İBTİDAİ DİNLƏR– VIII hissə

:

QƏDİM VƏ MÜASİR TOTEMLƏR

Müxtəlif xalqların tarix və ədəbiyyatından qalmış əsərlər aşkar şəkildə göstərir ki, totemizm ayinin təxminən dünyanın hər yerində qədim tayfa və millətlərin böyük əksəriyyətində olduğunu göstərir.

Dünya xalqlarının şifahi və yazılı ədəbiyyatının müasir dövrə gəlib çatmış dastan, nağıl, atalar sözləri uzaq keçmişdə totemə etiqadın geniş yayılmasına dəlalət edir. Bu mənbələrdən biri kimi romalıların əfsanəvi dastanlarını və Yupiterin hekayəsini göstərmək olar. Məşhur nəzəriyyəyə görə, öz sevgilisinin diqqətini cəlb etmək üçün o özünü qu quşu formasına salmışdır. Bu hadisə göstərir ki, latınların əsil əcdadı sayılan Ariya qəbilələrindən biri qu quşunu özünə totem seçmişdir. Sonralar, tədricən bu quş ilahiləşdirilmiş və nəticə etibarı ilə Yupiter hekayəsi formasına düşmüşdür. Firdovsinin “Şahnamə” əsərində də bu etiqadın müxtəlif yönlərini tapmaq olar. Bu əsərdə İranın müxtəlif tayfa və köçəri xalqlarının bayraqları haqda deyir: “İran şahının ordusunda xidmət edən hər bir qəbilənin bayrağında müxtəlif rəngli bir ulduz, yaxud heyvanın təsviri var idi. Bu bayraqlar hər bir tayfanın düşərgə saldığı yerlərdə yüksək bir nöqtədə dalğalanırdı. Onların üzərində ayın, ulduzun, canavarın, əjdahanın, filin və s. heyvanlar təsvir olunmuşdu.”

Eyni zamanda demək olar ki, hal-hazırda da müəyyən şəhər və ölkələrin simvolu kimi tanınan bəzi rəsmlər, o cümlədən Almaniya və Amerikada qartal, Tailandda fil, Yaponiyada günəş, Şri-Lankada şir və s.-də totemlərə etiqadların qədim dövrlərdən mirasıdır. Bundan başqa, dünyanın müxtəlif yerlərində, eləcə də Avstraliyada, Amerika qitəsinin şimal və mərkəz bölgələrində, bəzi Afrika ölkələrində totemizmə inanan, qədim dövrdə mövcud olan etiqadlardan bir çoxunun mədəniyyət və düşüncələrində qaldığı çoxsaylı primitiv qəbilələr həyat sürürlər. Hindistanda inəyə vəsfolunmaz hörmət və müqəddəsləşdirmə şübhəsiz ki, totemizm düşüncəsinin bariz nümunələrindəndir. Bir çox avam kütlələr və hətta bəzi müsəlmanlar da ağaclardan, daşlardan və s.-dən kömək ummaq, onlara ehtiram göstərmək kimi hallar da gözə çarpır. Bu sahədə daha ətraflı və çoxsaylı nümunələri müasir dünya xalqlarının mövcud adət-ənənələrini araşdırmaq və totemist təfəkkürünü adət-ənənələrlə tutuşdurmaqla qalıqlarını müşahidə edərək, uyğun olduğunu görmək olar.

Kitabın adı: Dinlərlə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!