ŞİƏLƏR NİYƏ GÖRƏ SƏCDƏ EDƏRKƏN ALINI MÖHÜRƏ QOYURLAR?

:

CAVAB

Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. “Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.” Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, “Əs-sünnənül-Kübra” (c.2, səh.105), “Müstədrəki Hakim” (c.1, səh.270), “Sünnəni-Beyhəqi” (c.2, səh.103).

Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: “Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.” Bu hədis isə “Kənzül-ümmal” (c.7, səh.465), “Əl-Müsənnif” (c.1, səh.392), “İrşadus-Sari” (c.1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: “Allahdan ötrü alnını torpağa qoy.” Bu hədisi də “Səhihi-Müslüm” (c.1, səh.371), “Səhihi-Buxari” (c.1, səh.91), “Sünnəni-Beyhəqi” (c.1, səh.212), “Sünnəni-Nəsai” (c.1, səh.210), “Sünnəni-Tirmizi” (c.2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, “Sünnəni-Nəsai” (c.2, səh.208), “Səhihi-Buxari”, “Sünnəni-Əbi Davud” kitablarında görə bilərik.

Kitаbın аdı: Suallara cavab

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!