı qaldığı işlərində müvəffəq etsin. Amin!

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!