YALANÇI PEYĞƏMBƏRİ NECƏ TANIMAQ OLAR?

:

CAVAB

Peyğəmbərlik bir qrup pak insana əta olunmuş böyük ilahi məqamdır. Peyğəmbərlər bəşəriyyətin doğru yola hidayəti üçün göndərilmiş elçilərdir. 

Əgər bir şəxs tibb elmindən anlayışı olmadığı halda həkimlik iddiasına düşüb bir neçə insanın həyatına son qoyursa, yalançı peyğəmbər bütün bəşəriyyəti dünya və axirət əzabına sürükləyir. On dörd əsr əvvəl həzrət Məhəmmədin (s) risaləti ilə peyğəmbərlik missiyası başa çatsa da, yalançı peyğəmbərlər bu gün də yağışdan sonra göbələk kimi baş qaldırmaqdadırlar. Bəs onları necə tanımalı və necə ifşa etməli?

Unutmayaq ki, nə zamansa öz peyğəmbərliyini elan etmiş Musa, İsa, Məhəmməd (s) və sair peyğəmbərləri cəmiyyət sualla qarşılamışdır. Onlardan peyğəmbərliklərinin sübutuna dəlillər istənilmişdir. Musa öz möcüzəli əsası, İsa ölüləri diriltməsi, Həzrət Məhəmməd (s) Quranın ecazı və şəqqül-qəmər kimi hadisələrlə bütün şübhələri aradan qaldırmışlar. “İsra” surəsinin 88-ci ayəsində buyurulur: “De ki, bütün insanlar və cinlər cəm olaraq bütün qüvvələrini işə salsalar belə, Quran mislində bir kitab gətirə bilməzlər.” Gəlin, peyğəmbərlik fikirinə düşənlərdən möcüzə istəyək!

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!