HƏYAT YOLDŞINI İSLAMİ GEYİMƏ MƏCBUR ETMƏK OLARMI?

:

Ey iman gətirənlər! Özünüzü və ailənizi insanlardan və daşlardan qalanmış oddan qoruyun!1
Sual :Əgər bir kişi öz həyat yoldaşını hicab bağlamağa məcbur etməzsə, fasiq hesab olunurmu? 

Həzrət Ayətullah Xameneyi: Bu öz -özlüyündə onun fasiq hesab olunmasına səbəb olmaz. 
Həzrət Ayətullah Fazil Lənkərani (r): Gərək, "Əmr be məruf" və "nəhy əz münkər"in şərtlərinə və mərhələlərinə müvafiq şəkildə hərəkət etsin. 
Həzrət Ayətullah Safi Gülpayqani: Bu məsələyə biganə olarsa fasiqdir. 
Həzrət Ayətullah Məkarim Şirazi:Bu məsələ ilə bağlı "əmr be məruf" və "nəhy əz münkər" etməsi vacibdir. 
Həzrət Ayətullah Təbrizi (r): Hər bir şəxsin vəzifəsidir ki, öz ailəsini günahlardan qorusun. Üzrsüz, səbəbsiz olduğuna dair yəqinlik hasil etmədən, doğru olması ehtimalına əsaslanaraq kimsəni fasiq hesab etmək olmaz. 
Həzrət Ayətullah Sistani: Məcbur etməmək öz-özlüyündə fasiqliyə gətirib çıxarmaz. 
Həzrət Ayətullah Behcət (r): Əgər onun hicabsızlığının günahına şərik olarsa, məsələn, ona hicabsız halda evdən çölə çıxmağa icazə verərsə, bəli, fasiq hesab olunur. 
Mənbə: Şəri Suallara Cavablar kitabı. 
Rizvan.net İslam Maarifi Jurnalı 

Tags: SUALLARA CAVAB, FİQH, AİLƏ VƏ CƏMİYYƏT, XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!