MATURİDİNİN ŞAGİRDLƏRİ və MƏZHƏBİN TANINMIŞ SİMALARI

:

MATURİDİNİN ŞAGİRDLƏRİ
Hənəfi məzhəbinin məşhur alimlərindən bir qrupu Əbu Mənsur Maturididən bəhrələnmişlər. Onlar aşağıdakılardır:

1. Əbulqasim İshaq ibn Məhəmməd ibn İsmail [h.q.240] (Həkim Səmərqəndi adı ilə məşhurdur);
2. İmam Əbu Leys Buxari;
3. İmam Əbu Məhəmməd Əbdülkərim ibn Musa Bəzudi; [h.q.390]. O, “Üsuli-din” kitabının müəllifi Məhəmməd ibn Hüseyn Əbdülkərimin babasıdır. Bu kitab Maturidi məzhəbinin əsas kitablarındandır.

MATURİDİ MƏZHƏBİNİN TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ
Əbu Mənsur Maturidinin ölümündən sonra bu məzhəbin yayılıb bəyan edilməsi üçün müxtəlif dövrlərdə məşhur alimlər səy göstərmişlər. Onların ən mühümləri aşağıdakılardır:
1. Qazi Əbu Yüsr Məhəmməd ibn Hüseyn Əbdülkərim Bəzudi [h.q.421‒478]; o, “Üsuli-din” kitabının müəllifidir.
2. Əbu Muin Nəsəfi [h.q.502]; o, “Təbsirətül-ədillə” kitabının müəllifidir. Bu kitab Əbu Mənsurun “Tövhid” kitabından sonra maturidilərin kəlami mənbələrinin ən mühümü sayılır.
3. Şeyx Nəcmuddin Əbu Həfs Ömər ibn Məhəmməd [h.q.537]; o, “Əqaidi-Nəsəfi” kitabının müəllifidir. Bu kitab Nəsəfinin “Təbsirətül-ədillə” kitabının xülasəsidir və hazırkı dövrə qədər Maturidi məzhəbinin etiqadlar bəhsində olan ən mühüm dərs kitabı sayılır.
4. Şeyx Məsud ibn Ömər Təftazani; o, tanınmış İslam alimlərindən biridir, ərəb dili və kəlam barəsində çoxlu kitablar yazmışdır. “Şərhi əqaidi-Nəsəfi” onun ən məşhur əsəridir.
5. Şeyx Kamaləddin Məhəmməd ibn Hümaməddin (İbn Hümam adı ilə məşhurdur) [h.q.861]; o, kəlam elmində “Əl-musayərətu fil-əqaidil-munciyəti fil-axirət” kitabını yazmışdır.
6. Əllamə Kamaləddin Əhməd Bəyazi Hənəfi; o, 11-ci hicri əsrinin alimlərindən olub, Maturidinin mühüm mənbələrindən sayılan “İşaratul-məram min ibadatil-imam” kitabını yazmışdır.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

 

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!