HANSI ŞƏXSLƏRDƏN MƏSLƏHƏT ALMAQ OLAR?

:

CAVAB
Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: “Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər.

Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər” (“Nəhcül-bəlağə”).
İslam dinində məsləhət istəyən adama xəyanət edib səhv yol göstərmək, böyük günahlardan hesab olunur. Bilmədiyin bir işdə, hətta qeyri-müsəlmana məsləhət vermək böyük günahdır.
İmam Səccad (ə) buyurur: “Səndən məsləhət istəyənə bildiyin işlərdə məsləhət verməli, bilmədiyin məsələlərdə onu bilən şəxsin yanına göndərməlisən. Məsləhət aldığın adamı, könlünə yatmayan məsləhətinə görə, qınamamalısan” (“Təfsiri Nurus-səqəleyn”, 1-ci cild, səh.405).

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!