İBTİDAİ DİNLƏR - II hissə

:

1. FETİŞİZM
Fetişizm (Fetish) – Portuqaliya mənşəli bir kəlmə olub sehr və cadu mənasını ifadə edir. Portuqaliyalılar bu kəlməni Afrikanın qərb sahillərini kəşf etdikləri zaman yerli zənci əhalinin müqəddəs sayıb sitayiş etdikləri əşyalar barəsində işlədirdilər.

Onlar bu sözdən təbiətin fövqündə dayanan varlıqların təsirlərini, məsələn düşmənlərin şərrinin dəf edilməsini nəzərdə tuturdular. Buna görə də demək olar ki, “fetiş” kəlməsi terminologiyada müqəddəs bir şey, fetişizm isə onun sitayiş olunduğu dinə deyilir. İbtidai insanlar inanırdılar ki, xüsusi formada yonulmuş heyvan buynuzları, kiçik daş qırıntıları, taxta və filiz kimi təbii əşyalardan bəziləri, xariqul-adə qüdrətə malikdirlər; cahandakı hadisə və varlıqlara təsir göstərə bilirlər. Buna görə də həmin əşyaları müqəddəs sanaraq onlara ehtiram qoyur, xüsusi şəkildə pərəstiş etməklə öz həyatlarındakı məqsədlərinə çatmaq üçün onlardan kömək diləyirdilər.
Fetişlər iki yerə bölünürdü: Onlardan bəzilərinin tilsim gücünə malik olduğu zənn edilir, bəzilərindən isə qoruyucu və pənah yeri kimi istifadə olunurdu. Birinci qrup törədici yönə malik idi; onlardan düşmənlər qarşısında maneə yaratmaq üçün istifadə edirdirlər. İkinci qrup isə dəfedici və qoruyucu xüsusiyyətə malik idi; onlardan düşmənləri, yırtıcı heyvanları, təbii fəlakət və müsibətləri dəf etmək üçün istifadə olunurdu.
Sosioloqlar fetişizmi ən ibtidai bir din hesab edir və onu sair dinlərin mənşəyi sayırlar. Onların fikrincə bu cərəyan ilk əvvəllər bəzi təbii əşyalara sitayiş və ibadət formasında idi; zaman keçdicə insanlar daşdan, taxtadan və s. şeylərdən hazırlayıb müxtəlif şəkillərə saldıqları əşyalara da ibadət və pərəstiş etməyə başladılar. Bu baxımdan fetişizmi bütpərəstliyin mənşəyi hesab etmək olar.
Qeyd etmək lazımdır ki, daşdan, taxtadan, xurmadan və s. əşyalardan müxtəlif formalarda bütlər düzəldib onlara sitayiş edilməsi Misir, Aşur, Babildən tutmuş Yunanıstan, Roma, Hindistan və Çin xalqlarına qədər bütün qədim tayfa və millətlərin hamısında ən adi bir iş olmuşdur.
Həzrət İbrahim (ə) və ondan sonrakı ilahi peyğəmbərlərin gəlişindən sonra bütpərəstliyin qarşısı alındı, tovhid və təkallahlıq əqidəsi onu əvəz etməyə başladı. Müasir dövrdə insanların əksəriyyəti İbrahimə (ə) məxsus olan dinlərin ardıcılları olmasına baxmayaraq, fetişizm və bütpərəstliyin təsirləri hələ də dünyanın ayrı-ayrı məntəqələrində müxtəlif formalarda müşahidə olunur.
Hindistanda üçlük təşkil edən məbudlara (Vişno, Şiva, Brahma) sitayiş olunmasını, yaxud orada Buddanın ardıcıllarının daşdan, taxtadan, metaldan və digər şeylərdən Buddanın heykəlini düzəldərək ona sitayiş etməsini müasir dövrün fetişizm nümunələrindən hesab etmək olar.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardı var ... {jcomments on

ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!