SEYİDLƏR VƏ İLAHİ ƏDALƏT

:

Sual: Seyidlərin digər insanlardan üstünlüyü Allahın ədaləti ilə uzlaşırmı?
Seyidlərin əksəriyyətinin dünyadan imanlı halda getməsi Allahın ədaləti ilə heç də ziddiyyətli deyil.

Çünki Allahın ədalətinə görə, hər kəs öz qabiliyyəti, bacarığı, əməlləri, niyyəti və danışığı əsasında haqqını alır. Seyidlər də başqaları kimi, ixtiyar sahibi olaraq müxtəlif çirkinliklər, xətalar və azğınlıqlardan kənarlaşıb haqqa tapınsalar, Allahın adələti sayəsində varlıq aləminə hakim nizama görə, dünyadan mömin gedəcəklər.
Digər tərəfdən, genetik və irsi amil baxımından seyidlərin nəsil-nəcabəti imamlarla əlaqələnir. Bu, onların mömin və doğru yolda olması üçün daha da münasib şərait yaratsa da, haqqa yönəlməyin müxtəlif amillərindən təkcə biridir. Buna görə də bəzi seyidlər irsi xüsusiyyətlərə malik olduqları halda, onların doğru yoldan uzaq düşüb əyri və batil yol seçdiyinin şahidiyik. Allah-Təalanın ədalətinə əsasən, bir insan öz ixtiyarı ilə doğru yolda qədəm götürsə və təkamülə çatması üçün çalışsa, müsbət nəticəyə çatar və imanlı halda dünyadan gedər. Seyidlərin çoxu genetiki amildən əlavə, öz ixtiyar və iradəsi ilə doğru yolu seçir. Bunun müqabilində Allah-Təala da onlara gözəl nəticə əta edəcəkdir. Digər tərəfdən, Allahın ədalətinə görə, öz istəyilə azğın yol seçən insan acınacaqlı aqibətə düçar olar, dünyadan imansız gedər. Demək, Allah-Təala Öz ədaləti əsasında, öz istək və ixtiyarı ilə batil yolu seçən seyidlər üçün acınacaqlı aqibət müəyyən etmişdir.
Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!