İMAM ƏSKƏRİNİN (Ə) DÖVRÜNDƏ VƏ HƏZRƏT MƏHDİ (Ə.C) DÜNYAYA GƏLƏN VAXT SİYASİ DURUM NECƏ İDİ?

:

CAVAB

İmam Əskəri (ə) hicri 232-ci ilin rəbiul-əvvəl ayında dünyaya göz açmışdır. O, üç Bəni-Abbasi hakimi ilə müasir olmuşdur: Mötəzz, Möhtədi, Mötəməd. Mötəməd Əhli-beytə (ə) xüsusi bir düşmənçiliklə yanaşırdı. O, göstəriş vermişdi ki, imam Əskərinin (ə) şəhadətindən sonra onun evində axtarış aparılsın və övladı haqqında məlumat toplanılsın. Bu barədə hakimiyyəti Cəfər məlumatlandırmışdı.


Davud ibn Əsvəd deyir: İmam Əskəri (ə) mənə bir əsa verib buyurdu: “Bunu Əmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun arasında məktub var. İmamın xidmətinə qayıtdıqda bu məsələni danışdım. Həzrət buyurdu: “Kimlərinsə bizi təhqir etdiyini görsən, tapşırılmış işin ardınca get və məbada cavab vermək fikrinə düşəsən və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.”[1]

Tarixi mənbələrdən məlum olur ki, imam öz səhabələrinə ona salam verməməyi tapşırmışdı. Әks-təqdirdə onun üçün təhlükə yaranardı.[2]

Həzrət öz şiələri ilə görüş üçün yer müəyyənləşdirmişdi. O buyurdu: “Filan yerdə, filan evdə gecə vaxtı müraciət edin. Məni orada taparsınız.”[3]

Məhəmməd ibn Əbdüləziz Bəlxi deyir: “Sübh vaxtı qoyunsatanların məhəlləsində oturmuşdum. Birdən imam Əskərinin (ə) öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət mənim yanımdan keçdiyi vaxt şəhadət barmağını ağızına yaxınlaşdırıb sakit olmaq işarəsi verdi. Həmin gecə Həzrətlə görüşdüm. O buyurdu: “Ya gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx!”[4]

Mərhum Müqəddəs Ərdəbili buyurur: “Əgər hədisi, «bir kişi» ünvanı ilə nəql etsələr nəzərdə imam Həsən Əskəri (ə) tutulmuşdur.”[5]

Bütün bu məlumatlar imam Əskərinin dövründə və həzrət Məhdi (ə) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də həzrət Məhdinin (ə) mövludu gizlədilmişdir.

Bu arada imam Əsəərinin (ə) iki vəzifəsi vardı: Həzrət həm övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli idi ki, onun həyatı üçün təhlükə yaranmasın.


[1]    “Bihar”, c. 50, s. 283.

[2]    “Bihar”, c. 50, s. 304.

[3]    “Bihar”, c. 50, s. 304

[4]    “Bihar”, c. 50, s. 289.

[5]    “Cameul-Ruvat”, c. 2, s. 462.

 

Tags: İMAM HƏSƏN ƏSKƏRİ (ə), İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!