İNSAN SURƏSİNİN HANSI AYƏLƏRİ PAK ƏHLİ-BEYT HAQQINDADIR?

:

İNSAN SURƏSİ
Həzrət Peyğəmbərin Əhli-beyti haqda nazil olan ayələrdən bir neçəsi də insan surəsinin beşinci ayəsində on səkkizinci ayəsinə qədər nazil olan ayələrdir. Bu ayələrin nazil olma səbəblərinə diqqət yetiərk.

 İbn Abbas deyir: İmam Həsən və İmam Hüseyn(ə) kiçik yaşlarında ikən xəstələnmişdilər. Həzrət Peyğəmbər(s) məsciddə namaz qıldıqdan sonra Qızı Fatimənin(s.ə) evinə yollandı. Gördü ki, Həsən(ə) və Hüseyn(ə) xəstə halında uzanıblar.
Həzrət Peyğəmbər(ə) İmam Əliyə(ə) və Qızı Fatiməyə buyurdu: Nə əcəb siz bu uşaqların şəfa tapması üçün nəzir etmirsiniz?
Həzrət(ə) və Xanım Fatimə(s.ə) elə oradaca nəzir etdilər ki, uşaqlar tezliklə sağalandan sonra üç gün oruc tutsunlar. Onlar bu nəziri edəndən sonra uşaqlar tezliklə şəfa tapıb sağaldılar. Uşaqların sağalan günü Həzrət Əli(ə) və Xanım Fatimə(s.ə) oruc tutdular. Həzrət Fatimənin(s.ə) qulluqçusu da uşaqların özləri da ata-analarının icazəsi ilə oruc tutdular.
Birinci gün Həzrət Əli(ə) gedib yarım batman arpa alıb gətirdi. Həzrət Fatimə(s) arpanı üyüdüb un etdi və onun bir hissəsindən iftara çörək bişirdi. Axşam oldu Xanım Zəhra(s.ə) iftar süfrəsini hazırladı. Süfrə duz, çörək və sudan ibarət idi. Elə bu vaxt bir yoxsul qapını döyüb dedi: Salam olsun sizə ey Peyğəmbərin(s) əhli-beyti. Mən bir müsəlman fəqirəm mənə yemək verin. Bu sözləri eşitdikdən sonra öz iftar edəcəkləri yeməyi həmin fəqirə verdilər. Özlər isə bir içim su ilə iftar edib gecəni belə keçirdilər. Sabahı gün ac olduqları halda yenə də oruc tutdular. Axşam iftar etmək üçün süfrə başına yığışmışdılar ki, bir yetim qapını döyüb dedi: Salam olsun sizə ey Peyğəmbərin(s) Əhli-beyti. Mən bir yetməm mənə yemək verin. Onlar yenə də süfrədə olan yeməkləri o yetimə verdilər və özləri ac qaldılar. Üçüncü gün də iftar vaxtı bir əsir gəlib qapını döydü və dedi: salam olsun sizə ey Peyğəmbərin(s) əhli-beyti. Mən bir əsirəm ki, yeməyə heç bir şey yoxumdur. Onlar öz yeyəcəkləri yeməyi də ona verib yola saldılar. Ertəsi gün Həzrət Əli(ə) Həsən və Hüseynlə birlikdə Peyğəmbərin hüzuruna gəldilər. Həzrət Peyğəmbər uşaqların aclıqdan titrədiklərini görüb buyurdu: Sizi bu halda görmək mənim üçün çox ağırdır.
Elə bu vaxt Həzrət Cəbrail nazil olub, Allahın salamını Peyğəmbərə gətirdi və dedi: Ya Peyğəmbər! Allah sənin belə bir Əhli-beytin olduğu üçün təbrik deyir. Sonra bu ayələri Peyğəmbərə təqdim etdi.

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا عَيْنًا فِيهَا تُسَمَّى سَلْسَبِيلًا

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (soyuq və xoş ətirli) su içəcəklər.
O elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə asanlıqla) axıdacaqlar.
Onlar elə kimsələrdilər ki, verdikləri sözü, etdikləri nəziri yerinə yetirər və dəhşəti aləmi bürüyəcək qiyamət günündən qorxarlar.
Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də bir təşəkkür istəyirik.

Sünni alimlərinin yazdıqlarına görə Allah-Təala onlar üçün Cənnətdən yemək göndərmişdi və o yeməyin ətri düz bir həftə Həzrət Zəhranın (s.ə) evindən çəkilmədi.

Kitabın adı: İMAM HÜSEYN (Ə) MƏKTƏBİ
Hazırladı: Rəsul Mahmudzadə

Tags: ƏHLİ-BEYT (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!