HƏZRƏT MUSA (Ə) NƏ ÜÇÜN TÖVBƏ ETDİ?

:

CAVAB

Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. “Nisa” surəsinin 153-cü ayəsində Allah-taala buyurur: “(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və “bizə Allahı aşkar göstər” demişdilər.”

Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-taalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq “Ey Rəbbim, özünü mənə göstər”, dedi. Musanın istəyi qarşısında, Allah-taala buyurdu: “Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən.”

Quranda belə buyurulur ki, Allah-taala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi.

Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!