QURANİ KƏRİMDƏ NӘSX - XIX hissə

:

ZƏKAT AYƏSİNİN NƏSXİ
Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı [bostanları və bağları] dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. [Onların hər biri] bar verdiyi zaman barından yeyin, yığım günü haqqını [zəkatını, sədəqəsini] ödəyin, lakin israf etməyin. Allah israf edənləri sevməz.)

Əhli-sünnə alimlərinin bir çox ayənin nəsx olunduğuna istinad edirlər. Onlar buna dair müxtəlif nəzəriyyələr irəli sürmüşlər.

1. Ayə zəkat barəsində nazil olmuşdur. Lakin verilən hökm arpa, buğda, xurma və s. bu kimi istisna olmaqla ayədə adları çəkilən meyvələr ilə nəsx olunmuşdur. Çünki Peyğəmbərin (s) bir çox səhabələri və onların davamçıları olan tabeinlər bütün bitkilərə zəkat verməyi vacib hesab etmişlər. Lakin Əbu Hənifə istisna olaraq «odun», «qamış» və «samandan» başqa bütün becərilən bitkilərə zəkat verməyi vacib hesab etmişdir.

2. Deyirlər:

Ayə Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlə nəsx olunmuşdur. Belə ki, zəkat olduğu vəziyyətdən 10-da bir və 20-də birə qədər müəyyənləşdirilmişdir. Sudey və Ənəs ibni Malik ayənin nəsx olunmasına dair bu nəzəriyyəni irəli sürmüşlər. Bəzən İbni Abbasın və Məhəmməd ibni Hənəfinin də bu fikirdə olduqlarına istinad etmişlər.

3. Nəsx nəzəriyyəsi tərəfdarları bəzən deyirlər. Ayənin zəkat hökmü ilə heç bir əlaqəsi yoxdur. Haqq və ödəniş deyildikdə zəkat deyil, bu ayə ilə veriləsi vacib olan başqa bir ödəniliş nəzərdə tutulur.

Zəkat hökmü verildikdən sonra isə ayə nəsx olunmuşdur.

Bizim nəzərimiz: Bizim fikrimizcə ayənin nəxs olunmasına dair irəli sürülmüş hər üç nəzəriyyə tamamilə batil və əsassızdır. Dediklərimizi sübuta yetirəcək bir neçə dəlilə işarə etmək istəyirik.

1. Əhli-beyt tərəfindən nəql olmuş bir neçə rəvayətdə «haqq və ödəniş» zəkat kimi təfsir olunmamışdır. Belə ki, Koleyni nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Müaviyə ibni Həccaca deyir: Əkinçilikdə iki ödəniş vardır. Onlardan biri səndən alınır, digərini isə sən özün ödəyirsən. Müaviyə deyir: İmam Sadiq (ə)-dan onlardan hansının alındığını və hansının ödənildiyini soruşdum.

İmam Sadiq (ə) buyurdu: Əkdikləriniz şeylərdən 10-da biri və 20-də bir qismi zəkat halında sizlərdən alınır. Öznüzün ödədiyiniz isə Allah buyurduğu «Və atu həqqəhu yovmə həsadihi» – yığım günü haqqını ödəyin — ayəsidir. (Tәfsir Burhan 1-ci cild 338-ci sәh) 

İbni Mərdəviyyə, Əbu Səiddən və o da Peyğəmbərdən (s) ayənin təfsirinə dair nəql etdiyi rəvayətdə deyir: Burada yığım zamanı yerə tökülmüş sünbüllər nəzərdə tutulur.

2. Bildiyimiz kimi Ənam surəsi Məkkədə bir dəfəyə [eyni zamanda] nazil olmuşdur. Zəkat ayəsi isə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Demək ayənin birinin digərini nəsx etməsi sadəcə olaraq qeyri-mümkündür.

Ənam surəsinin Məkkədə nazil olmasına dair kifayət qədər hədis və rəvayət nəql olmuşdur. Bu rəvayətlərdən birini Koleyni öz kitabında Həsən ibni Həmzədən nəql edir.

İmam Sadiq (ə) buyurur: Ənam surəsi bir dəfəyə nazil olmuşdur. Surədə Allahın adı yetmiş dəfə çəkildiyi üçün onu yetmiş min mələk Peyğəmbərə (s) təzimlə nazil etmişlər. Əgər camaat onun oxunmasının nə qədər fəzilətli olduğunu bilsəydilər, daim onu qiraət etməyə can atardılar.

İbni Abbasdan nəql olunmuş rəvayətdə deyilir: Ənam surəsi gecə ikən bir dəfəyə Məkkədə nazil olmuşdur. Surə nazil olarkən yetmiş min mələk onu müşahidə edərək Allaha şükr və səna edirdi.

Bu və bu məzmunda nəql olunmuş digər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, haqqında söhbət açdığımız ayə zəkat hökmü verilməzdən əvvəl nazil olmuşdur.

Zucac deyir: Bəzilərinin fikrincə ayə Mədinədə nazil olmuşdur. Lakin bu nəzəriyyə əsassız olmaqla yanaşı nəql olunmuş rəvayətlərlə də ziddiyyət təşkil edir.

3. Ayənin nəsx olunmadığını sübuta yetirəcək sonuncu dəlil məhsulun biçim zamanı ödənilməsidir. Demək bu zəkatdan fərqli olan başqa bir vergi haqqıdır. Çünki zəkat yığım zamanı deyil, məhsul yığılıb dəyirmanda döyüldükdən və bölündükdən sonra ödənilir.

Əhli-beytin məhsulun axşam yığılmasına dair qoyduğu qadağa və bu məzmunda onlar tərəfindən nəql olunmuş onlarla hədis və rəvayət dediklərimizi bir daha sübuta yetirir. Rəvayətlərdən belə bir məna əldə etmək olur ki, məhsul gecə ikən yığıldıqda yoxsul və imkansız təbəqə bundan xəbərsiz qalır və paylarına düşən ödənişdən məhrum olurlar.

Cəfər ibni Məhəmməd ibni İbrahim imam Sadiq (ə)-a istinad edərək atası imam Baqir (ə) və o da atası imam Səccad (ə)-dan nəql edir ki, Peyğəmbər (s), xurma və digər əkin məhsullarının gecə ikən yığılmasını yasaq etdirdi. Cəfər rəvayəti nəql etdikdən sonra deyir: Yasaq hökmü bəlkə də yoxsul və imkansızların yığımdan xəbərsiz qaldıqları üçün verilmişdir.

Cavab:

Bəzilərinin fikrincə «haqqını ödəyin» deyildikdə zəkat, və «yovmə həsadihim» – yığım günü cümləsindən ödəniş vaxtı deyil, ödənişin vaxtının vacib olması nəzərdə tutulur. Çünki ödəniş məhsul yığılıb, üyüdülüb və bölündükdən sonra həyata keçirilir. Demək «yovmə həsadihim» – yığım günü cümləsi ödəniş haqqı [verginin] deyildikdə hökmən zəkatın nəzərdə tutulduğuna dəlalət edə bilməz.

Cavab:

Nəql olmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, «yovmə həsadihim» – yığım günü deyildikdə ödəniş vacibliyi deyil, ödəniş vaxtı nəzərdə tutulur.

1. Zaman şəkilçisi hökm halında deyil, fel mənasında işlənilir. Məsələn «Zeydə cümə günü hörmət  və ehtiram et» deyildikdə, cümə günü burada hörmət və ehtiramın vacibliyi üçün deyil, Zeydə olunacaq ehtiramın nə zaman olunacağına dəlalət edir.

2. Haqqında söhbət açdığımız ayə ilə tətbiq olunmayınca, zəkat verilməsi biçim zamanı vacib olunmur. Zəkat haqqı [vergisi] yalnız o zaman təyin oluna bilər ki, buğda və ya arpa dən halına düşüb istifadəyə yararlı olsun. Bu səbəbdən də ayədə «yığım gününə» xüsusi diqqət yetirilməsi, verilməsi vacib olan zəkat vergisindən fərqli olan başqa bir ödəniş nəzərdə tutulur.

3. Ayənin zəkat hökmünə dəlalət etmədiyinə dəlalət edən başqa bir dəlil Allahın, israfa yol verilməməsinə dair verdiyi hökm və zəkatın müəyyən həddə ödənilməsidir.

Beləliklə ayədə ödəniş deyildikdə, zəkatın nəzərdə tutulmadığı bəlli oldu və zəkat hökmünü verən ayənin bu ayə ilə heç bir bağlılığı yoxdur və təbii ki, belə olduğu bir halda onu nəsx etməsi də qeyri-mümkündür.

Nəticə:

Qeyd etdiklərimizdən belə məlum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə əkin məhsullarına aid olan zəkat kimi vacib olan başqa bir verginin ödənilməsinin vacibliyi ilə sübuta yetirilir. Və bu hökm zəkat ayəsi ilə əvəz olunaraq nəsx olunur. Lakin nəsx nəzəriyyəsi tərəfdarları zəkat vergisindən əvvəl belə bir verginin vacibliyini sübuta yetirəcək əsaslı dəlil gətirməyə qadir deyillər. Çünki əgər «Ayədə verilən hökm onun vacibliyinə dəlalət edir və bu səbəbdən də nəsx olunan vergi [ödəniş], vacibdir» deyərlərsə, cavabında deyilməlidir:

Hökmün icrası vacib olmaqla yanaşı, davamiyyətli olması da zərurtə doğurur və onların hər ikisi haqqında söhbət açdığımız ayədə özünü büruzə verməyir. Çünki əgər davamiyyəti nəzərə alarıqsa, vaciblik istər-istəməz öz əhəmiyyətini itirmiş olur. Vacibliyi nəzərə aldıqda da eyni qaydada davamiyyət öz əhəmiyyətini itirmiş olacaq və bilirik ki, zəkatdan savayı başqa bir verginin ödənişi vacib deyildir.

Bu səbəbdən də ya gərək hökmün vacib olmasından əl çəkib onun davamiyyətinə əsaslanmalı, ya da davamiyyətdən əl çəkməli və vacibliyinə əsaslanaraq hökmün nəsx olunduğunu qəbul olmalıdır. Lakin verilən ikinci ehtimal bəzi üstünlüklərə malikdir.

Əvvəla ona görə ki, ödəniş davamiyyət və daimi olduğuna dair imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur və biz növbəti fəsillərdə bu rəvayətlər haqda danışacağıq.

Digər tərəfdən də əgər belə bir vacib vergi haqqı olsaydı Peyğəmbərin (s) əshabı və sonrakı dövrlərdə yaşayan müsəlmanlar tərəfindən ödənilər və yalnız Əkrəmə və Zəhhan kimilərin nəql etdiyi rəvayətlərdə məhdudlaşmazdı.

Demək, ayədə vergi deyildikdə ödənişi müstəhəb olan başqa bir vergi haqqı nəzərdə tutulur. Vergi meyvələr yığıldıqdan və dənli bitkilər biçilərək döyüldükdən sonra yoxsul və ehtiyacı olanlara verilir ki, onlar bu yolla ailə üzvlərini qismən də olsa təmin edərək özlərini hər şeydən məhrum hiss etməsinlər. Bir sözlə haqqında söhbət açdığımız ayə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!