HUD SURƏSİNİN 86-CI AYƏSİ İMAM ZAMAN (ƏC) HAQDA NAZİL OLUBMU?

:

Qurani Kərimdə bir çox ayələr vardır ki, o ayələrin əsas mövzusu keçmiş peyğəmbərlərə aid olsa da bu ayələrin nümunəsini əziz Peyğəmbərimizin (s) zamanında da görmək mümkün olurdu.

Əslində bütün ilahi peyğəmbərlər haqqında nazil olan ayələrin əsas hədəfi elə bundan ibarətdir ki, o peyğəmbərlər haqqında olan hadisələr həzrət Muhəmməd (s) peyğəmbərin də dövrünə aid idi. Bu ayələrdən ən aydın olanına aşağıdakı ayəni misal gətirmək olar.

رَحمَةُ اللهِ وَبَرَكَاتُهُ عَلَيكُم أهلَ البَيتِ.

Allahın rəhməti və bərəkəti sizin ailənizə olsun.1

Bu ayə həzrət İbrahim və onun ailəsi haqqında nazil olmasına baxmayaraq Peyğəmbər (s) Allahdan dilədi ki, onun da zürriyyəsində bunu qərar versin.

Şövkani bu haqda yazır:

قوله : كما صليت علي آل إبراهيم هم إسماعيل وإسحاق وأولادهما، وقد جمع الله لهم الرحمة والبركة بقوله: رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد ولم يجمعا لغيرهم، فسأل النبي صلي الله عليه وآله وسلم إعطاء ما تضمنته الآية.

Allah Rəsulunun (s) – Həzrət İbrahim və ali İbrahimə salam göndərdin -deməsində məqsəd İsmail, İshaq və onun övladları olduğu kimi, Allah da Məhəmməd (s) peyğəmbərin nəsli üçün rəhmət və bərəkəti bir yerə toplamışdır. Necə ki, Quranda buyurur: Allahın rəhməti və bərəkəti sizin ailənizə olsun. Həqiqətən O Həmid və Məciddir (Hud/73).

Şövkani əlavə edərək qeyd edir: bu iki şey (rəhmət və bərəkət) heç kimsə üçün bir araya cəm olmamışdır. Deməli Peyğəmbər (s) Allahdan istədi ki, bu ayədə gələnlər ona da əta olunsun.2

Şirbini isə belə yazır:

قال تعالي: (رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد) فسأل (ص) إعطاء ما تضمنته هذه الآية مما سبق إعطاؤه لإبراهيم.

Allah buyurub: Allahın rəhməti və bərəkəti sizin ailənizə olsun ki, O (Allah) sitayiş olunan və bağışlayandır. Bundan sonra Peyğəmbər (s) Allahdan istədi ki, bu ayənin aid olduqları – hansı ki, İbrahimə (ə) əta olunmuşdur – ona da əta olunsun.3

Məhz buna görə də hədislərdə də görürük ki, Peyğəmbərin (s) ailəsinə salam göndərəndə bu ayəni tilavət edərdilər:

ثم نهض اليماني وهو يقول رحمة الله وبركاته عليكم أهل البيت

Bir yəmənli ayağa qalxaraq dedi: Allahın rəhməti və bərəkəti siz Əhlibeytə olsun.4

Haqqında danışdığımız ayə yəni Hud surəsinin 86-cı ayəsi də elə bu qəbildəndir. Bəqiyətullah yəni Allahın yer üzərində camaat üçün saxladığı bir kəsə yaxud bir şeyə deyərlər.

Əhli-sünnə alimlərindən olan Qurtubi belə qeyd edir:

(بقية الله خير لكم) أي ما يبقيه الله لكم بعد إيفاء الحقوق

Bəqiyyətullah (Allahın saxladığı) sizin üçün daha yaxşıdır yəni başqalarının haqqını verdikdən sonra Allah sizin üçün qoyduğu daha yaxşıdır.5

Deməli Bəqiyyətullah sözünün mənası ümumidir və Allahın camaat üçün saxladığı hər bir şeyə şamil ola bilir. O saxlanılan şeylərin ən mühümlərindən biri və hətta ən mühümü həmin şəxsdir ki, tezliklə gələcək və cəmiyyətdə haqq-ədaləti bərpa edəcək.

Elə buna görə də bəzi əhli-sünnə kitablarında gəlibdir ki, həzrətin özü elə özünü “Bəqiyyətullah” adlandırıb və başqaları da İmam Zamana (əc) “Bəqiyyətullah” deyirlər.

وعن أبي جعفر أيضا قال : المهدي منا منصور بالرعب ...وصاح صايح من السماء بأن الحق معه ومع أتباعه فعند ذلك خروج قائمنا ، فإذا خرج أسند ظهره إلي الكعبة واجتمع إليه ثلاث مائة وثلاثة عشر رجلا من أتباعه ، فأول ما ينطق هذه الآية :(بقية الله خير لكم إن كنتم مؤمنين) ثم يقول : أنا بقية الله وخليفته وحجته عليكم ، فلا يسلم مسلم عليه إلا قال : السلام عليك يا بقية الله في الأرض...

Əbu Cəfərdən (İmam Baqirdən (ə)) nəql olunan hədisdə deyilir ki, Məhdi (ə) biz Əhlibeytdəndir və Allah onu düşmənlərin qəlbinə qorxu salaraq kömək edəcəkdir... Bir carçı asimandan nida edərək deyər ki, haqq onunla və onun ətrafında olanlarladır. O zaman bizim qiyam edənimiz qiyam edəcək. Zühur etdiyi zaman isə Kəbə evinə söykənəcək və üç yüz on üç nəfər onunla birlikdə toplaşacaq. Sonra ilk deyəcəyi kəlam bu ayədir: (بقية الله خير لكم إن كنتم مؤمنين). Bu ayədən sonra buyuracaq ki, ey insanlar yer üzündə olan Bəqiyyətullah, Allahın xəlifəsi və Onun sizə olan höccəti mənəm. Beləliklə hər kəs ona yalnız belə deyəcək – salam olsun sənə ey Bəqiyyətullah.6

Mərhum ayətullah Mərəşi, “İhqaqul-Həqq” kitabının şərhində bu mövzu ilə əlaqədar əhli-sünnə kitablarından başqa sənədlər də qeyd edərək buyurur:

 

منهم العلامة الشيخ عبد الهادي الأبياري في «العرائس الواضحة» (ص 209 ط القاهرة) قال: وعن أبي جعفر من خبر طويل: أنه إذا خرج أسند ظهره إلي الكعبة واجتمع إليه ثلاثمائة وثلاثة عشر رجلا من أتباعه، فأول ما ينطق بهذه الآية : (بقية الله خير لكم إن كنتم مؤمنين) ثم يقول: أنا بقية الله وخليفته وحجته عليكم فلا يسلم عليه أحد إلا قال : السلام عليك يا بقية الله في الأرض ...

ومنهم العلامة المذكور في جالية الكدر (ص 209 ط مصر). روي الحديث عن أبي جعفر بعين ما تقدم عن «العرائس الواضحة.

Onlardan (bu hədisi kitablarında qeyd edən əhli-sünnə alimlərdindən) biri də Əllamə Şeyx Əbdül-Hadi Əbyaridir ki, “Əl-əraisul Vazihə” kitabının misir çapı ilə 209-cu səhifəsində İmam Baqirdən (ə) həzrət Məhdinin (əc) zühuru haqqında uzun bir hədis qeyd edərək qeyd edir ki, Məhdi (əc) zühur edən zaman Kəbəyə söykənərək 313 nəfər onun ətrafına toplaşacaq. İlk oxuduğu bu ayə olacaq:

بقية الله خير لكم إن كنتم مؤمنين.

Əgər möminsinizsə Allahın sizin üçün saxladığı daha xeyirlidir (Hud surəsi, 86-cı ayə).

Sonra deyəcək Bəqiyyətullah (Allahın saxladığı), Onun xəlifəsi, Allahın sizin üzərinizdə olan höccəti mənəm. Bundan sonra kim ona salam versə deyəcək salam olsun sənə ey Bəqiyyətullah...7

Mənbə: www.valiasr-aj.com
Tərcümə edən: Rəsul Mahmudzadə


1. Hud,73-cü ayə
2.Şövkani,Niylul-Əvtar, cild- 2, səhifə-325
3.Muhəmməd ibn Əhmədul-Şirbini, Muğniyul-Muhtac
4.Şeyx Kuleyni, əl-Kafi, cild-1, səhifə-347
5.Əl-Qurtubi, Təfsirul-Qurtubi, cild-9, səhifə-86
6.İbn Səbbaq Maliki, Əl-Füsuli Muhəmmə fi Mərifəti Əimmə, cild-2, səhifə-1133-1135, Darul Hədis çapxanası
7.Əs-Seyidul Mərəşi, Şərhi İhqaqul Həqq, cild-13, səhifə-332

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!