XÜMSÜN YARISININ SEYYİDLƏRƏ MƏXSUS OLMASI AYRİ-SEÇKİLİK DEYİLMİ?

:

CAVAB
İslamda illik gəlirin ehtiyacdan artıq qalan xərclənmiş hissəsindən tutulan beşdə bir vergi xüms adlanır. İkinci bir vergi də vardır ki, konkret sahələri əhatə edir və zəkat adlanır.

Xüms hara xərclənə bilər? İslam hökmlərinə əsasən, xüms iki yerə bölünür: İslamın tədrisi ilə məşğul olanların və Bəni-Haşim nəslindən olan fəqirlərin ehtiyaclarının ödənilməsinə. Birinci hissə “beyt-ül-mal” (ümumi əmlak), ikinci hissə isə “səhmi sadat” (seyyid payı) adlanır.
Bəziləri bu fikirdədirlər ki, xümsün yarısının Bəni-Haşimə, başqa sözlə, seyyidlərə verilməsi ayrı-seçkilikdir. Mütləq ədalətə əsaslanan bir dində, doğrudanmı, ayrıseçkilik mümkündür? Sözsüz ki, xüms barədə şübhələr məlumatsızlıqdan doğur.
Əvvəla, xümsün seyyidlərə məxsus olan hissəsi, yalnız imanlı və fəqir seyyidlərə verilə bilər. Bəzi avamların “novçası qızıldan olsa da, seyyid xüms ala bilər” fikri kökündən yanlışdır. İkincisi, seyyid olmayanlar həm xüms, həm də zəkatdan istifadə edə bilərlərsə, seyyidlərin zəkatdan istifadə etmək hüquqları yoxdur.
Üçüncüsü, seyyidlərin ehtiyacı xümsün ikidə birindən azla ödənərsə, onların payının qalan hissəsini beyt-ül-mala əlavə etmək olar.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!